Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1346/2024 09.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, Ərizəçi X2, Maraqlı şəxs iştirakları ilə Ərizəçi X2 Maraqlı şəxs qarşı mediasiya prosesində bağlanmış barışıq sazişinintəsdiq edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X5 məhkəmədə Maraqlı şəxs qarşı ərizə ilə müraciət edərək Maraqlı şəxs ilə medisiya prosesi nəticəsində aralarında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X5 ərizəsini onunla əsaslandırmışdır ki, o Maraqlı şəxs ilə ailə qurmuşdur. xx.xx.2023-cü il tarixdə Maraqlı şəxs borcunun olduğunu və ona görə də toy ərəfəsində ona hədiyyə verilmiş qızıllarını banka lombarda qoyaraq pul götürərək istədiyini bildirmişdir. Oda onunla razılaşmış və qızıl-zinət əşyalarından 02 ədəd 585 əyarlı 37.20 qram çəkidə 4112 manat dəyərində qadın boyunbağını, 01 ədəd 585 əyarlı, 10 qram çəkidə 1105 manat dəyərində qadın qolbağını 01 ədəd 585 əyarlı, 12.90 qram çəkidə 1315 manat dəyərində qadın üzüyünü, 01 ədəd 585 əyarlı, 1.80 qram çəkidə 199 manat dəyərində klonu TuranBank ASC-yə lombarda qoyaraq 3500 manat kredit götürmüş və Turan həmin pulu ondan alaraq borclarına verəcəyini, krediti hər ay özü ödəyəsəyini, kredit bitdikdən sonra qızıllarını bankdan götürüb ona verəcəyini bildirmişdir. Lakin Turan krediti ödəmədiyi üçün o özü krediti ödəyir. Ona görə də, aralarında yaranmış bu mübahisəni həlli üçün mediasiya müraciət etmişlər. Mediasiya prosesinin təticəsi olaraq aralarında xx.xx.2023-cü il tarixdə MŞT/MT024/2023-1082 nömrəli barışıq sazişi iimzalanmışıdr. Sazişin şərtlərinə Maraqlı şəxs TuranBank ASC-dən lombartdan onun adına götürülmüş 3500 manat pulun ona çatdığını bildirib qalıq qalan 2323 manat pulun onun tərəfindən ödəniləcəyi barədə öhdəlik götürmüşdür. Ona görə də, Maraqlı şəxs ilə medisiya prosesi nəticəsində aralarında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi X5 ərizəni müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs bildirdi ki, maddi durumu aşağıdır və borcunu hər ay hissə-hissə ödəyəcəkdir. Ona görə də nəzərə alınmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Surəti işə əlavə olunmuş barışıq sazişindən görünür ki, Maraqlı şəxs TuranBank X1 adına götürülmüş kreditin ona çatdığını və qalıq qalan 2323 manat borcun özü tərəfindən ödəniləcəyi barədə razılığa gəlmişlər. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, tərəflər rəsmi qaydada evlənmişlər. xx.xx.2023-cü il tarixdə Maraqlı şəxs borcunun olduğunu və ona görə də toy ərəfəsində ona hədiyyə verilmiş qızıllarını banka lombarda qoyaraq pul götürmüşdür. Aralarında olan razılığa əsasən qızıl-zinət əşyalarından 02 ədəd 585 əyarlı 37.20 qram çəkidə 4112 manat dəyərində qadın boyunbağını, 01 ədəd 585 əyarlı, 10 qram çəkidə 1105 manat dəyərində qadın qolbağını 01 ədəd 585 əyarlı, 12.90 qram çəkidə 1315 manat dəyərində qadın üzüyünü, 01 ədəd 585 əyarlı, 1.80 qram çəkidə 199 manat dəyərində klonu TuranBank ASC-yə lombarda qoyaraq 3500 manat kredit götürmüş və Turan həmin pulu ondan alaraq borclarına verəcəyini, krediti hər ay özü ödəyəvəyini, kredit bitdikdən sonra qızıllarını bankdan götürüb ona verəcəyini bildirmişdir. Ərizəçi ilə Maraqlı şəxs arasında 25 oktyabr 2023-cü il tarixində mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanmış, saziş mediator tərəfindən təsdiq olunmuşdur. Barışıq sazişinin şərtləri aşağıdakı qaydada tərtib edilmişdir: Maraqlı şəxs X2 adına götürülmüş kreditin ona çatdığını və qalıq qalan 2323 manat borcun özü tərəfindən ödəniləcəyi barədə razılığa gəlmişlər. Barışıq sazişi hal-hazırda qüvvədədir. “Mediasiya haqqında” Qanunun tələblərinə uyğun tərtib olunub və Azərbaycan Respublikası MPM-nin tələbləri pozulmamışdır. Üçüncü şəxslərin mənafeyinə toxunmur. İddiaçının izahatı ilə məlum olur ki, cavabdeh barışıq sazişinin şərtlərinə əməl etməyib, borcun məbləğini könüllü olaraq iddiaçıya ödəmir. Azərbaycan Respublikası MPM-nin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-25.4-cü maddəsinə əsasən, qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə görə, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə işin yuxarıda göstərilən hallarını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, 25 oktyabr 2023-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişi tam olaraq qanuna müvafiq olduğundan təsdiq edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi X5 ilə Maraqlı şəxs arasında bağlanmış 25 oktyabr 2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin və məcburi icraya yönəldilsin. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1346/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1346/2024
09.04.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver