Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1348/2025 09.04.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs X6 iştirakı ilə, Ərizəçi maraqlı şəxs X7 qarşı mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair Ərizəçi ərizəsinə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X7 qarşı ərizə ilə müraciət edərək, X11 ilə aralarında bağlanmış mediasiya prosesi nəticəsində əldə edilən xx.xx.2024-cü il tarixli barışıq sazişinin alimentlə bağlı hissəsinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X11 ilə evlənib ailə qurmuşvə birgə nikahlarından xx.xx.2009-cü il tarixdə X8, xx.xx.2011-ci il tarixdə X9 və xx.xx.2016-cı ildə X10 qızı adlı üç uşaqları anadan olmuşdur. Lakin bir müddət sonra cavabdehlə aralarında narazılıqlar yaranmağa başlamışdır. Onlar ayrılmışlar. Ona görə də mediasiyaya müraciət edərək cavabdehlə aralarında xx.xx.2024-cü il tarixdə barışıq sazişi imzalanmışdır. Barışıq sazişinə əsasən X11hər ay üç uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün bir uşağa görə 170 manat cəmi 510 manat ailment i hər ayın 1-dən gec olmayaraq Ərizəçi na ödəməyi öhdəsinə götürmüşdür. Lakin X1 əməl etmir, ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, X11 aralarında olan sazişə əməl etmir. Ona görə də,ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən X11 izahatında bildirdi ki, o, alimenti hər ay vaxtında ödəyir. Ancaq o, hazırda bərbər işləyir. İşi yaxşı olmadığı üçün alimenti gecikdirmişdir. Dediklərinin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Surəti işə əlavə olunmuş Barışıq sazişindən görünür ki, X11xx.xx.2009-cü il tarixdə anadan olmuş X3, xx.xx.2011-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2016-cı ildə anadan olmuş X10 qızının yetkinlik yaşına çatanadək hər ayın 1-indən gec olmayaraq hər uşaq üçün 170 manat, cəmi 510 manat məbləğində aliment verməyi öz öhdəsinə götürmüşdür. Müəyyən olundu ki, X11 ilə evlənib ailə qurmuş və birgə nikahlarından xx.xx.2009cü il tarixdə X8, xx.xx.2011-ci il tarixdə X9 və xx.xx.2016-cı ildə X10 qızı adlı üç uşaqları anadan olmuşdur. Aralarında olan narazılığa görə ayrılmışlar. X11xx.xx.2009-cü il tarixdə anadan olmuş X3, xx.xx.2011-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2016-cı ildə anadan olmuş X10 qızının yetkinlik yaşına çatanadək hər ayın i-dən gec olmayaraq hər uşaq üçün 170 manat cəmi 510 manat məbləğində aliment verməyi öz öhdəsinə götürmüşdür. Lakin maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etməyərək, onun uşaqlarla ünsiyyətdə olmağına imkan vermir. Barışıq sazişinin şərtləri aşağıdakı qaydada tərtib edilmişdir: Barışıq sazişi hal-hazırda qüvvədədir. “Mediasiya haqqında”Qanunun tələblərinə uyğun tərtib olunub və Azərbaycan Respublikası MPM-nin tələbləri pozulmamışdır. Üçüncü şəxslərin mənafeyinə toxunmur. İddiaçının izahatı ilə məlum olur ki, cavabdeh barışıq sazişinin şərtlərinə əməl etməyib, borcun məbləğini könüllü olaraq iddiaçıya ödəmir. Azərbaycan Respublikası MPM-nin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olubolmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-25.4-cü maddəsinə əsasən, qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə görə, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə işin yuxarıda göstərilən hallarını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2024-cü il tarixli barışıq sazişi məcburi icrası üçün barışıq sazişi tam olaraq qanuna müvafiq olduğundan təsdiq edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi ilə maraqlı şəxs X11 arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin alimentə dair hissəsi təsdiq edilsin və məcburi icraya yönəldilsin. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1348/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1348/2025
09.04.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver