Məhkəmə qərarları › İş №2(062)-1350/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1350/2024

22.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1350/2024 22.05.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi ölümün qeydə alınması faktının müəyyən olunması barədə ərizəsi üzrə mülki işə Tovuz şəhərində 22 may 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək mərhum qardaşı X3 07 dekabr 2023cü ildə Abşeron rayonu Qobu qəsəbəsində ölməsinin qeydə alınması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək verdiyi ifadəsində göstərdi ki, qardaşı X6 01 iyul 1955-ci ildə Tovuz rayonu Yuxarı Öysüzlü kəndində anadan olmuşdur. Bu barədə 30 avqust 1963-cü ildə Qazax rayon Qeydiyyat Şöbəsində doğum akt qeydi aparılmışdır. Qardaşı Rusiya Federasiyası vətəndaşı olmuşdur. X6 07 dekabr 2023-cü ildə vəfat etmişdir. Həmin vaxt qardaşı onun yanında, yəni Abşeron rayonu Qobu qəsəbəsində ürək çatışmazlığından vəfat etmişdir. Həmin vaxt X11 çağırılmış, xəstəxanaya aparılan zaman yolda ölmüşdür. Mərhum Tovuz rayonu Yuxarı Öysüzlü kənd qəbirstanlığında dəfn olunmuşdur. Qardaşı Əbülfət vəfat etdikdən sonra onun adına ölüm akt qeydi aparılmamışdır. Hazırda onun ölüm haqqında şəhadətnaməsinin alınması ilə bağlı Tovuz regional Asan Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsinə müraciət etsə də, şəhadətnamə verməkdən imtina edilmişdir. Odur ki, X3 07 dekabr 2023-cü ildə Abşeron rayonu Qobu qəsəbəsində ölməsinin qeydə alınması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mülki iş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 verdiyi ifadəsində göstərdi ki, Ərizəçi onun baldızıdır. Ölən şəxs isə onun qaynıdır. Qaynı Əbülfət 2023-cü ildə Abşeron rayonu Qobu qəsəbəsində vəfat etmiş, Tovuz rayonu Yuxarı Öysüzlü kənd qəbirstanlığında dəfn edilmişdir. Yas mərasimi onların evində olmuşdur. Məhkəmə ərizəçini və şahidi dinləyib, işə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir. İşə əlavə olunmuş Təcili və Təxirəsalınmaz Tibbi yardım stansiyası xəbərdarlıq vərəqəsindən görünür ki, X1 rayonu Qobu qəsəbəsində kəskin ağciyər-ürək çatışmazlığından ölmüşdür. İşə əlavə olunmuş həkimə qədər ölüm halını təsdiq edən aktın surətindən görünür ki, 01 iyul 1955-ci il təvəllüdlü X6 07 dekabr 2023-cü il tarixində təcili yardım maşını ilə xəstəxanaya gətirilən zaman ölmüşdür. Belə ki, işə əlavə olunmuş Tovuz regional Asan Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən verilmiş imtina məktubundan görünür ki, X3 barəsində Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, ərizəçinin qardaşı X6 01 iyul 1955-ci ildə Tovuz rayonu Yuxarı Öysüzlü kəndində anadan olmuşdur. Bu barədə 30 avqust 1963-cü ildə Qazax rayon Qeydiyyat Şöbəsində doğum akt qeydi aparılmışdır. X2 Federasiyası vətəndaşı olmuşdur. X6 07 dekabr 2023-cü ildə vəfat etmişdir. Əbülfət Əkbərov vəfat etdikdən sonra onun adına ölüm akt qeydi aparılmamışdır. Hazırda ərizəçi qardaşının ölüm haqqında şəhadətnaməsinin alınması ilə bağlı Tovuz regional Asan Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsinə müraciət etsə də, şəhadətnamə verməkdən imtina edilmişdir. Belə ki, X4 ölümünün qeydə alınması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Göründüyü kimi, ərizəçinin qardaşının ölümü qeydə alınmadığından ona ölüm haqqında şəhadətnamə verilməsi mümkün deyil və onun göstərilən tarixdə ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 01 iyul 1955-ci ildə Tovuz rayonu Yuxarı Öysüzlü kəndində anadan olmuş X3 07 dekabr 2023-cü ildə Abşeron rayonu Qobu qəsəbəsində ölməsi faktı müəyyən edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar