Məhkəmə qərarları › İş №2(062)-138/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-138/2023

30.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-138/2023 30.01.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın girov predmetinə yönəldilməsi» tələbinə dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın girov predmentinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 4544,48 manat əsas, 731,58 manat faiz olmaqla, cəmi 5276,06 manat borcun və 72,76 manat məhkəmə xərcinin tutulması, tutmanın girov predmeti olan 583 əyarlı, ümumi çəkisi 50,90 qram olan 2 ədəd klonlu boyunbağına, 750 əyarlı ümumi çəkisi 7,80 olan 2 ədəd üzükə, 585 əyarlı ümumi çəkisi 12,00 qram olan 2 ədəd üzükə və 583 əyarlı ümumi çəkisi 17,50 qram olan 1 ədəd qolbağa yönəldilməsi, 583 əyarlı xalis çəkisi 50,90 qram 2 ədəd kulonlu boyunbağını ilkin satış qiymətinin 3054 manat, 750 əyarlı xalis çəkisi 7,80 qram olan 2 ədəd üzükün ilkin satış qiymətinin 585 manat, 585 əyarlı ikisinin birlikdə xalis çəkisi 12,00 qram olan 2 ədəd üzükün ilkin satış qiymətinin 720 manat və 583 əyarlı xalis çəkisi 17,50 olan 1 ədəd qolbağın ilkin satış qiymətinin 1050 manat müəyyən edilməklə satılmasına və satışdan əldə edilmiş vəsaitin cavabdehin İddiaçı ASC-yə movcud qalq borcunun ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh arasında bağlanmış 28.04. 2022-ci il tarixli, BİR/BF-376-2022 saylı kredit müqaviləsinə əsaən Bank tərəfindən cavabdehə illik 22% hesablanmaqla 12 ay müddətinə qaytarılmaq şərti ilə 4900 manat məbləğində kredit vəsaiti ayrılmışdır. Verilmiş kreditin təminatı olaraq tərəflər arasında xx.xx.2022-ci il tarixdə G/L/BİR/RF-376-2022 saylı Girov Müqaviləsi imzalanmış, həmin girov müqaviləsinə əsasən tərəflər arasında xx.xx.2022-ci il tarixli AC20576403 saylı qiymətləndirmə və saxlama şəhadətnaməsi tərtib edilərək 583 əyarlı xalis çəkisi 50,90 qram olan 2 ədəd kulonlu boyunbağı, 750 əyarlı ümumi çəkisi 7,80 qram olan 2 ədəd üzük, 585 əyarlı ümumi çəkisi 12,00 qram olan 2 ədəd üzük və 583 əyarlı ümumi çəkisi 17,50 qram olan 1 ədəd qolbağı Banka girov qoyulmuşdur. Həmin qiymətləndirmə və saxlama şəhadətnaməsinə əsasən 583 əyarlı ümumi çəkisi 50,90 qram olan 2 ədəd kulonla boyunbağının likvid dəyəri 3054 manat, 750 əyarlı ümumi çəkisi 7,80 qram olan 2 ədəd üzükün likvid dəyəri 585 manat, 585 əyarlı ümumi çəkisi 12,00 qram olan 2 ədəd üzüyün likvid dəyəri 720 manat, 583 əyarlı ümumi çəkisi 17,50 qram olan 1ədəd qolbağın likvid dəyəri 1050 manat məbləğində müəyyən edilmişdir. Qızl-zinət əşyalarının banka girov qoyulması və həmin əşyaların banka təhvil verilməsi ilə bağlı tərəflər arasında xx.xx.2022-ci il tarixli təhvil-təslim aktı imzalanmışdır. xx.xx.2022-ci il tarixli BİR/BF-376- 2022 saylı Kredit müqavilsəinə əlavə olan ödəniş cədvəlinə əsasən cavabdehin kredit müqaviləsi üzrə aylıq ödənişi 458,61 manat təşkil edir. Cavabdeh tərəfindən ona ayrılmış kredit vəsaiti təyinatı üzrə istifadə edilsə də, kredit öhdəliklərinin ödəniş qrafikində nəzərdə tutulmuş qaydada icra edilməsi həyata keirilməmiş, nəticədə tərəflər arasında imzalanmış kredit müqaviləsinin şərtləri cavabdeh tərəfindən birtərəfli qaydada pozulmuşdur. Belə ki, tərəflər arasında imzalanmış xx.xx.2022-ci il tarixli BİR/BF-376-2022 saylı kredit müqaviləsinin 5.1.6-cı bəndinə əsasən Bank Borcalan tərəfindən 60 gün ərzində ona verilmiş kredit hissəsini və onun faizini tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafiki üzrə ödəmədikdə, habelə annutitet ödənişlər 12 ay ərzində 3 dəfədən çox gecikdirildikdə müqaviləyə birtərəfli qaydada xitam vermək və verdiyi kreditin bu müddətə qədər hesablanmış faiz ilə birlikdə qaytarılmasının habelə müqavilədə müəyyyən edilmiş dəbbə pulunu tələb etmək hüququna malikdir. Tərəflər arasında imzalanmış xx.xx.2022-ci tarixli G/L/BİR/BF-376-2022 saylı Girov müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqaviləyə görə Girovsaxlayan və Girovqoyan arasında bağlanmış 11 fevral 2021-ci il tarixli BİR/BF- 26-2021 saylı kredit müqaviləsinə müvafiq olaraq Borcalan tərəfindən alınmış kreditin qaytarılmasını təmin etmək məqsədilə xüsusi mülkiyyət hüquqi ilə özünə məxsus olan və müqavilənin 2.1-ci bəndində göstərilən əmlakı Girovsaxlayan qarşısında girov qoyur. Həmin müqavilənin 2.1-ci bəndində əsasən Girovqoyan öz mülkiyyətində olan və müqavilənin ayrılmaz hissəsi olan AS20576403 nömrəli qiymətləndirmə və saxlama şəhadətnaməsində göstərilən əşyaları Bank qarşısında girov qoyur. Həminm müqavilənin 3.4-cü bəndində əsasən Girovqoyan kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə Girov predmetinə ödəniş yönəltmək Girovsaxlayanın hüququdur. Öhdəliklərin lazımı qaydada icra olunmaması səbənindən Bank tərəfindən cavabdehə xəbardarlıq göstərilmiş, borcunu dərhal ödəməsi tələb edilmiş əks təqdirdə məhkəməyə müraciət ediləcəyi onun diqqətinə çatdırılmışdır. Eyni zamanda tərəflərindən xx.xx.2022-ci il tarixdə 02/1796 saylı girov predmetinə tutmanın yönəldilməsinə dair bildiriş cavabdehə ünvanlansa da , hazırki günə qədər cavabdeh tərəfindən mövcud olan öhdəliklr tam icra olunmamışdır. Lakin həm xəbardarlıq göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliklər lazımı qaydada icra edilməmiş olaraq qalmışdır. xx.xx.2022-ci il tarixdə hesablanmaqla cavabdehin Bonk qarşısında ümumilikdə 5276,06 manat məbləğində icra edilməmiş öhdəliyi mövcuddur. Həmin məbləğin 4544,48 manat əsas borcu, 731,58 manat faiz borcunun ehtiva edir. İddiaçının nümayəndəsi X1 məhkəmənin hazırlıq iclasında iştirak etmiş, iddianı müdafiə etmiş və onun iştirakı olmadan işə baxılaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, onların izahatını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş 28.04. 2022-ci il tarixli, BİR/BF-376-2022 saylı kredit müqaviləsinə əsaən Bank tərəfindən cavabdehə illik 22% hesablanmaqla 12 ay müddətinə qaytarılmaq şərti ilə 4900 manat məbləğində kredit vəsaiti ayrılmışdır. İşə əlavə olunmuş xx.xx.2022-ci il tarixli, G/L/BİR/RF-376 saylı Girov Müqaviləsindən görünür ki, AC20576403 saylı qiymətləndirmə və saxlama şəhadətnaməsi tərtib edilərək 583 əyarlı xalis çəkisi 50,90 qram olan 2 ədəd kulonlu boyunbağı, 750 əyarlı ümumi çəkisi 7,80 qram olan 2 ədəd üzük, 585 əyarlı ümumi çəkisi 12,00 qram olan 2 ədəd üzük və 583 əyarlı ümumi çəkisi 17,50 qram olan 1 ədəd qolbağı Banka girov qoyulmuşdur. İşə əlavə olunmuş qiymətləndirmə və saxlama şəhadətnaməsindən görünür ki, 583 əyarlı ümumi çəkisi 50,90 qram olan 2 ədəd kulonla boyunbağının likvid dəyəri 3054 manat, 750 əyarlı ümumi çəkisi 7,80 qram olan 2 ədəd üzüyün likvid dəyəri 585 manat, 585 əyarlı ümumi çəkisi 12,00 qram olan 2 ədəd üzüyün likvid dəyəri 720 manat, 583 əyarlı ümumi çəkisi 17,50 qram olan 1ədəd qolbağın likvid dəyəri 1050 manat məbləğində müəyyən edilmişdir. Qızl-zinət əşyalarının banka girov qoyulması və həmin əşyaların banka təhvil verilməsi ilə bağlı tərəflər arasında xx.xx.2022 saylı Kredit müqavilsəinə əlavə olan ödəniş cədvəlinə əsasən cavabdehin kredit müqaviləsi üzrə aylıq ödənişi 458,61 manat təşkil edir. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları – fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu – pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor – borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması–öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış 28 aprel 2022-ci il tarixli kredit müqaviləsinin qeyd olunmuş müddəaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, iddiaçının Cavabdeh münasibətdə tələbi qanuni və əsaslı olduğu üçün qismən təmin edilməlidir. Məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh Bankla bağladığı kredit müqaviləsinin şərtlərini yerinə yetirmədiyindən borclu kimi Azərbaycan Respublikası MM-in 448-ci maddəsinə əsasən öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, Cavabdeh oğlunun əsas borcu 4544,48(dörd min beş yüz qırx dörd)manat, 48(qırx səkkiz) qəpik, faiz borcu 731(yeddi yüz otuz bir) manat, 58(əlli səkkiz) qəpik olmaqla, cəmi 5276, 06 (beş min iki yüz yetmiş altı)manat, 6(altı) qəpikdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsas borca və faiz borcuna münasibətdə təmin edilməli, həmin məbləğdə pul Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin tutmanın girov predmeti olan qızıl-zinət əışyalarına yönəldilməsinə dair hissəsini də əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 279-cu maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələblini girov faktiki təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanılması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 295-ci maddəsinə müvafiq olaraq, girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 296.1-ci maddəsinə görə, girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Məhkəmə hesab edir ki, tərəflər arasında girov müqaviləsi kredit müqaviləsinin təminatı kimi bağlanılmış və bu müqavilə bağlanarkən qanunun tələblərinə tam əməl edilmişdir. Ona görə də məhkəmə bu qənaətə gəlir ki, tutma girov predmeti olan qızıl-zinət əşyalarına yönədilməlidir. Məhkəmə girov predmetinin ilkin satış qiymətinin müəyyən edilməklə satılmasına və satışdan əladə edilmiş vəsaitin cavabdehin banka olan qalıq borcuna yönəldilməsinə dair hissəsini əsaslı hesab etmir. Belə ki, Mülki Məcəllənin 297-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın realizə edilməsi (satılması) girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə əyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. İcra haqqında Azərbaycan Respublikası Qanununun 51.1-ci maddəsinə əsasən borclunun əmlakının “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərəflərin razılığı, yaxud məhkəmənin qərarı ilə qiymətləndirildiyi, habelə tənzimlənən qiymətlərin tətbiq olunduğu hallar istisna olmaqla, borclunun əmlakının qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. İcra məmuru qiymətləndirmə sahəsində ixtisaslaşmış və 5 ildən az olmayaraq fəaliyyət göstərən, ağır və ya xüsusilə ağır cinayətlərə, habelə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan cinayətlərə və ya iqtisadi sahədə olan cinayətlərə görə məhkum edilməyən qiymətləndiricini dəvət etməlidir. Odur ki, iddia tələbinin həmin hissəsi icra qaydasında həyata keçirilməli olduğundan tələb həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yaranadığı zaman quvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Mülki Prosessual Məcəlləsinin 115.0.9-cu maddəsinin tələbinə görə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər məhkəmə məsrəflərinə aid edilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2.ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişdirsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh əsas borc üzrə 4544,48(dörd min beş yüz qırx dörd)manat, 48(qırx səkkiz) qəpik, faiz borcu üzrə 731(yeddi yüz otuz bir) manat, 58(əlli səkkiz) qəpik olmaqla, cəmi 5276, 06 (beş min iki yüz yetmiş altı)manat, 6(altı) qəpik kredit borcu və 72,76 manat məhkəmə xərci tutularaq iddiaçıya ödənilməli, tutma bank qarşısında götürülmüş öhdəliklərin icrasının təminatı kimi girov qoyulmuş Cavabdeh məxsus 583 əyarlı ümumi çəkisi 50,90 qram olan 2 ədəd kulonlu boyunbağı, 750 əyarlı ümumi çəkisi 7,80 qram olan 2 ədəd üzük, 585 əyarlı ümumi çəkisi 12,00 qram olan 2 ədəd üzük və 583 əyarlı ümumi çəkisi 17,50 qram olan 1 ədəd qolbağından ibarət olan qızıl-zinət əşyalarına yönəldilməli və satışdasn əldə edilmiş vəsait hesabına borc ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, iddianın qalan hissəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 4544,48 manat əsas, 731,54 manat faiz olmaqla, cəmi 5276,06 manat borc və 72,76 manat məhkəmə xərci Cavabdeh alınaraq İddiaçı ASC -yə ödənilsin. Tutma girov qoyulmuş 583 əyarlı xalis çəkisi 50,90 qram olan 2 ədəd kulonlu boyunbağı, 750 əyarlı ümumi çəkisi 7,80 qram olan 2 ədəd üzük, 585 əyarlı ümumi çəkisi 12,00 qram olan 2 ədəd üzük və 583 əyarlı ümumi çəkisi 17,50 qram olan 1 ədəd qolbağıdan ibarət olan əmlaka yönəldilsin və əmlakdan əldə ediləcək vəsait hesabına Cavabdeh 28 aprel 2022-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrası üçün İddiaçı ASC-yə olan borcu ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar