Məhkəmə qərarları › İş №2(062)-1427/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1427/2024

18.04.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1427/2024 18.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, Ərizəçi və Maraqlı şəxs2 iştirakları ilə İşdə maraqlı şəxs Ərizəçi işdə maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 qarşı evə köçürülmə tələbinə dair mülki işə Tovuz şəhərində 18 aprel 2024-cü il tarixdə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşdə maraqlı şəxs Ərizəçi məhkəmədə Maraqlı şəxs1 qarşı iddia qaldıraraq Maraqlı şəxs1 və Maraqlı şəxs2 ilə aralarında bağlanmış mediasiya prosesi nəticəsində əldə edilən xx.xx.2024-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə maraqlı şəxs Ərizəçi iddianı müdafiə edərək izahatında göstərdi ki, tərəflər el adəti ilə evlənmişlər. Nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 3 nəfər uşaqları anadan olmuşdur. İşdə Maraqlı şəxs1 ilə aralarında narazılıq yarandığına görə ayrılmışlar. Uşaqlar onun himayəsindədir. Maraqlı şəxslərin yaşadığı, Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Hazırda ayrıldığından həmin evdən atası evinə getmişdir. Uşaqları ilə birlikdə başqa yaşamağa yeri yoxdur. Ona görə də maraqlı şəxslərin yaşadığı evə köçürülmək istəyir. Odur ki, 18 mart 2024-cü ildə evə köçürülməsinə dair barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İşdə Maraqlı şəxs2 məhkəmə iclasında ərizəni qəbul edərək izahatında göstərdi ki, ərizəçi ilə oğlu məhkəmə qaydasında ayrılmışlar. Ev mərhum əri Tağıyev Arifin adına qeydiyyatdadır. Mediasiya prosesində də gəlinin nəvələri ilə birlikdə yaşadıqları evə köçürülməsinə etiraz etmir. Sazişi könüllü olaraq bağlamışdır, ona heç bir təsir olmamışdır. Ərizənin təmin olunmasını xahiş edir. Maraqlı şəxs1 məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən Maraqlı şəxs1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. İşə əlavə olunmuş reyestr nömrəsi 486 olan qeydiyyat vəsiqəsinin sürətindən görünür ki, Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən 2 otaqlı, ümumi sahəsi 182,3 kv metr olan fərdi yşayış evi X2 adına qeydiyyata alınmışdır. Surəti işə əlavə olunmuş ölüm haqqında arayışdan görünür ki, X4 xx.xx.2019-cu ildə vəfat etmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, tərəflər el adəti qaydasında evlənmişlər. Nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 3 nəfər uşaqları anadan olmuşdur. İşdə Maraqlı şəxs1 ilə aralarında narazılıq yarandığına görə ayrılmışlar. Uşaqlar ərizəçinin himayəsindədir. Maraqlı şəxslərin yaşadığı, Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən fərdi yaşayış evinə gəlin köçmüşdür. Ərizəçi uşaqları ilə birlikdə sonradan Maraqlı şəxs1 və Maraqlı şəxs2 yaşadığı fərdi yaşayış evinə köçürülməyi tələb etmiş, tərəflər arasında 18 mart 2024-cü il tarixində mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanmış, saziş mediator tərəfindən təsdiq olunmuşdur. Barışıq sazişinin şərtləri aşağıdakı qaydada tərtib edilmişdir:

1. Maraqlı şəxs1 birgə nikahlarından xx.xx.2010-cu ildə anadan olmuş X3, xx.xx.2011-ci ildə anadan olmuş X5 və xx.xx.2017-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 240 (iki yüz qırx) manat aliment Ərizəçi verməyi öhdəsinə götürür.

2. Ərizəçi övladları ilə birlikdə Maraqlı şəxs2 məxsus Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən yaşayış evinə köçürüləcəkdir. Barışıq sazişi hal-hazırda qüvvədədir. “Mediasiya haqqında”Qanunun tələblərinə uyğun tərtib olunub və Azərbaycan Respublikası MPM-nin tələbləri pozulmamışdır. Üçüncü şəxslərin mənafeyinə toxunmur. İddiaçının izahatı ilə məlum olur ki, cavabdeh barışıq sazişinin şərtlərinə əməl etməyib, alimentin məbləğini könüllü olaraq iddiaçıya ödəmir. Azərbaycan Respublikası MPM-nin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-25.4-cü maddəsinə əsasən, qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə görə, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə iclasında müəyyən edildi ki, mübahisəli ev işdə Maraqlı şəxs2 ilə mərhum X2 birgə nikahları dövründə əldə olunmuşdur və hər iki maraqlı şəxs mülkiyyətçinin birinci növbəli vərəsələridir. Mirası rəsmi olaraq rəsmiləşdirməsələr belə hər hansı bir müqavilə bağlamaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə işin yuxarıda göstərilən hallarını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, 18 mart 2024-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişi evə köçürülməyinə aid hissəsi tam olaraq qanuna müvafiq olduğundan həmin hissə təsdiq edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Q Ə T E T D İ:

Ərizə təmin edilsin. İşdə maraqlı şəxs Ərizəçi ilə işdə maraqlı şəxslər Maraqlı şəxs1 və Maraqlı şəxs2 arasında bağlanmış Ərizəçi övladları ilə birlikdə Maraqlı şəxs2 məxsus Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yerləşən yaşayış evinə köçürülməsinə dair 18 mart 2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin və məcburi icraya yönəldilsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar