Məhkəmə qərarları › İş №2(062)-1441/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1441/2024

24.04.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1441/2024 24.04.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə müraciət edərək Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Tovuz rayonu Azaflı kənd sakini Maraqlı şəxs ilə aralarında Tovuz 1 saylı Mediasiya Təşkilatında bağlanmış 16 mart 2023-cü il tarixli barışıq sazişinə əsasən Maraqlı şəxs ilə birgə nikahlarından xx.xx.2017-ci ildə anadan olmuş Ramiz və 02 fevral 2019-cu il tarixdə anadan olmuş Ramal adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Maraqlı şəxs hər ay bir uşağa 50 manat olmaqla, cəmi 100 manat alimentin hər ayın 1-dən gec olmayaraq ona verməsi öhdəliyini üzərinə götürmüşdür. Lakin Maraqlı şəxs həmin barışıq sazişini yerinə yetirmir. Ona görə də, Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində aralarında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək təmin olunmasını xahiş etdi. İşdə Maraqlı şəxs məhkəmə iclası barədə məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən Maraqlı şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Surəti işə əlavə olunmuş barışıq sazişindən görünür ki, tərəflər birgə nikahlarından xx.xx.2017-ci ildə anadan olmuş X2 xx.xx.2019-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək anaları Ərizəçi yanında saxlanılması, Maraqlı şəxs 2 uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər uşağa 50 manat olmaqla cəmi 100 manat alimenti hər ayın 1-dən gec olmayaraq X1 verməyi, Maraqlı şəxs xx.xx.2023-cü il tarixədək X1 məxsus cehiz əşyalarını sonuncuya verməyi, Maraqlı şəxs, X1 məxsus və hazırda lombarda kredit təminatı olaraq girov qoyulmuş 01 ədəd klonu qızıl qadın boyunbağısını,01 cüt qızıl qadın sırğasını və 01 ədəd qızıl qadın üzüyünü kredit ödənilib əşyalar girovdan çıxarıldıqdan sonra X1 qaytarmağı öhdəliyi götürmüş. Maraqlı şəxs uşaqları Ramiz və Ramalla təhsilindən asudə istənilən vaxt görüşə və ünsiyyətdə olması barədə öhdəliy bilər.Tərəflərin mülki hüquq münasibətlərindən irəli gələn digər məsələlər üzrə məhkəməyə müraciət edə bilələri barədə razılığa gəlmişlər. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, tərəflər Tovuz 1 saylı Mediasiya Təşkilatında bağlanmış 16 mart 2023-cü il tarixli barışıq sazişinə əsasən Maraqlı şəxs ilə birgə nikahlarından xx.xx.2017-ci ildə anadan olmuş Ramiz və 02 fevral 2019-cu il tarixdə anadan olmuş Ramal adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Maraqlı şəxs hər ay uşağa 50 manat olmaqla, 100 manat alimentin hər ayın 1-dən gec olmayaraq ona verməyi öhdəsinə götürmüşdür. Lakin Maraqlı şəxs barışıq sazişinin alimentlə bağşlı şərtlərini yerinə yetirmir. Barışıq sazişi hal-hazırda qüvvədədir. “Mediasiya haqqında”Qanunun tələblərinə uyğun tərtib olunub və Azərbaycan Respublikası MPM-nin tələbləri pozulmamışdır. Üçüncü şəxslərin mənafeyinə toxunmur. İddiaçının izahatı ilə məlum olur ki, cavabdeh barışıq sazişinin alimentlə bağlı şərtlərinə əməl etməyib, alimentin məbləğini könüllü olaraq iddiaçıya ödəmir. Azərbaycan Respublikası MPM-nin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olubolmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-25.4-cü maddəsinə əsasən, qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə görə, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə işin yuxarıda göstərilən hallarını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, 18 mart 2024-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin alimentə dair hissəsi qanuna müvafiq olduğundan təsdiq edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış tərəflərin birgə yaşayışlarından Maraqlı şəxs xx.xx.2017-ci ildə anadan olmuş X2 xx.xx.2019-cu ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs hər ay bir uşağa görə 50 (əlli) manat olmaqla, cəmi 100 (yüz) manat alimentin alınıb Ərizəçi verilməsinə dair 16 mart 2023-cü il tarixli barışıq sazişinin alimentə dair hissəsi təsdiq edilsin və məcburi icraya yönəldilsin. 16 mart 2023-cü il tarixdən başlayaraq aliment ödənilməsi həyata keçirilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar