Məhkəmə qərarları › İş №2(062)-1494/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1494/2025

01.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1494/2025 01.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim İsaqlı Pərvanə Zakir qızının sədrliyi, məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “vəfat etmə faktının təsdiq olunması” barədə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizəsinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, bibisi X4 xx.xx.1955-ci il tarixdə Tovuz rayonu, Aşağı Quşçu kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, bibisi X10 xx.xx.1955-ci il tarixdə körpə uşaq ikən vəfat etmişdir. Vəfat edərkən iki aylıq olmuş və ölüm haqqında şəhadətnamə tərtib edilməmişdir. Hazırda ailələri barədə arayış və digər sənədlər tərtib edilərkən bibisi Pakizə Quliyevanın adı da həmin sənədlərdə qeyd olunur. Bu səbəbdən mərhum X2na münasibətdə vərəsəlik hüququndan istifadə edə bilmir. Hazırkı faktın təsdiq edilməsi ona atasına münasibətdə vərəsəlik hüququndan istifadə etməyi üçün lazımdır. Tərəflərin izahatları Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxsin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktlar İV-ЖГ 462112 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1973-cü il tarixdə anadan olmuşdur. X2, anası X7r. AZ-İİ 465476 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.2003cü il tarixdə ölmüşdür. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 462 nömrəli arayışdan görünür ki, X11 xx.xx.2010-cu il tarixdə ölmüşdür. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 461 nömrəli arayışdan görünür ki, X15 xx.xx.1997-ci ildə ölmüşdür. Tovuz Rayonu İcra Hakimiyyəti başçısının Aşağı Quşçu kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 336 nömrəli arayışdan görünür ki, mərhum X8 xx.xx.1955-ci il tarixdə X10 adlı övladı olmuş, xx.xx.1955-ci il tarixdə vəfat etmişdir. X1 rayonu, Aşağı Quşçu kənd qəbirstanlığında dəfn olunmuşdur. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 762 nömrəli arayışdan görünür ki, X10 xx.xx.1955-ci il tarixdə Tovuz rayonu, Aşağı Quşçu kəndində anadan olmuşdur. Bu barədə xx.xx.1955-ci il tarixdə Tovuz rayonu, Aşağı Quşçu kənd icra nümayəndəliyi tərəfindən 27 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X3, aması X12 olmuşdur. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 746 nömrəli arayışdan görünür ki, X11 xx.xx.1949-cu il tarixdə Tovuz rayonu, Aşağı Quşçu kəndində anadan olmuşdur. Bu barədə xx.xx.1949-cu il tarixdə Tovuz rayonu, Aşağı Quşçu kənd icra nümayəndəliyi tərəfindən 58 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X3, anası X13 olmuşdur. Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 57 nömrəli məktubundan görünür ki, xx.xx.1955-ci ildə Tovuz rayonu, Aşağı Quşçu kəndində anadan olmuş X4 ölüm haqqında akt qeydi Maraqlı şəxsndə aşkar edilməmişdir. Tovuz Rayon Mərkəzi X14 X25 kənd Həkim məntəqəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 57 nömrəli arayışdan görünür ki, mərhum X8 xx.xx.1955-ci ildə X10 adlı övladı olmuş, xx.xx.1955-ci il tarixdə vəfat etmişdir. Arxiv sənədləri olmadığı üçün tibbi şəhadətnamə verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: Maddə 307.1-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311.Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı: Bənd 9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bənd 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”: Maddə 8.5. Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Maddə 8.2. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizənin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, bu nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, X15 və X5 birgə nikahlarından xx.xx.1955-ci ildə X10 doğulmuşdur. X10 xx.xx.1955-ci il tarixdə Tovuz rayonu, Aşağı Quşçu kəndində vəfat etmiş və həmin kənd qəbirstanlığında dəfn edilmişdir. İşin bu halı Tovuz İHB-nın Aşağı Quşçu kənd İƏD üzrə nümayəndəliyi tərəfindən və Tovuz rayon Mərkəzi X14 X25 kənd Həkim məntəqəsi tərəfindən verilmiş arayışlarla da təsdiqini tapır. Lakin Qeydiyyat şöbəsi tərəfindən X9 ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Əsas kimi müvafiq sənədlərin olmadığı göstərilmişdir. Göründüyü kimi, Ərizəçi mərhum bibisinin ölüm faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir, habelə ona bu sənədlərin alınmaması vərəsəlik hüquqlarının həyata keçirilməsinə imkan vermir. Məhkəmə hesab edir ki, bu kimi hallar ərizəçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizəsini təmin etməyə əsas verir. Çünki ərizəçinin nail olmaq istədiyi məqsədə çatmaq üçün məhkəmədən kənar başqa yolu yoxdur. İş materiallarına istinadən məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizəçinin mərhum bibisinin ölüm faktının müəyyən edilməsi üçün qanunvericilikdə və «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 №-li qərarında qeyd edilmiş əsaslar və şərtlər mövcuddur. Məhkəmə araşdırması zamanı X4 xx.xx.1955-ci il tarixdə Tovuz rayonu, Aşağı Quşçu kəndində vəfat etməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən ərizə əsaslı hesab edilməklə həmin fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1955-ci ildə Tovuz rayonu, Aşağı Quşçu kəndində anadan olmuş X4 xx.xx.1955-ci il tarixdə Tovuz rayonu, Aşağı Quşçu kəndində ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1955-ci ildə Tovuz rayonu, Aşağı Quşçu kəndində anadan olmuş X4 xx.xx.1955-ci il tarixdə Tovuz rayonu, Aşağı Quşçu kəndində vəfat etməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar