Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1504/2023 16.05.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İşdə maraqlı şəxs Ərizəçi iştırakı ilə İşdə maraqlı şəxs Ərizəçi işdə Maraqlı şəxs qarşı aliment tələbinə dair mülki işə Tovuz şəhərində 16 may 2023-cü il tarixdə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşdə maraqlı şəxs Ərizəçi məhkəmədə Maraqlı şəxs qarşı iddia qaldıraraq Maraqlı şəxs ilə aralarında bağlanmış mediasiya prosesi nəticəsində əldə edilən xx.xx.2023-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə maraqlı şəxs Ərizəçi məhkəmə iclasında iddianı müdafiə edərək göstərdi ki, Maraqlı şəxs ilə el adəti ilə evlənmişlər. Nikahlarını rəsmiləşdirməmişlər. Birgə yaşayışlarından 02 dekabr 2013-cü ildə Ayxan adlı uşaqları anadan olmuşdur. İşdə Maraqlı şəxs ilə aralarında narazılıq yarandığına görə ayrılmışlar. Uşaq onun himayəsindədir. Ayrıldıqdan sonra Maraqlı şəxs uşağın böyüyüb tərbiyə olunması üçün ona ayda 130 manat aliment ödəyir. Həmin məbləğlə uşağa təkbaşına baxmaqda çətinlik çəkir. Bu səbəbdən mediasiya prosesində alimentin artırılaraq 180 manat müəyyən edilməsi barədə aralarında saziş imzalanmışdır. Ona görə də 02 dekabr 2013-cü ildə anadan olmuş Ayxan adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün aralarında olan barışıq sazişinin şərtlərinə uyğun olaraq cavabdehdən hər ay 180 manat aliment alınıb ona verilməsinə dair barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İşdə Maraqlı şəxs məhkəmə iclası barədə məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən Maraqlı şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Surəti işə əlavə olunmuş doğum haqqında arayışlardan görünür ki, tərəflərin 02 dekabr 2013-cü ildə Ayxan adlı uşaqları anadan olmuşdur. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, tərəflər el adəti qaydasında evlənmişlər. Birgə yaşayışlarından 02 dekabr 2013-cü ildə Ayxan adlı uşaqları anadan olmuşdur. Aralarında yaranmış mübahisəyə görə tərəflər ayrılmışlar. Uşaq iddiaçının yanındadır. Ərizəçi Maraqlı şəxs aliment tələb etmiş, hazırda cavabdeh hər ay 130 manat aliment ödəyir. Tərəflər arasında 06 fevral 2023-cü il tarixində mediasiya prosesi nəticəsində alimentin məbləği barədə barışıq sazişi bağlanmış, saziş mediator tərəfindən təsdiq olunmuşdur. Barışıq sazişinin şərtləri aşağıdakı qaydada tərtib edilmişdir:
1. Hər iki tərəf birgə yaşayışlarından xx.xx.2013-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarı artırılaraq 180 (yüz səksən) manat müəyyən olunur.
2. Maraqlı şəxs, X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ayın 10-dan gec olmayaraq 180 manat alimenti Ərizəçi verməyi öhdəsinə götürür.
3. Ərizəçi, X2 yetkinlik yaşına çatanadək bir daha aliment miqdarını qaldırmayacağına dair öhdəlik götürür, əks halda qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyacaqdır. Barışıq sazişi hal-hazırda qüvvədədir. “Mediasiya haqqında”Qanunun tələblərinə uyğun tərtib olunub və Azərbaycan Respublikası MPM-nin tələbləri pozulmamışdır. Sazişin 3-cu bəndi istisna olmaqla, üçüncü şəxslərin mənafeyinə toxunmur. İddiaçının izahatı ilə məlum olur ki, cavabdeh barışıq sazişinin şərtlərinə əməl etməyib, alimentin məbləğini könüllü olaraq iddiaçıya ödəmir. Azərbaycan Respublikası MPM-nin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-25.4-cü maddəsinə əsasən, qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə görə, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə hesab edir ki, barışıq sazişinin 3-cü hissəsi üçüncü şəxslərin mənafeyinə toxunduğundan həmin hissə təmin edilməməlidir. Belə ki, barışıq sazişi yetkinlik yaşına çatmayan uşağın saxlanılması barədə aliment məbləğinin ödənilməsi barədədir. Alimentin miqdarının artırılmayacağı barədə öhdəliyin götürülməsi yetkinlik yaşına çatmayan uşağın mənafeyinə zidd olmaqla, qanunvericiliyin tələblərinə uyğun deyil. Bu səbəbdən sazişin 3cü bəndi təsdiq oluna bilməz. Məhkəmə işin yuxarıda göstərilən hallarını nəzərə alaraq hesab edir ki, ərizə qismən təmin edilməli, 06 fevral 2023-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişi alimentin ödənilməsinə aid hissəsi tam olaraq qanuna müvafiq olduğundan həmin hissə təsdiq edilməlidir. Ərizənin sazişin 3-cü bəndinə aid qalan hissəsi təmin edilməməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Q Ə T E T D İ:
Ərizə qismən təmin edilsin. Maraqlı şəxs Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış tərəflərin birgə yaşayışlarından xx.xx.2013-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs hər ay 180 (yüz səksən) manat alimentin Ərizəçi verilməsinə dair 06 fevral 2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin və məcburi icraya yönəldilsin. Ərizənin sazişin 3-cü bəndinə aid qalan hissəsi təmin edilməsin. 06 fevral 2023-cü il tarixdən başlayaraq aliment ödənilməsi həyata keçirilsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev