Məhkəmə qərarları › İş №2(062)-1535/2024

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-1535/2024

08.05.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-1535/2024 08.05.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə Maraqlı şəxs qarşı ərizə ilə müraciət edərək 24 aprel 2024-cü il tarixdə Tovuz 1 saylı X1 Gülnar İbrahim qızı ilə onun arasında bağlanmış MTŞ/MT024/2024-0315 nömrəli barışıq sazişinin təsdiq edilməklə, 02 fevral 2009-cu il tarixdə anadan olmuş X2, 08 noyabr 2010-cu il tarixdə anadan olmuş X4 və 04 avqust 2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək onun yanında və himayəsində saxlanılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs ilə el adəti qaydasında evlənməklə nikahlarını 01 mart 2011-ci il tarixdə rəsmiləşdirmişlər. Onların 02 fevral 2009cu il tarixdə Gülnur, 08 noyabr 2010-cu il tarixdə Roman və 04 avqust 2015-ci il tarixdə Nilay adlı üç nəfər uşaqları anadan olmuşdur. Onlar evləndikdən sonra bir müddət mehriban yaşasalar da sonradan aralarında baş vermiş narazılıqlar səbəbli faktiki olaraq ayrılmışlar. O, Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, Maraqlı şəxs ilə arasında olan nikahın pozulması, uşaqların onun yanında və himayəsində saxlanılması və digər ailə münasibətləri tələbi ilə Tovuz 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. İlkin mediasiya sessiyası zamanı, yəni 24 aprel 2024-cü il tarixdə Maraqlı şəxs ilə onun arasında MTŞ/MT024/2024-0315 nömrəli barışıq sazişi bağlanmışdır. Tovuz 1 saylı Mediasiya Təşkilatında 24 aprel 2024-cü il tarixdə Maraqlı şəxs ilə onun arasında bağlanmış MTŞ/MT024/2024-0315 nömrəli barışıq sazişinin şərtləri aşağıdakı kimidir: Tərəflər 02 fevral 2009-cu il tarixdə anadan olmuş X5, 08 noyabr 2010-cu il tarixdə anadan olmuş X6 və 04 avqust 2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək ataları, yəni onun yanında və himayəsində qalması barədə razılığa gəlmişlər. Lakin Maraqlı şəxs 24 aprel 2024-cü il tarixli MTŞ/MT024/2024- 0315 nömrəli barışıq sazişinin şərtlərinə əməl etməyərək, sazişin şərtlərini kobud şəkildə pozmuşdur. Belə ki, Maraqlı şəxs 24 aprel 2024-cü il tarixli MTŞ/MT024/2024-0315 nömrəli barışıq sazişində qeyd olunmuş uşaqların onun yanımda və himayəsində saxlanılmasına maneələr yaradır. Baxmayaraq ki, Maraqlı şəxs barışıq sazişindən başqa bu barədə razılığına dair Tovuz rayon İcra Hakimiyyəti başçısı yanınsa Qəyyumluq və Himayəçilik Orqanına notarial qaydada təsdiq edilmiş 26 aprel 2024-cü il tarixli **********489 saylı ərizə də vermişdir. Ona görə də, 24 aprel 2024-cü il tarixdə Tovuz 1 saylı X1 Gülnar İbrahim qızı ilə onun arasında bağlanmış MTŞ/MT024/2024-0315 nömrəli barışıq sazişi təsdiq edilməklə, 02 fevral 2009-cu il tarixdə anadan olmuş X2, 08 noyabr 2010-cu il tarixdə anadan olmuş X4 və 04 avqust 2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək ataları, yəni onun yanında və himayəsində saxlanılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən əriçəçi Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, uşaqlar hazırda onun yanındadır. Gülnar tərəfindən hər hansı maneələr də mövcud deyildir. Sadəcə barışıq sazişinin təsdiq edilməsi onun özünə lazımdır. Odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs bildirdi ki, uşaqlar atalarının yanındadılar və o heç bir maneçilik yaratmır. Ona görə də, qanuna müvafiq qərar gəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iş üzrə icraata xitam verilməlidir. Surəti işə əlavə olunmuş barışıq sazişindən görünür ki, tərəflərin birgə nikahlarından 02 fevral 2009-cu il tarixdə anadan olmuş X5, 08 noyabr 2010-cu il tarixdə anadan olmuş X6 və 04 avqust 2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək ataları yəni mən Ərizəçi yanında və himayəsində qalması barədə razılığa gəlmişlər. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, tərəflər el adəti qaydasında evlənməklə nikahlarını 01 mart 2011-ci il tarixdə rəsmiləşdirmişlər. Onların 02 fevral 2009cu il tarixdə Gülnur, 08 noyabr 2010-cu il tarixdə Roman və 04 avqust 2015-ci il tarixdə Nilay adlı üç nəfər uşaqları anadan olmuşdur. Onlar evləndikdən sonra bir müddət mehriban yaşasalar da sonradan aralarında baş vermiş narazılıqlar səbəbi ilə faktiki olaraq ayrılmışlar. Ərizəçi ilə Maraqlı şəxs arasında 24 aprel 2024-cü il tarixində mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanmış, saziş mediator tərəfindən təsdiq olunmuşdur. Barışıq sazişinin şərtləri aşağıdakı qaydada tərtib edilmişdir: Tərəflərin birgə nikahlarından 02 fevral 2009-cu il tarixdə anadan olmuş X5, 08 noyabr 2010-cu il tarixdə anadan olmuş X6 və 04 avqust 2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək ataları, Ərizəçi yanında və himayəsində qalırlar. Məhkəmə iclasında müəyyən edildi ki, maraqlı şəxs barışıq sazişinin şərtlərinə tam riayət etmişdir. Belə ki, ərizəçinin özünün də izahatından müəyyən edilir ki, uşaqların onun yanında qalmasına maraqlı şəxs tərəfindən hər hansı maneə yoxdur. Sadəcə barışıq sazişinin təsdiq edilməsinin ona lazım olduğunu vurğulamışdır. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Göründüyü kimi barışıq sazişinin könüllü icrasından imtina edilməmiş, uşaqlar atanın himayəsindədirlər. Odur ki, ərizəyə məhkəmə qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 261-ci maddəsinin rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar