Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1573/2024 10.05.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəmədə Maraqlı şəxs qarşı ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixdə mediasiyada təsdiq edilmiş barışıq sazişinin təsdiq olunması və icraya yönəldilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs xx.xx.2008-ci ildə evlənib ailə qurmuşdur. xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X2 adlı uşaqları olmuşdur. Aralarında yaranan narazılığa görə ayrılmışlar. Uşaqlar onun yanındadır. xx.xx.2023-cü ildə Maraqlı şəxslə barışıq sazişi bağlamışlar. Barışıq sazişinə əsasən hər ay hər uşağa Maraqlı şəxs 160 manat olmaqla, cəmi 320 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Maraqlı şəxs köniillü olaraq alimenti ödəmir. Ona görə də, xx.xx.2023-cü il tarixdə mediasiyada təsdiq etdiyi barışıq sazişinin təsdiq olunması və icraya yönəldilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, maraqlı şəxs alimenti ödəmir. Belə ki, yanvar-fevral ayını vermiş, mart ayından 140 manat ödəniş etmişdir. Aprel ayından ümümiyətlə ödəniş etməmişdir. Sonuncu dəfə 7 apreldə 40 manat ödəniş etmişdir. Ödənişləri kart vasitəsi ilə ödəyir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs bildirdi ki, onun maddi imkanı zəifdir. O alimenti ödəyə bilmir. Gücü çatdığı qədər ödənişlər etmişdir. Ona görə də ərizənin təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ərizə qismən təmin edilməlidir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, tərəflər evlənmişlər. xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2009-cu il təvəllüdlü X2 adlı uşaqları doğulmuşdur. Aralarında yaranan narazılığa görə ayrılmışlar. Uşaqlar ərizəçinin yanındadır. xx.xx.2023-cü ildə Maraqlı şəxslə barışıq sazişi bağlamışılar. Barışıq sazişinə əsasən hər ay hər uşağa Maraqlı şəxs 160 manat olmaqla, cəmi 320 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Maraqlı şəxs köniillü olaraq alimenti ödəmir. Barışıq sazişinin şərtləri aşağıdakı qaydada tərtib edilmişdir: xx.xx.2008-ci ildə anadan olmuş X3 və xx.xx.2009-cu ildə anadan olmuş X1 yetkinlik yaşma çatanadək anaları Ərizəçi yanında və himayəsində qalması barədə və Maraqlı şəxs xx.xx.2008-ci ildə anadan olmuş X3 və xx.xx.2009-cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 160(yüz altmış) manat, cəmi 320(üç yüz iyirmi) manat alimenti anaları Ərizəçi verməsi barədə razılığa gəlmişlər. Barışıq sazişi hal-hazırda qüvvədədir. “Mediasiya haqqında”Qanunun tələblərinə uyğun tərtib olunub və Azərbaycan Respublikası MPM-nin tələbləri pozulmamışdır. Üçüncü şəxslərin mənafeyinə toxunmur. İddiaçının izahatı ilə məlum olur ki, cavabdeh barışıq sazişinin şərtlərinə əməl etməyib, alimentin məbləğini könüllü olaraq iddiaçıya ödəmir. Azərbaycan Respublikası MPM-nin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olubolmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-25.4-cü maddəsinə əsasən, qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə görə, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə işin yuxarıda göstərilən hallarını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, 13 dekabr 2023-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişi tam olaraq qanuna müvafiq olduğundan təsdiq edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış tərəflərin birgə yaşayışlarından xx.xx.2008-ci ildə anadan olmuş X3 və xx.xx.2009-cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs hər ay bir uşağa görə 160 (yüz altmış) manat olmaqla, cəmi 320 (üç yüz iyirmi) manat alimentin alınıb Ərizəçi verilməsinə dair 13 dekabr 2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin və məcburi icraya yönəldilsin. 23 dekabr 2023-cü il tarixdən başlayaraq aliment ödənilməsi həyata keçirilsin. Qətnamə dərhal icra edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1573/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1573/2024
10.05.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver