Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1620/2025 10.06.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) “doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə” ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X2 xx.xx.1944-cü ildə Tovuz Rayonu Qovlar şəhərində anadan olma faktının müəyyən olunmasına və onun barəsində doğum haqqında şəhadətnamə verilərkən ata adının X7, ana adının X8 qeyd olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X5 xx.xx.1944-cü ildə Tovuz Rayonu Qovlar şəhərində X7 ilə X3 birgə nikahlarından anadan olmuşdur. X5 xx.xx.2006-cı ildə, X9 xx.xx.1957-ci ildə, X10 isə xx.xx.1988-ci ildə vəfat etmişdir. Miras mülkə dair vərəsəlik şəhadətnaməsinin alınması üçün müvafiq sənədlərin notariusa təqdim edilməsi zərurəti yaranmışır. Həmin sənədlərdən də biri atasının doğum haqqında şəhadətnaməsinin əldə edilməsi ilə bağlı idi. Həmin sənədin əldə olması məqsədi ilə maraqlı şəxsə müraciət etdikdə müəyyən olundu ki, atası barədə Qeydiyyat şöbəsində doğum akt qeydi aparılmamışdır. Doğum haqqında şəhadətnamənin əldə olunması üçün müvafiq sənədlərin toplanması qeyri- mümkündür. Belə olan halda atasının doğum qeydi məhkəmə qaydasında təsdiq olunmalıdır. X2 xx.xx.1944-cü ildə Tovuz Rayonu Qovlar şəhərində anadan olması müvafiq sənədlərlə təsdiq olunsa da, həmin səndlərlə doğum haqqında şəhadətnamənin tərtib olunması və doğum akt qeydi kitabında qeydiyyat aparılması qeyrimümkündür. Bu səbəbdən də, məcbur olub ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçi tələbini müdafiə edərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə ərizə ünvanlayaraq nümayəndəsinin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.1987-ci il tarixli mərkəzi dövlət Arxivinin Şamxor filialının arayışının surətindən görünür ki, Tovuz rayonu Qovlar qəsəbəsi XDS komitəsinin filialında mühafizədə saxlanan 1945-1947-ci illərə dair təsərrüfat kitabında X4 183 nömrəli təsərrüfatında oğlu X6 1934-cü ildə anadan olması qeyd olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2024-cü il tarixli arayışından görünür ki, 1944-cü ildə Tovuz rayonunun Qovlar şəhərində anadan olmuş X6 doğumu haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və doğum haqqında akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları: 1945-1947-ci illər üzrə Tovuz rayon Qovlar şəhəri İN-yi üzrə və 1959-1962-ci illər üzrə bərpa akt qeydləri yoxlanılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, AZ-İİ 434745 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1957-ci ildə ölmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, AZ-İİ 434746 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1988-ci ildə ölmüşdür. İş materiallarında olan xx.xx.2006-cı il tarixli, AZ-İ 182328 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2006-cı ildə ölmüşdür. İş materiallarında olan Tovuz rayon Qovlar qəsəbə soveti tərəfindən verilmiş 447926 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1978-ci ildə doğulmuşdur. X1 ilə X12r. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirdi ki, Ərizəçi onun qardaşıdır. Münasibətləri yaxşıdır, ədavətləri yoxdur. Onlar atalarının doğum haqqında şəhadətnaməsini axtarsalar da, tapmamışlar. Ataları Cavadın ata adı Hüseyn, ana adı isə Səlmi olub. Belə ki, ərizəçinin izahatı, şahidlərin ifadəsi və işin materialları ilə X6 xx.xx.1944-cü ildə Tovuz Rayonu Qovlar şəhərində doğulması, atasının X7, anasının X8 olması tam sübuta yetirilir. Mülki işin materiallarından da görünür ki, Ərizəçi doğum haqqında şəhadətnamənin bərpası üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin doğum akt qeydinin bərpası üçün lazım olan sənədlər təqdim olunmadığına görə onun doğum akt qeydinin bərpasından imtina olunmuşdur. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi doğumunun qeydi faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin qeydiyyat şöbəsinin doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Belə ki, vətəndaşlıq vəziyyəti aktları qeydini bərpa etməli olan yeganə orqan qeydiyyat şöbəsi X6 doğum akt qeydinin bərpa etməkdən və yeni doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki X6 doğumunun qeyd edilmə faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçi atasının adına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə X6 atasının X7, anasının X8 olmaqla xx.xx.1944-cü ildə Tovuz Rayonu Qovlar şəhərində doğumunun vətəndaşlıq vəziyyəti aktları qeydiyyatında qeyd edilməsi faktı müəyyən edilməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, verilmiş ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X6 atası X7, anası X8 olmaqla xx.xx.1944-cü ildə Tovuz Rayonu Qovlar şəhərində doğumunun vətəndaşlıq vəziyyəti aktları qeydiyyatında qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1620/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1620/2025
10.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver