Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1649/2024 24.06.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən olunması barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.1979-cu il tarixdə Tovuz rayonu Aşağı Quşçu kəndində anadan olmuş oğlu X1 xx.xx.1980-ci il tarixdə Tovuz rayonu Aşağı Quşçu kəndində ölməsi faktının müəyyən olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək verdiyi ifadəsində göstərdi ki, xx.xx.1979-cu il tarixdə Eldəniz adlı oğlan uşağı dünyaya gəlmiş və 1 yaş 2 aylığında vəfat etmişdir. Vəfat edərkən, yəni doğulmuş körpə olduğundan onun qəbirüstü abidəsi qurulmamışdır. Onun ölməsi barədə vaxtında məlumat verilməmiş, hazırda isə bu səbəbdən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Hazırda ölüm qeydinin tapılmaması səbəbindən ailə üzvləri barədə müxtəlif təşkilatlara təqdim edilməsi üçün arayış alarkən uşağın da adının qeyd edilməsi səbəbindən müəyyən problemlər yaşayır. Odur ki, xx.xx.1979-cu il tarixdə Tovuz rayonu Aşağı Quşçu kəndində anadan olmuş oğlu X1 xx.xx.1980-ci ildə Tovuz rayonu Aşağı Quşçu kəndində ölməsi faktının müəyyən olunmasını xahiş etmişdir. Mülki iş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, Ərizəçi atası onun qonşusu olubdur. Gülarənin 5 övladı olub. Onlardan Eldəniz adlı övladı 1979cu ildə anadan olmuş və 1980-ci ildə vəfat etmişdir. Eldəniz vəfat edəndə, onun ayağı sürüşüb yıxılmışdır. Ona görə də Eldənizin vəfat tarixini xatırlayır. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində göstərdi ki, Ərizəçi onun həmkəndlisidir. Gülarənin övladı 1979-cu ildə anadan olmuş və 1980-ci ildə vəfat etmişdir. Uşağın nədən vəfat etdiyini bilmir. Həmin vaxtı uşağın təxminən 1 yaşı olardı. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində göstərdi ki, Ərizəçi onun həmkəndlisidir. Gülarənin övladı 1979-cu il tarixdə anadan olmuş və 1980-ci il tarixdə vəfat etmişdir. Gülarənin hazırda 4 övladı var. Vəfat edən uşağı Tovuz rayonu Aşağı Quşçu kənd qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, işə əlavə olunmuş Maraqlı şəxs tərəfindən verilmiş məktubdan görünür ki, X1 barəsində Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşə əlavə olunmuş Tovuz rayon İHB-nin Aşağı Quşçu kənd İƏD üzrə nümayəndəliyinin məhkəməyə təqdim etdiyi arayışdan görünür ki, X3 1980-ci ildə Tovuz rayonu Aşağı Quşçu kəndində ölmüş və kənd qəbiristanlığında dəfn edilmişdir. İşə əlavə olunmuş arayışdan görünür ki, X3 xx.xx.1979-cu il tarixdə anadan olmuş və bu barədə xx.xx.1979-cu il tarixdə Tovuz rayonun Aşağı Quşçu kənd icra nümayəndəliyi tərəfindən 49 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, ərizəçinin xx.xx.1979-cu il tarixdə Eldəniz adlı uşağı dünyaya gəlmiş və 1 yaş 2 aylığında vəfat etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Göründüyü kimi, ərizəçinin oğlunun ölümü qeydə alınmadığından ona ölüm haqqında şəhadətnamə verilməsi mümkün deyil və onun göstərilən tarixdə ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1979-cu il tarixdə Tovuz rayonu Aşağı Quşçu kəndində anadan olmuş X1 xx.xx.1980-ci ildə Tovuz rayonu Aşağı Quşçu kəndində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1649/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1649/2024
24.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver