Məhkəmə qərarları › İş №2(062)-1732/2025

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-1732/2025

26.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-1732/2025 26.05.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclas katibi Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi ilə, Ərizəçi “ölüm faktının müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi xx.xx.2025-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1978-ci ildə Tovuz rayonu Əlimərdanlı kəndində anadan olmuş oğlu X1 02 may 1979-cu ildə ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Təyin olunmuş məhkəmə iclasının vaxtı barədə tərəflərə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq tərəflər heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Ərizəçi məhkəməyə ərizə göndərərək işin məhkəmə baxışına təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 259.0.12-ci maddəsində göstərilir ki, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149cu maddəsinə əsasən öz tələbinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. MPM-nin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Ərizəçi oğlunun ölməsi faktının müəyyən edilməsini istəsə də, o ərizəsinə həmin şəxsin onun oğlu olmasını təsdiq edən sənəd əlavə etməmişdir. Belə ki, ərizəçinin soyadı Mustafayeva, oğlu kiçmi qeyd etdiyi şəxsin soyadı isə Mehtiyev olmaqla, bu hal ərizədə şərh edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264cü maddələrini rəhbər turaraq, məhkəmə qərara aldı: Ərizəçi “ölüm faktının müəyyən olunması” barədə ərizəsi baxılmamış saxlanılsın. Ərzəçiyə izah olunsun ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ərizə ilə məhkəməyə müraciə edə bilər. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə qaytarılsın. Qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar