Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1751/2025 24.06.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair (Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1990-cu il tarixdə anadan olmuş oğlu X9 xx.xx.2001-ci il tarixdə, xx.xx.1992-ci il tarixdə anadan olmuş qızı X2 xx.xx.2003cü il tarixdə Tovuz rayonu, Qovlar şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X18 ilə 1984-cü ildə ailə qurmuş, birgə nikahlarından 30 iyul 1990-cı il tarixdə Nicat, xx.xx.1992-ci il tarixdə Türkan adlı uşaqları olmuşdur. Həyat yoldaşı Abbas Qasımov xx.xx.2025-ci ildə vəfat edib. Oğlu Nicat xx.xx.2001-ci ildə, qızı Türkan isə xx.xx.2003-cü ildə vəfat edib və Tovuz rayonu, Qovlar şəhər qəbiristanlığında dəfn olunub. Ərindən qalan mirasa vərəsəlik hüququna dair şəhadətnamə almaq üçün müvafıq sənədlərin toplanması zərurəti yaranmışdır . Oğlu Nicat və qızı Türkan maraqlı şəxsin komputer bazasında sağ göstərilir. Maraqlı şəxsə onların ölüm haqqında şəhadətnamənin verilməsi üçün müraciət etsə də, ona rəsmi olaraq bildirilmişdir ki, uşaqları barədə qeydiyyat şöbəsində ölüm qeydiyyatı aparılmamışdır. Ölüm haqqında şəhadətnamə vərəsəlik hüququna dair şəhadətnaməsinin əldə edilməsi məqsədi ilə ona lazımdır. Uşaqlarının ölümü barədə başqa qaydada sənəd əldə edə bilmədiyinə görə, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizəsinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə məktub ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Ərizəçi, X5, X6, X10 və X3 aktı tərtib etmişlər ondan ötəri ki, həqiqətən X18 ilə Ərizəçi birgə nighlarından xx.xx.1990-ci il tarixidə və xx.xx.1992-ci il tarixdə bir oğul və bir qız uşağı dünyaya gəlmişdir. Həmin oğlan uşağına X19, qızı uşağına isə X11 ad soyadı ata adı qoymuşdur. Lakin həmin uşaqlar xəstə olduqları üçün X18 xx.xx.2001-ci ildə, X11 isə xx.xx.2003-ci ildə vəfat etmişlər. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2025-ci ildə vəfat etmiş X18 “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə əsasən xx.xx.1984-cü ildə Ərizəçi ilə nikaha daxil olmuşdur. A.Qasımovun övladları xx.xx.1985-ci ildə X20, xx.xx.1987-ci ildə X12, xx.xx.1990-cı ildə X19, xx.xx.1992-ci ildə X11, xx.xx.1996cı ildə X21 doğulmuşdur. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2025-ci il tarixli doğum haqqında arayışından görünür ki, X19 xx.xx.1990-cı ildə Tovuz rayonunun Qovlar şəhərində anadan olmuşdur. X1 ilə Ərizəçidır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2025-ci il tarixli doğum haqqında şəhadətnamənin arayışından görünür ki, X11 xx.xx.1992-ci ildə Tovuz rayonunun Qovlar şəhərində anadan olmuşdur. X1 ilə Ərizəçidır. İş materiallarında olan Tovuz rayon Qovlar kənd sovetinin verdiyi xx.xx.1984-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X18 ilə X4 arasında xx.xx.1984-cü il tarixdə nikah baglanmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 xx.xx.2025-ci ildə ölmüşdür. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 73 nömrəli imtina rəyindən görünür ki, xx.xx.1990-cı il tarixdə anadan olmuş X9, xx.xx.1992-ci il tarixdə anadan olmuş X2 ölümünü təsdiq edən müvafiq sənədlər təqdim edilmədiyindən Maraqlı şəxsndə ölüm akt qeydinin tərtib edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirdi ki, Ərizəçi onun xalası qızıdır. Onun iki uşağı olub, uşaqlardan biri 2001-ci ildə, o biri isə 2003-cü ildə ölüb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirdi ki, Qətibə onun qonşusudur. Onun iki uşağı olmuş, uşaqlardan biri 2001-ci ildə, digəri isə 2003-cü ildə vəfat etmişdir. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin və şahid ifadələrinin izahatını və işdə olan sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, xx.xx.1990-cu il tarixdə anadan olmuş oğlu X9 xx.xx.2001-ci il tarixdə, xx.xx.1992-ci il tarixdə anadan olmuş qızı X2 xx.xx.2003-cü il tarixdə Tovuz rayonu, Qovlar şəhərində ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi mərhum oğlu xx.xx.1990-cu il təvəllüdlü X15 və qızı xx.xx.1992-ci il təvllüdlü X7 ölüm haqqında şəhadətnamənin ala bilməməsi, onların ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə xx.xx.1990-cu il tarixdə anadan olmuş oğlu X9 xx.xx.2001-ci il tarixdə, xx.xx.1992-ci il tarixdə anadan olmuş qızı X2 xx.xx.2003-cü il tarixdə Tovuz rayonu, Qovlar şəhərində ölməsi ərizəçinin izahatı və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1990-cu ildə doğulmuş X9 xx.xx.2001-ci ildə, xx.xx.1992-ci ildə doğulmuş X2 xx.xx.2003-cü ildə Tovuz rayonunun Qovlar şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1751/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1751/2025
24.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver