Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1759/2025 17.06.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair (Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1973-cü il tarixdə Tovuz rayonunda anadan olmuş oğlu X4 xx.xx.1974-cü il tarixdə Tovuz rayonunda ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1973-cü il tarixdə Fazil adlı oğlan uşağı dünyaya gəlmiş və 1 yaşında, yəni xx.xx.1974-cü il tarixdə vəfat etmişdir. Vəfat edərkən körpə olduğundan onun qəbirüstü abidəsi qurulmamışdır. Onun ölməsi barədə vaxtında məlumat verilməmiş, hazırda isə bu səbəbdən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Hazırda uşağının ölüm haqqında qeydinin tapılmaması səbəbindən ailə üzvləri barədə müxtəlif təşkilatlara təqdim edilməsi üçün arayış alarkən uşağın da adının qeyd edilməsi səbəbindən müəyyən problemlər yaşayırlar. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizəsinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Tovuz RİHB-nin Tovuz şəhər İƏD üzrə nümayəndəliyinin məsul işçisi X12, Tovuz şəhər sakinləri Ərizəçi oğlu, X8, X2 və X6 aktı tərtib etmişlər ondan ötəri ki, həqiqətən xx.xx.1973-cü il tarixdə anadan olmuş X9 1974-cü ildə vəfat etmişdir və Tovuz rayonu Yuxarı Öysüzlü kənd qəbristanlığında dəfn olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2025-ci il tarixli doğum haqqında şəhadətnamənin arayışından görünür ki, X9 xx.xx.1973-cü ildə Tovuz rayonunda anadan olmuşdur. X1 ilə Ərizəçidır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 72 nömrəli imtina rəyindən görünür ki, xx.xx.1973-cü il tarixdə Tovuz rayonunda anadan olmuş X4 ölümünü təsdiq edən müvafiq sənədlər təqdim edilmədiyindən Maraqlı şəxsndə ölüm akt qeydinin tərtib edilməsi mümkün olmamışdır. İş materiallarında olan Tovuz rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Tovuz şəhər ASM bölməsinin xx.xx.2024-cü il tarixli, 477 nömrəli arayışından görünür ki, xx.xx.2021xx.xx.2024-cü il tarixinə qədər xx.xx.1973-cü il təvəllüdlü X4 Tovuz şəhər ASM bölməsində müraciəti qeydiyyata alınmamış və tibbi qeydiyyatı olmamışdır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2015-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2015-ci il tarixdə ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirdi ki, Ulduzə onun qonşusudur. Onun iki uşağı tələf olub. Biri ana bətnində ölüb digəri isə doğulub sonradan ölüb. Uşağın adı Fazil olub. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, 1989-cu ildə gəlin gəlmişdir. Hər zaman demişlər ki, Ulduzənin oğlu bir il yaşayıb sonra rəhmətə gedib. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin və şahid ifadələrinin izahatını və işdə olan sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, xx.xx.1973-cü il təvəllüdlü X9 xx.xx.1974-cü il tarixdə Tovuz rayonunda ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi mərhum oğlu xx.xx.1973-cü il təvəllüdlü X5 ölüm haqqında şəhadətnamənin ala bilməməsi, onun ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə xx.xx.1973-cü il təvəllüdlü X4 xx.xx.1974-cü il tarixdə Tovuz rayonunda ölməsi ərizəçinin izahatı və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPMin 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1973-cü il təvəllüdlü X4 xx.xx.1974-cü il tarixdə Tovuz rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1759/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1759/2025
17.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver