Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1773/2023 19.06.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, anası X1 iştırakı ilə İşdə maraqlı şəxs Ərizəçi işdə Maraqlı şəxs qarşı aliment tələbi barədə mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair mülki işə Tovuz şəhərində 19 iyun 2023-cü il tarixdə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşdə maraqlı şəxs Ərizəçi məhkəmədə Maraqlı şəxs qarşı iddia qaldıraraq Maraqlı şəxs ilə aralarında bağlanmış mediasiya prosesi nəticəsində əldə edilən xx.xx.2023-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi iştirak etməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, anası X2 təmsil etmişdir. Məhkəmə işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə maraqlı şəxs Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, anası X2 məhkəmə iclasında iddianı müdafiə edərək göstərdi ki, Maraqlı şəxs ilə Ərizəçi el adəti ilə evlənmişlər. Birgə yaşayışlarından 02 noyabr 2015-ci ildə Yusif adlı uşaqları anadan olmuşdur. İşdə Maraqlı şəxs ilə aralarında narazılıq yarandığına görə ayrılmışlar. Uşaq ərizəçinin himayəsindədir. Ayrıldıqdan sonra Maraqlı şəxs uşağın böyüyüb tərbiyə olunması üçün ərizəçiyə könüllü yardım etmir. Uşağa təkbaşına baxmaqda çətinlik çəkir. Mediasiya prosesində tərəflər 80 manat aliment ödənilməsi barədə barışıq sazişi imzalamışlar. Lakin Maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etmir. Ona görə də 02 noyabr 2015-ci ildə anadan olmuş Yusif adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün aralarında olan barışıq sazişinin şərtlərinə uyğun olaraq Maraqlı şəxs hər ay 80 manat aliment alınıb ərizəçiyə verilməsinə dair barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İşdə Maraqlı şəxs məhkəmə iclası barədə məlumat verilmiş, lakin maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən Maraqlı şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Surəti işə əlavə olunmuş atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, tərəflərin 02 noyabr 2015-ci ildə Yusif adlı uşaqları anadan olmuşdur. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, tərəflər el adəti qaydasında evlənmişlər. Birgə yaşayışlarından 02 noyabr 2015-ci ildə Yusif adlı uşaqları anadan olmuşdur. Aralarında yaranmış mübahisəyə görə tərəflər ayrılmışlar. Uşaq ərizəçinin yanındadır. Tərəflər arasında 10 aprel 2023-cü il tarixində mediasiya prosesi nəticəsində alimentin məbləği barədə barışıq sazişi bağlanmış, saziş mediator tərəfindən təsdiq olunmuşdur. Barışıq sazişinin şərtləri aşağıdakı qaydada tərtib edilmişdir:
1. Hər iki tərəf birgə nikahlarından xx.xx.2015-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən olunmuş alimentin miqdarı 80 (səksən) manat müəyyən olunur. Barışıq sazişi hal-hazırda qüvvədədir. “Mediasiya haqqında”Qanunun tələblərinə uyğun tərtib olunub və Azərbaycan Respublikası MPM-nin tələbləri pozulmamışdır. Üçüncü şəxslərin mənafeyinə toxunmur. İddiaçının izahatı ilə məlum olur ki, cavabdeh barışıq sazişinin şərtlərinə əməl etməyib, alimentin məbləğini könüllü olaraq iddiaçıya ödəmir. Azərbaycan Respublikası MPM-nin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-25.4-cü maddəsinə əsasən, qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə görə, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə işin yuxarıda göstərilən hallarını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, 10 aprel 2023-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişi alimentin ödənilməsinə aid hissəsi tam olaraq qanuna müvafiq olduğundan həmin hissə təsdiq edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Q Ə T E T D İ:
Ərizə təmin edilsin. İşdə maraqlı şəxs Ərizəçi ilə işdə Maraqlı şəxs arasında bağlanmış tərəflərin birgə yaşayışlarından xx.xx.2015-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs hər ay 80 (səksən) manat alimentin alınaraq Ərizəçi verilməsinə dair 10 aprel 2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin və məcburi icraya yönəldilsin. 10 aprel 2023-cü il tarixdən başlayaraq aliment ödənilməsi həyata keçirilsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Qafil Baxşıyev