Məhkəmə qərarları › İş №2(062)-182/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-182/2023

09.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-182/2023 09.01.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, Ərizəçi və onun nümayəndəsi vəkil X3 iştirakı ilə, Ərizəçi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Tovuz rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə, «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlanları X13 və X9 ölüm faktlarının müəyyən edilməsi və onların adına ölüm haqqında şəhadətnamələrin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun X5 ilə birgə nikahlarından doğulmuş övladlarından altısı vəfat etmişdir. Onların 4-ünün ölümü Tovuz rayon Qediyyat Şöbəsində təsdiq olunsa da digər ikisi-xx.xx.1978-ci il təvəllüdlü X13 və xx.xx.1981-ci il təvəllüdlü X16 haqqında ölüm aktı qeydə alınmamışdır. Hər ikisi anadan olduqları gün tələf olmuş və qohumları ilə birgə onları Tovuz rayon Aşağı Öysüzlü kənd qəbiristanlığında dəfn etmişlər. Hazırda onun qəbiri Tovuz rayon Aşağı Öysüzlü kənd qəbristanlığında yerləşir. Övladlarının ölüm faktını Tovuz Rayon Dövlət Arxiv İdarəsindən alınmış arayışlar təsdiq edir. Hazırda Dövlət Sosial yardıma verilməsi ilə bağlı müvafiq orqanlara müraciət etmək istəyir. Bunun üçün oğlanları X13 və X10 ölüm faktı ilə bağlı məlumatların olmaması onların müraciətlərini məhdudlaşdırır. Bu baxımdan da ölüm faktlarının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yaranmışdır. Ərizəçi nümayəndəsi X6 məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X7 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Ərizəçi onun uzaq qohumudur. Tellinin həyət yoldaşı Eldarla araları yaxın olmuş, gediş-gəlişləri omuşdur. O, tələf olan uşaqları görməmişdir. Eldar ilə söhbət zamanı uşaqlarının tələf olmasını demişdir. Uşaqlar 1-2 yaşlarında tələf olmuşdur. X20 və Zeynal adlı iki uşaqları var. X2 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Ərizəçi onun anasıdır. Amid və Rasim adında qardaşları olmuşdur, onların hər ikisi ölmüşdür. İşə əlavə olunmuş doğum haqqında arayışlarından görünür ki, xx.xx.1978-ci il təvəllüdlü X13 və xx.xx.1981-ci il təvəllüdlü X16 adlı uşaqlar Tovuz rayonu Aşağı Öysüzlü kəndində anadan olmuşlar. İşə əlavə olunmuş Tovuz Rayon Qediyyat Şöbəsinin arayışlarından görünür ki, X8 və X10 vətandaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qediyyat informasıya sistemində bütün vətandaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Tovuz rayon Dövlət Arxivinin arayışlarından görünür ki, Aşağı Öysüzlü kənd XDS İcraiyyə Komitəsinin Tovuz rayon Dövlət arxivinidə saxlanılan 1980-1982-ci il tarixli 06 saylı təsərrüfatbaşına kitabın 478-ci şəxsi hesabatında təsərrüfat X1 adına olmaqla xx.xx.1978-ci il təvəllüdlü X13 və xx.xx.1981-ci il təvəllüdlü X16 onun oğlu kimi qeyd edilib, təsərüfatda hər ikisinin vəfat etməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi uşaqlarının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, xx.xx.1978-ci il təvəllüdlü X13 və xx.xx.1981-ci il təvəllüdlü X4 rayonu Aşağı Öysüzlü kəndində ölmüşlər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1978-ci il təvəllüdlü X8 və xx.xx.1981-ci il təvəllüdlü X10 doğulduqları gün, yəni müvafiq olaraq xx.xx.1978 və xx.xx.1981-ci ildə Tovuz rayonu Aşağı Öysüzlü kəndində ölmələri barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar