Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-183/2025 15.01.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair (Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qızı xx.xx.1982-ci il tarixdə Tovuz rayonu Əyyublu kəndində anadan olmuş X2 12 mart 1982-ci il tarixdə Tovuz rayonu Əyyublu kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X9 onun qızıdır. X4 ilə birgə nikahlarından xx.xx.1982-ci il tarixdə Tovuz rayonu Əyyublu kəndində anadan olmuşdur. Xəyalə 12 mart 1982-ci ildə vəfat edib və Tovuz rayonu Əyyublu kənd qəbiristanlığında dəfn olunmuşdur. X7 09 mart 2014-cü ildə vəfat etmişdir. Ərindən qalan mirasa vərəsəlik hüququna dair şəhadətnamə almaq üçün müvafiq sənədlərin toplanması zərurəti yaranmışdır. Qızı Xəyalə maraqlı şəxsin komputer bazasında sağ göstərilir. Maraqlı şəxsə ona ölüm kağızının verilməsi üçün müraciət etsə də, ona rəsmi olaraq bildirilmişdir ki, Xəyalə barədə qeydiyyat şöbəsində ölüm qeydiyyatı aparılmamışdır. Qızının ölüm haqqında şəhadətnaməsi vərəsəlik hüququna dair şəhadətnaməsinin əldə edilməsi məqsədi ilə lazımdır. Qızının ölümü barədə başqa qaydada sənəd əldə edə bilmədiyinə görə bu fakt məhkəmə qaydasında müəyyən olunmalıdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, həmçinin bildirmişdir ki, lazımi sənədləşdirmə işlərinin aparılması üçün hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə məktub ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1982-ci ildə Tovuz rayonu Əyyublu kəndində anadan olmuş X2 ölümünü təsdiq edən müvafiq sənədlər təqdim edilmədiyindən Maraqlı şəxsndə ölüm akt qeydinin tərtib edilməsi mümkün olmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli doğum haqqında arayışdan görünür ki, xx.xx.1982-ci il təvəllüdlü X2 atası X13, anası Ərizəçidır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ölüm haqqında arayışdan görünür ki, xx.xx.2024-cü il təvəllüdlü X13 xx.xx.2024-cü ildə ölmüşdür. İş materiallarında olan “Tovuz rayonu Əyyublu bələdiyyəsinin” təsdiq etdiyi, X5, X3, X1, X6 və X8 tərtib etdiyi aktdan görünür ki, Əyyublu kənd sakinləri X11 və Ərizəçi birgə nikahlarından xx.xx.1982-ci ildə Xəyalə adlı qız övladı dünyaya gəlmişdir. xx.xx.1982-ci ildə vəfat edib və Əyyublu kənd qəbristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirdi ki, Qəribə onun eltisidir. X9 xx.xx.1982-ci ildə doğulub, 12 martda ölmüşdür. Uşaq bir ay yaşamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirdi ki, Qəribə onun bacısıdır. X9 xx.xx.1982-ci ildə doğulub, 13 martda ölmüşdür. Uşaq bir ay yaşamışdır. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin və şahidlərin ifadələrini və işdə olan sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, xx.xx.1982-ci ildə doğulmuş X2 xx.xx.1982-ci il tarixdə Tovuz rayonu Əyyublu kəndində ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, X2 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə xx.xx.1982-ci il təvəllüdlü X2 xx.xx.1982-ci il tarixdə Tovuz rayonu Əyyublu kəndində ölməsi işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1982-ci ildə doğulmuş X2 xx.xx.1982-ci ildə Tovuz rayonu Əyyublu kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-183/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-183/2025
15.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver