Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1834/2023 25.06.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, İşdə maraqlı şəxs Ərizəçi və Maraqlı şəxs iştirakları ilə İşdə maraqlı şəxs Ərizəçi Maraqlı şəxs qarşı alimentə dair barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə Tovuz şəhərində 25 iyun 2023-cü il tarixdə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşdə maraqlı şəxs Ərizəçi məhkəmədə Maraqlı şəxs qarşı ərizə ilə müraciət edərək, Maraqlı şəxs ilə aralarında bağlanmış mediasiya prosesi nəticəsində əldə edilən xx.xx.2023-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin alimentə dair hissəsinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə maraqlı şəxs Ərizəçi iddianı müdafiə edərək, məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Maraqlı şəxs ilə el adəti ilə evlənmişlər. Birgə nikahlarından 11 oktyabr 2009-cu ildə Gülçin, 16 iyun 2011-ci ildə Nurçin və 07 sentyabr 2016-cı ildə Zeynəb adlı uşaqları anadan olmuşdur. Maraqlı şəxs ilə aralarında narazılıq yarandığına görə ayrılmışlar. Uşaqlar onun himayəsindədir. Ayrıldıqdan sonra Maraqlı şəxs uşaqların böyüyüb tərbiyə olunması üçün ona könüllü olaraq maddi yardım göstərmir. Uşaqlara təkbaşına baxmaqda çətinlik çəkir. Ona görə də 11 oktyabr 2009-cu ildə anadan olmuş Gülçin, 16 iyun 2011-ci ildə anadan olmuş Nurçin və 07 sentyabr 2016-cı ildə anadan olmuş Zeynəb adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün aralarında olan barışıq sazişinin şərtlərinə uyğun olaraq cavabdehdən hər ay hər uşaq üçün 140 manat aliment alınması barədə barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs məhkəmə iclasında ərizəni qəbul edərək izahatında göstərdi ki, işdə maraqlı şəxs Ərizəçi ilə el adəti ilə evlənmişlər. Birgə yaşayışlarından 11 oktyabr 2009-cu ildə Gülçin, 16 iyun 2011-ci ildə Nurçin və 07 sentyabr 2016-cı ildə Zeynəb adlı uşaqları anadan olmuşdur. Barışıq sazişi ikisinin də razılığı ilə bağlanmışdır. Ona görə də sazişin təsdiq olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Surəti işə əlavə olunmuş doğum haqqında arayışlardan görünür ki, tərəflərin 11 oktyabr 2009-cu ildə Gülçin, 16 iyun 2011-ci ildə Nurçin və 07 sentyabr 2016-cı ildə Zeynəb adlı uşaqları anadan olmuşdur. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, tərəflər el adəti qaydasında evlənmişlər. Birgə yaşayışlarından 11 oktyabr 2009-cu ildə Gülçin, 16 iyun 2011-ci ildə Nurçin və 07 sentyabr 2016-cı ildə Zeynəb adlı uşaqları anadan olmuşdur. Aralarında yaranmış mübahisəyə görə tərəflər ayrılmışlar. Uşaqlar iddiaçının yanındadır. Ərizəçi sonradan Maraqlı şəxs aliment tələb etmiş, tərəflər arasında 03 mart 2023-cü il tarixində mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanmış, saziş mediator tərəfindən təsdiq olunmuşdur. Barışıq sazişinin şərtləri aşağıdakı qaydada tərtib edilmişdir:
1. Tərəflərin birgə nikahlarından xx.xx.2009-cu ildə anadan olmuş X1, xx.xx.2011-ci ildə anadan olmuş X2 və xx.xx.2016-cı ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs hər ay hər uşaq üçün 140 (yüz qırx) manat alimenti Ərizəçi verməyi öhdəsinə götürür. Barışıq sazişi hal-hazırda qüvvədədir. “Mediasiya haqqında”Qanunun tələblərinə uyğun tərtib olunub və Azərbaycan Respublikası MPM-nin tələbləri pozulmamışdır. Sazişin alimentə dair hissəsi üçüncü şəxslərin mənafeyinə toxunmur. İddiaçının izahatı ilə məlum olur ki, cavabdeh barışıq sazişinin şərtlərinə əməl etməyib, alimentin məbləğini könüllü olaraq iddiaçıya ödəmir. Azərbaycan Respublikası MPM-nin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-25.4-cü maddəsinə əsasən, qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə görə, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə işin yuxarıda göstərilən hallarını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, 03 mart 2023-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin alimentin ödənilməsinə aid hissəsi tam olaraq qanuna müvafiq olduğundan həmin hissə təsdiq edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
Q Ə T E T D İ:
Ərizə təmin edilsin. İşdə maraqlı şəxs Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış tərəflərin birgə yaşayışlarından xx.xx.2009-cu ildə anadan olmuş X1, xx.xx.2011-ci ildə anadan olmuş X2 və xx.xx.2016-cı ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs hər ay hər uşağa görə 140 (yüz qırx) manat alimentin alınıb Ərizəçi verilməsinə dair 03 mart 2023-cü il tarixli barışıq sazişinin alimentə aid hissəsi təsdiq edilsin və dərhal məcburi icraya yönəldilsin. 03 mart 2023-cü il tarixdən başlayaraq aliment ödənilməsi həyata keçirilsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən Qafil Baxşıyev