Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1882/2025 01.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair (Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1975-ci il təvəllüdlü qızı X2 xx.xx.1975-ci il tarixdə Tovuz rayonu Aşağı Quşçu kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X11 27 dekabr 1979-cu ildə rəsmi qaydada ailə qurmuş, birgə nikahlarından xx.xx.1975-ci il tarixdə İntizar adlı uşaqları olmuşdur. Həyat yoldaşı Vilayət Cəfərov xx.xx.2024-cü il tarixdə, qızı İntizar isə 20 mart 1975-ci il tarixdə vaxtsız vəfat edib və Tovuz rayonu Aşağə Quşçu kənd qəbiristanlığında dəfn olunub. Ərindən qalan mirasa vərəsəlik hüququna dair şəhadətnamə almaq üçün müvafiq sənədlərin toplanması zərurəti yaranmışdır. Maraqlı şəxsin komputer bazasında qızı İntizar sağ göstərilir. Maraqlı şəxsə onun ölüm haqqında şəhadətnamənin verilməsi üçün müraciət etsə də, ona rəsmi olaraq bildirilmişdir ki, uşaq barədə Qeydiyyat şöbəsində ölüm qeydiyyatı aparılmamışdır. Həmin illərdə hansı səbəbdən İntizarın ölümünün qeydə alınmaması ona məlum deyil. Ölüm haqqında şəhadətnaməsi vərəsəlik hüququna dair şəhadətnaməsinin əldə edilməsi məqsədi ilə lazımdır. İntizarın ölümü barədə başqa qaydada sənəd əldə edə bilmədiyinə görə bu fakt məhkəmə qaydasında müəyyən olunmalıdır. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizəsinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə məktub ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2025-ci il tarixli doğum haqqında şəhadətnamənin arayışından görünür ki, X5 xx.xx.1975-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində anadan olmuşdur. X1 ilə Ərizəçi Ələskər qızıdır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 67 nömrəli imtina rəyindən görünür ki, xx.xx.1975-ci ildə Tovuz rayon Aşağı Quşçu kəndində anadan olmuş X5 barəsində Tovuz rayon Aşağı Quşçu kəndi tərəfindən xx.xx.1975-ci ildə tərtib edilmiş 12 saylı doğum haqqında akt qeydinin ləğv edilməsi Maraqlı şəxsndə mümkün olmamışdır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2025-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2024-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Tovuz rayon Aşağı Quşçu kənd soveti tərəfindən verilmiş xx.xx.1979-cu il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, X7 ilə X6 arasında nikah bağlanmışdır. İş materiallarında olan Tovuz regional “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Tovuz regional “Asan Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinə Tovuz rayon Aşağı Quşçu kənd sakini Ərizəçi 02 iyun 2025-ci il tarixdə ərizə ilə müraciət edərək qızı mərhum X2 Tovuz rayon Aşağı Quşçu kəndində 1975-ci il tarixdə vəfat etdiyini və qızının ölümü barədə şəhadətnamə verilməsini xahiş etmişdir. “Vətəndaşlıq vəziyyəti Aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, vətəndaş X2 vəfat etməsi barəsində Tovuz rayonu üzrə heç bir məlumat aşkar olunmamışdır. Ərizəçi vətəndaş Ərizəçi mərhum qızı X2 ölüm akt qeydinin bərpa edilməsini xahiş etmiş, ölüm barədə tibbi şəhadətnamə və ya qüvvəyə minmiş məhkəmə qətnaməsi təqdim etmədiyinə görə mərhum X2 ölümünün bərpa edilməsi Tovuz regional “Asan Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsində mümkün olmamışdır. Bu səbəbdən Ərizəçi mərhum qızının ölüm akt qeydinin bərpası üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, arayışından görünür ki, xx.xx.1975-ci ildə Tovuz rayonunun Aşağı quşçu kəndində anadan olmuş X2 barəsində ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə "Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları: Tovuz rayonu Aşağı Quşçu kənd icra nümayəndəliyi üzrə 1974-1976-cı illər üzrə ilkin, Maraqlı şəxs üzrə 1973-1978-ci illərə dair akt qeydləri üzrə yoxlanılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirdi ki, Əqilə onun qonşusudur. Əqilənin həqiqətən də uşağı doğulduqdan bir neçə ay sonra Tovuz rayonu Aşağı Quşçu kəndində ölmüşdür. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin izahatını və şahid ifadələrini və işdə olan sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, xx.xx.1975-ci il təvəllüdlü X2 xx.xx.1975-ci il tarixdə Tovuz rayonu Aşağı Quşçu kəndində ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi mərhum qızı xx.xx.1975-ci il təvəllüdlü X3 ölüm haqqında şəhadətnamənin ala bilməməsi, onun ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə xx.xx.1975-ci il təvəllüdlü X2 xx.xx.1975-ci il tarixdə Tovuz rayonu Aşağı Quşçu kəndində ölməsi ərizəçinin izahatı və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1975-ci il təvəllüdlü X2 xx.xx.1975-ci il tarixdə Tovuz rayonu Aşağı Quşçu kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1882/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1882/2025
01.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver