Məhkəmə qərarları › İş №2(062)-1895/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1895/2023

28.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1895/2023 28.08.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi ölümün qeydə alınması faktının müəyyən olunması barədə ərizəsi üzrə mülki işə Tovuz şəhərində 28 avqust 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək mərhum qızı X1 03 mart 2021-ci ildə Tovuz rayonu Yanıxlı kəndində ölməsinin qeydə alınması faktının müəyyən olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək verdiyi ifadəsində göstərdi ki, X2 ilə 23 avqust 2019-cu ildə evlənib ailə həyatı qurmuşlar. Birgə nikahlarından 06 iyul 2020-ci ildə İlknur adlı uşaqları anadan olmuşdur. İlknur adlı uşaq 03 mart 2021-ci ildə vəfat etmişdir. Uşaq sonradan xəstə olmuş, hirdosefaliya olmuşdur. Yanıxlı kənd qəbirstanlığında dəfn olunmuşdur. İlknur adlı uşaq vəfat etdikdən sonra onun adına ölüm akt qeydi aparılmamışdır. Əri Ruslan isə xx.xx.2023-cü il tarixdə ölmüşdür. Hazırda onun ölüm haqqında şəhadətnaməsinin alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etsə də, şəhadətnamə verməkdən imtina edilmişdir. Odur ki, X1 03 mart 2021-ci ildə Tovuz rayonu Yanıxlı kəndində ölməsinin qeydə alınması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mülki iş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X4 verdiyi ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. Onun qızı 2020-ci ildə anadan olmuşdur, uşaq xəstə olmuşdur. Çox yaşamamışdır. 2021-ci ildə ölmüşdür. Yasda onlar da iştirak etmişlər. Məhkəmə ərizəçini və şahidi dinləyib, işə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, işə əlavə olunmuş Maraqlı şəxs tərəfindən verilmiş imtina məktubundan görünür ki, X1 barəsində Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşə əlavə olunmuş Tovuz rayon İHB-nin Yanıxlı kənd İƏD üzrə nümayəndəliyinin məhkəməyə təqdim etdiyi arayışdan görünür ki, X3 03 mart 2021-ci ildə Tovuz rayonu Yanıxlı kəndində ölmüş və kənd qəbirstanlığında dəfn edilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, X2 ilə Ərizəçi evlənib ailə həyatı qurmuşlar. Onların birgə yaşayışlarından 06 aprel 2020-ci ildə İlknur adlı uşaqları anadan olmuşdur. İlknur adlı uşaq 03 mart 2021-ci ildə vəfat etmişdir. Uşaq xəstə olmuş, hidrosefaliya xəstəliyi olmuşdur. Yanıxlı kənd qəbirstanlığında dəfn olunmuşdur. İlknur adlı uşaq vəfat etdikdən sonra onun adına ölüm akt qeydi aparılmamışdır. Hazırda ərizəçi qızının ölüm haqqında şəhadətnaməsinin alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etsə də, şəhadətnamə verməkdən imtina edilmişdir. Belə ki, X1 ölümünün qeydə alınması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Göründüyü kimi, ərizəçinin qızının ölümü qeydə alınmadığından ona ölüm haqqında şəhadətnamə verilməsi mümkün deyil və onun göstərilən tarixdə ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. X1 03 mart 2021-ci ildə Tovuz rayonu Yanıxlı kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar