Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1924/2024 12.08.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi qardaşı X4 ölməsi faktının müəyyən olunması barədə ərizəsi üzrə mülki işə Tovuz şəhərində 5 avqust 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.1984-cü il tarixdə Tovuz rayonu mülkülü kəndində anadan olmuş qardaşı X4 xx.xx.1984-cü il tarixdə Tovuz rayonu Mülkülü kəndində ölməsi faktının müəyyən olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək göstərdi ki, qardaşı X8 xx.xx.1984-cü ildə anadan olmuş və xx.xx.1984-cü ildə vəfat etmişdir. Vəfat edərkən, yəni doğulmuş körpə olduğundan onun qəbirüstü abidəsi qurulmamışdır. Onun ölməsi barədə vaxtında məlumat verilməmiş, hazırda isə bu səbəbdən ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Hazırda qardaşının ölüm haqqında qeydinin tapılmaması səbəbindən miras əmlaka dair vərsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ona görə də, xx.xx.1984-cü il tarixdə Tovuz rayonu mülkülü kəndində anadan olmuş qardaşı X4 xx.xx.1984-cü il tarixdə Tovuz rayonu Mülkülü kəndində ölməsi faktının müəyyən olunmasını xahiş etmişdir Mülki iş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində göstərdi ki, ərizəçi onunla həmkəndlidir. Ərizəçi həqiqətən də bir qardaşı olub və o da vəfat edibdir. Uşaq dəfn olan zaman dəfn mərasimində iştirak edibdir. Vəfatının tam tarixi yadında deyil. Tovuz rayonu Mülkülü kənd qəbiristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində göstərdi ki, ərizəçi onun qaynının oğludur. Ərizəçi bir qardaşı olmuş, qırxından 3-4 gün sonra vəfat etmişdir. Tovuz rayonu Mülkülü kənd qəbristanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində göstərdi ki, ərizəçi onun oğludur. Həqiqətən də 1984-cü ildə X8 adlı övladı olub və qırxı çıxandan sonra ev şəraitində vəfat etmişdir. Tovuz rayonu Mülkülü kənd qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, işə əlavə olunmuş doğum haqqında arayışdan görünür ki, X8 xx.xx.1984-cü il tarixdə anadan olmuş, ata qrafasında X6, ana qrafasında isə X1 qeyd edilmişdir. İşə əlavə olunmuş arayışdan görünür ki, X4 xx.xx.2024-cü ilədək daxil edilmiş btn vətəndaşlıq vəziyyəti aktlar üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşə əlavə olunmuş doğum haqqında arayışdan görünür ki, Ərizəçi xx.xx.1980-ci il tarixdə anadan olmuş, ata qrafasında X6, ana qrafasında isə X1 qeyd edilmişdir. İşə əlavə olunmuş Tovuz rayon Aşağı Mülkülü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışdan görünür ki, xx.xx.1984-c il təvəllüdlü X4 yaxınlarının dediynə görə doğumundan 40 gün sonra vəfat edib və Aşağı Mlkülkülü kənd qəbiristanlığında dəfn edilmişdir. İşə əlavə olunmuş xx.xx.2024-cü il tarixli imtina rəyindən görünür ki, xx.xx.1984-cü il tarixdə anadan olmuş X4 ölmünü təsdiq edən müvvafiq sənədlər təqdim edilmədiyindən Maraqlı şəxsndə ölüm akt qeydinin tərtib edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Göründüyü kimi, ərizəçinin oğlunun ölümü qeydə alınmadığından ona ölüm haqqında şəhadətnamə verilməsi mümkün deyil və onun göstərilən tarixdə ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1984-cü il tarixdə Tovuz rayonu Mülkülü kəndində anadan olmuş X4 xx.xx.1984-cü ildə Tovuz rayonu Mülkülü kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1924/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1924/2024
12.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver