Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1942/2024 14.08.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi X3nın ölməsi faktının müəyyən olunması barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək anası 01 yanvar 1936-cı ildə Tovuz rayonu Çəşməli kəndində anadan olmuş X4 14 fevral 2024-cü ildə Bakı şəhərində ölməsi faktının müəyyən olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək göstərdi ki, X3 01 yanvar 1936-cı ildə Tovuz rayonu Çeşməli kəndində anadan olmuşdur. X2 onun doğma anasıdır. O X9 Musayevanın birgə yaşayışından xx xxxx 1967-ci ildə doğulmuşdur. X3 14 fevral 2024-cü ildə vəfat etmiş və Bakı şəhərində Məhəmmədli qəbiristanlığında dəfn edilmişdir. Anasının deyd edilən tarixdə vəfat etməsini Təcili və X5 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən və onun məzarı üzərində düzəldilən qəbirüstü abidəsindən də görünür. Lakin həmin vaxt X3nın ölümü ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanı tərəfindən akt qeydi aparılmamışdır.Hazırda ata-anasından miras qalmış əmlakın sənədləşdirilməsi üçün müvafiq orqana müraciət etdikdə anasının ölüm şəhadətnaməsi olmadığına görə sənədləşdirilmə aparılması mümkün olmamışdır. Bununla əlaqədar Maraqlı şəxsnə müraciət etmiş, lakin Qeydiyyat Şöbəsindən ölüm akt qeydinin apanlmamsı müəyyən edilmişdir. Odur ki, anası 01 yanvar 1936-cı ildə Tovuz rayonu Çəşməli kəndində anadan olmuş X4 14 fevral 2024-cü ildə Bakı şəhərində ölməsi faktının müəyyən olunmasını xahiş etmişdir. Mülki iş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində göstərdi ki, ərizəçi onun həmkəndlisidir. Həqiqətən də X1 Məhəmməd Mahmud oğlunun anasıdır və o Bakı şəhərində vəfat etmişdir. X4 dəfn merasimində şəxsən iştirak etmişdir. Məhkəmə ərizəçini və şahidi dinləyib, işə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, işə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1936-cı il tarixdə anadan olmuşdur. İşə əlavə olunmuş xx.xx.2024-cü il tarixli 70 nömrəli Tovuz rayon Həsənli kənd nümayəndəlinin arayışından görünür ki, X7 xx.xx.2024-cü il tarixdə vəfat etmiş və Bakı şəhərində dəfn edilmişdir. İşə əlavə olunmuş xx.xx.2024-cü il tarixli, 100 nömrəli imtinadan görünür ki, Maraqlı şəxs arxivində X4 adına tərtib olunmuş ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşə əlavə olunmuş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X4 ölüm haqqında xx.xx.2024-cü il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşə əlavə olunmuş xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X7 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, X7 xx.xx.2024-cü ildə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Göründüyü kimi, ərizəçinin anasının ölümü qeydə alınmadığından ona ölüm haqqında şəhadətnamə verilməsi mümkün deyil və onun göstərilən tarixdə ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1936-cı il tarixdə Tovuz rayonu Çəşməli kəndində anadan olmuş X4 xx.xx.2024-cü ildə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1942/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1942/2024
14.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver