Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1943/2024 05.08.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi atası X4 ölməsi faktının müəyyən olunması barədə ərizəsi üzrə mülki işə Tovuz şəhərində 5 avqust 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək atası X4 xx.xx.1998-ci il tarixdə Tovuz rayonu Qəribli kəndində ölməsi faktının müəyyən olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki, atası X1 rayonu Xırdalan şəhərində vəfat etmiş və ölüm faktı təcili və təxirəsalınmaz X9 tərəfindən qeydə alınmışdır. X4 vəsiyyəti üzrə onu Tovuz rayon Qəribli kəndində dəfn etmişdir. Sonra ərizəçi ölüm faktının təsdiq olunması ilə bağlı xx.xx.2024-cü il tarixində sahə üzrə poliklinikaya müraciət etmiş, lakin ona bildirmişlər ki, Abşeron Rayon Xəstəxanasına müraciət etsin. Abşeron Rayon Xəstəxanasına müraciət etdikdə isə atasının həmin xəstəxanaya müraciət etməməsini əsas gətirməklə ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişlər. Odur ki, atası X4 xx.xx.1998-ci il tarixdə Tovuz rayonu Qəribli kəndində ölməsi faktının müəyyən olunmasını xahiş etmişdir. Mülki iş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində göstərdi ki, ərizəçi onun qonşusudur. X8 ərizəçinin atasıdır. X2 rayonu Qəribli kəndində dəfn edilmişdir. X4 Şəfiqə və Əntiqə adlı qızları var. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində göstərdi ki, ərizəçi ilə həmkəndisidir və bir sinifdə oxuyublar. X8 ərizəçinin atasıdır. X8 Bakıda yaşayırdı. Vəfat etmiş və Tovuz rayonu Qəribli kəndində dəfn edilmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, işə əlavə olunmuş Abşeron rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, X4 barəsində Abşeron rayon qeydiyyat şöbəsində ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşə əlavə olunmuş Tovuz rayon Qəribli Bələdiyəsinin məhkəməyə təqdim etdiyi arayışdan görünür ki, X8 1998-ci ildə Abşeron rayonu Xırdalan şəhərində ölmüş və vəsiyyəti üzrə kənd qəbiristanlığında dəfn edilmişdir. İşə əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1970-ci il tarixində anadan olmuş və ata qrafasında X3 qeyd edilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, ərizəçinin atası X8 xx.xx.1929-cu il tarixdə doğulmuş və xx.xx.1998-ci ildə vəfat etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Göründüyü kimi, ərizəçinin oğlunun ölümü qeydə alınmadığından ona ölüm haqqında şəhadətnamə verilməsi mümkün deyil və onun göstərilən tarixdə ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: Ərizə qismən təmin edilsin. xx.xx.1929-cu il tarixdə Tovuz rayonu Ş amlıq kəndində anadan olmuş X4 xx.xx.1998-ci ildə Abşeron rayonu Xırdalan şəhərində ölməsi faktı müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1943/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1943/2024
05.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver