Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-1955/2025 20.05.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə Maraqlı şəxs qarşı ərizə ilə müraciət edərək alimentlə bağlı barışıq sazişinin təsdiq edilərək məcburi icraya yönəldilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, maraqlı şəxs alimenti ödəməkdən imtina edir. Ona görə də barışıq sazişi təsdiq edilərək məcburi icraya yönəldilməlidir. Məhkəmə iclasında iştirak edən əriçəçi ərizəni müdafiə edərək bildirdi ki,Elnurun ona aliment borcu yoxdur. Məhkəməyə müraciət etməkdə məqsədi alimentin artırılmasından ibarətdir. Odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs bildirdi ki, o barışıq sazişinin şərtlərinə riayət edərək vaxtı-vaxtında alimenti ödəyir. Ona görə də, qanuna müvafiq qərar gəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iş üzrə icraata xitam verilməlidir. Surəti işə əlavə olunmuş barışıq sazişindən görünür ki, saziş imzalandığı gündən hesablanmaqla Maraqlı şəxs Ərizəçi hər ay 200 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə iclasında müəyyən edildi ki, maraqlı şəxs barışıq sazişinin şərtlərinə tam riayət etmişdir. Belə ki, ərizəçinin özünün də izahatından müəyyən edilir ki, Maraqlı şəxs hər ay alimenti ödəyir. Barışıq sazişinin məcburi icraya yönəldilməsi iilə bağlı ona görə məhkəməyə müraciət etmişdir kİ, gələcəkdə alimentin indeksasiyası ilə bağlı məhkəməyə müraciət edə bilsin. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Göründüyü kimi barışıq sazişinin könüllü icrasından imtina edilməmiş, barışıq sazişinin şərtlərinə uyğun olaraq aliment ödənilməsi həyata keçirilir. Odur ki, ərizəyə məhkəmə qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 261-ci maddəsinin rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Ərizəçiyə alimentin artırılması ilə bağlı müvafiq mediasiya təşkilatına müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1955/2025
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-1955/2025
20.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver