Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-1975/2025 27.05.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi,Ərizəçi,Maraqlı şəxs iştirakları ilə Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə müraciət edərək Maraqlı şəxs ilə aralarında bağlanmış mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 03 aprel 2024-cü ildə bağlanılmış barışıq sazişinin şərtlərinə görə Maraqlı şəxs hər ay 150 manat olmaqla, cəmi 300 manat aliment ödəməyi öz üzərinə götürmüşdür. O sazişin şərtlərinə riayət etməyərək barışıq sazişini icra etmir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs izahatında göstərdi ki, 900 manata yaxın köhnə aliment borcu vardır. Sazişlə müəyyən edilmiş alimentə gəldikdə isə son vaxtlar maddi imkanı zəif olduğuna görə hər ay 300 manat deyil, daha az aliment ödəmişdir. Buna baxmayaraq o az-az sazişlə müəyyən edilmiş aliment borcunu tamamilə ödəyəcəkdir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Barışıq sazişindən görünür ki, Maraqlı şəxs ilə Ərizəçi birgə nikahından 21 mart 2016-cı ildə doğulmuş X2 və 16 iyul 2017-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat alimenti Bağırov X1 Günay İsmayıl qızına verməyi öhdəsinə götürüb.Sazişin şərtlərindən görünür ki, saziş imzalandığı andan qüvvəyə minir. Məhkəmə iclasında müəyyən olundu ki, birgə nikahdan 21 mart 2016-cı ildə X4 və 16 iyul 2017-ci ildə X6 doğulmuşdur.03 aprel 2024-cü ildə tərəflər arasında barışıq sazişi bağlanılmışdır. Barışıq sazişinin şərtləri aşağıdakı qaydada tərtib edilmişdir: 21 mart 2016-cı ildə doğulmuş X4 və 16 iyul 2017-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs tutulan alimentin miqdarı hər uşağa 100 manatdan artırılaraq 150 manat olmaqla, cəmi 300 manat olur. Barışıq sazişi hal-hazırda qüvvədədir. “Mediasiya haqqında”Qanunun tələblərinə uyğun tərtib olunub və Azərbaycan Respublikası MPM-nin tələbləri pozulmamışdır. Üçüncü şəxslərin mənafeyinə toxunmur. İddiaçının izahatı ilə məlum olur ki, Maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etməyib, alimentin məbləğini könüllü olaraq Ərizəçi ödəmir. Azərbaycan Respublikası MPM-nin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-25.4-cü maddəsinə əsasən, qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə görə, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə işin yuxarıda göstərilən hallarını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, 03 aprel 2024-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişi alimentin ödənilməsinə aid hissəsi tam olaraq qanuna müvafiq olduğundan həmin hissə təsdiq edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış tərəflərin birgə nikahlarından anadan olmuş 21 mart 2016-cı ildə doğulmuş X2 və 16 iyul 2017-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat alimentin Maraqlı şəxs alınaraq Ərizəçi ödənilməsinə dair 03 aprel 2024-cü il tarixli barışıq sazişi təsdiq edilsin və məcburi icraya yönəldilsin. 03 aprel 2024-cü il tarixdən başlayaraq aliment ödənilməsi həyata keçirilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-1975/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-1975/2025
27.05.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver