Məhkəmə qərarları › İş №2(062)-2057/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2057/2025

21.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2057/2025 21.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Tovuz rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1981-ci il tarixdə Tovuz rayonu Xatınlı kəndində anadan olmuş qızı X2 ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun X4 ilə birgə nikahından doğulmuş övladı X5 vəfat etmişdir. Onun ölümü haqqında ölüm aktı Maraqlı şəxsndə qeydə alınmamışdır. O, 2 aylığında olarkən tələf olmuş və Tovuz rayon Xatınlı kənd qəbiristanlığında dəfn edilmişdir. Vəfat edərkən yeni doğulmuş körpə olduğundan onun qəbirüstü abidəsi qurulmamışdır. Onun ölməsi barədə vaxtında məlumat verilməmiş, hazırda isə bu səbəbdən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Hazırda uşağın ölüm haqqında qeydinin tapılmaması səbəbindən ailə üzvləri barədə müxtəlif təşkilatlara təqdim edilməsi üçün arayış alarkən uşağın da adının qeyd edilməsi səbəbindən problem yaşayırlar. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X8 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Ərizəçi onun uzaq qohumudur. Ərizəçi bir qızı vəfat etmişdir. O doğulduqdan 40 gün sonra vəfat etmişdir. Adını xatırlamır. Uşaq Xatınlı kəndində ölüb və Xatınlı kənd qəbiristanlığında dəfn olunub. X7 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki,Ərizəçi onun bibisinin gəlinidir. Uşaq Xatınlı kəndində ölüb və Xatınlı kənd qəbiristanlığında dəfn olunub. Uşağın adı Leyla olub. İşə əlavə olunmuş doğum haqqında arayışdan görünür ki, xx.xx.1981-ci ildə doğulmuş X1 rayonu Xatınlı kəndində anadan olmuşdur. İşə əlavə olunmuş Maraqlı şəxs arayışlarından görünür ki, X2 vətandaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasıya sistemində bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Tovuz rayon Dövlət Arxivinin arayışlarından görünür ki, Xatınlı kənd XDS İcraiyyə Komitəsinin Tovuz rayon Dövlət arxivində saxlanılan 1980-1982-ci il tarixli 06 saylı təsərrüfatbaşına kitabın 478-ci şəxsi hesabatında təsərrüfat X3 adına olmaqla xx.xx.1981-ci ildə doğulmuş X6 qızı kimi qeyd edilib, təsərüfatda onun vəfat etməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi uşağının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, xx.xx.1981-ci ildə doğulmuş X1 rayonu Xatınlı kəndində ölmüşdür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1981-ci ildə doğulmuş X1 rayonu Xatınlı kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar