Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-206/2023 10.01.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «əşyaların və ya dəyərinin ödənilməsi» tələbinə dair dair iddiası üzrə mülki işə Tovuz Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «əşyalarının və ya dəyərinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus dəyəri 2500 manat olan stol və stullar, dəyəri 2700 manat olan divan dəsti, dəyəri 2350 manat olan şkaf və sfoner dəsti, dəyəri 2280 manat olan qoşa çarpayı, dəyəri 840 manat olan pərdə, dəyəri 3600 manat olan iki ədəd iri ölçülü belgiya xalçası, cəmi dəyəri 1780 manat olan üç ədəd müxtəlif ölçülü xalça, dəyəri 1350 manat olan serviz dəstləri, dəyəri 1000 manat olan qab-qacaq dəstiləri, dəyəri 1500 manat olan sırğa və üçük dəsdi, dəyəri 850 manat olan tək qədimi üzük, dəyəri 2975 manat olan 35 qramlıq biləzik, cəmi dəyəri 430 manat olan qoşa çarpayı üçün dəst, dəyəri 180 manat olan 6 ədəd yorğan, dəyəri 400 manat olan 5 ədəd döşək, dəyəri 180 manat olan 6 ədəd yastıq, cəmi dəyəri 24,915 manat olan əşyaların özləri, özləri olmadıqda dəyərinin pulla və ödənilmiş dövlət rüsumu kimi ödənilmiş 165 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 21 avqust 2022-ci il tarixdə rəsmi nikah bağlamışlar. Həyat yoldaşı, yəni cavabdehin oğlu X2 17 mart 2020-ci il tarixdə vəfat etmişdir. Toy günü cavabdehin evinə gəlmiş və orada uzun müddət yaşamışdır. Cavabdeh nə ona, nə ailələrinə gün işığı verməmişdir. Ağır həyat yaşamışlar, həyat yoldaşı vəfat etdikdən sonra isə zülüm daha böyümüşdür. Cavabdehə məxsus evdən çıxsalar da, əşyaları onda qalmışdır. Yuxarıda qeyd olunan əşyalar cavabdehə məxsus evdə qalmışdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul edərək, izahatında göstərdi ki, iddiaçı istədiyi vaxt əşyalarını apara bilər. Lakin qızıllar özündədir. Həmin qızılları gedərkən özü ilə aparmışlar. Ona görə də iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə İddiaçı vəsatəti əsasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Yeganə yoldaşının 40 mərasımindən sonra evdən çıxıb getmişdir. Yeganə xanımın 2021-ci ildə və 2022-ci ildə qızıl-zinət əşyaları taxdığını görmüşdür. Lakin həmin əşyaların hansı qızıllar olduğunu bilməmişdir. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddia ərizəsindən göründüyü kimi iddia tələbi iki hissədən ibarətdir. Cehiz və qızıl-zinət əşyaları. Məhkəmə iddia tələbinin cehiz əşyalarına münasibətdə onu qeyd edir ki, həmin əşyalara münasibətdə iddia qismən əsaslıdır. Belə ki, tərəflər arasında aşağıdakı cehiz əşyaları naturada mövcuddur və həmin əşyalarla bağlı tərəflər arasında hər hansı mübahisə mövcud deyildir: Dəyəri 2500 manat olan stol və stullar, dəyəri 2700 manat olan divan dəsti, dəyəri 2350 manat olan şkaf və paltar dolabı dəsti, dəyəri 2280 manat olan qoşa çarpayı, dəyəri 840 manat olan pərdə, dəyəri 180 manat olan 6 ədəd yorğan, dəyəri 400 manat olan 5 ədəd döşək, dəyəri 180 manat olan 6 ədəd yastıq. Məhkəmə hesab edir ki, həmin əşyalar, naturada mövcud olmadıqda isə onların dəyəri Cavabdeh alınaraq İddiaçı verilməlidir. Cehiz əşyalarına dair digər hissədə isə iddiaçı tərəfindən sübut təqdim edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə qızıl-zinət əşyalarına dair hissədə isə iddia tələbini əsassız hesab edir. Belə ki, göründüyü kimi iddiaçı hər hansı təzyiq altında evdən çıxmamış, evdən çıxarkən qızıl-zinət əşyalarını götürmək üçün imkana sahib olmuşdur. Bundan başqa da göründüyü kimi iddiaçı ərinin ölümündən sonra qızıl-zinət əşyalarını aparmadan evdən çıxdığını qeyd etsə də, onun vəsatəti əsasında dindirilmiş şahid X1 ifadəsində göstərdi ki, 2021-2022-ci illərdə Yeganənin üzərində qızıl-zinət əşyaları görmüşdür. Ancaq o qızılların mübahisə predmeti olan qızıllar olmasından xəbərdar deyildir. Göründüyü kimi iddiaçı qızıllardan istifadə etmədiyini bildirsə də, şahid Yeganənin qızıl taxdığını gördüyünü bildirmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, dəyəri 2500 manat olan stol və stullar, dəyəri 2700 manat olan divan dəsti, dəyəri 2350 manat olan şkaf və paltar dolabı dəsti, dəyəri 2280 manat olan qoşa çarpayı, dəyəri 840 manat olan pərdə, dəyəri 180 manat olan 6 ədəd yorğan, dəyəri 400 manat olan 5 ədəd döşək, dəyəri 180 manat olan 6 ədəd yastıq, həmin əşyalar naturada mövcud olmadıqda isə onların dəyəri Cavabdeh alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddia tələbinin təmin edilmiş hissəsi 124 manat 29 qəpik olduğundan həmin məbləğdə dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməli, dövlət rüsumun qalan hissəsi iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Dəyəri 2500 manat olan stol və stullar, dəyəri 2700 manat olan divan dəsti, dəyəri 2350 manat olan şkaf və paltar dolabı dəsti, dəyəri 2280 manat olan qoşa çarpayı, dəyəri 840 manat olan pərdə, dəyəri 180 manat olan 6 ədəd yorğan, dəyəri 400 manat olan 5 ədəd döşək, dəyəri 180 manat olan 6 ədəd yastıq, həmin əşyalar naturada mövcud olmadıqda isə onların dəyəri və 124 manat 29 qəpik dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-206/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-206/2023
10.01.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver