Məhkəmə qərarları › İş №2(062)-2087/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2087/2024

10.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2087/2024 10.09.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı ölüm faktının müəyyən olunması barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək Bacıları xx.xx.1960-cı il tarixdə anadan olmuş X6 xx.xx.1970-ci il tarixdə, xx.xx.1971-ci il tarixdə anadan olmuş X3 xx.xx.1971-ci il tarixdə, xx.xx.1977-ci il tarixdə anadan olmuş X9 xx.xx.1977-ci il tarixdə ölmələri faktlarının müəyyən olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək göstərdi ki, o xx.xx.1974-cü il tarixdə Tovuz rayonu Aşağı Quşçu kəndində X15 ilə X10 birgə nikahlarından anadan olmuşdur. O ərizəsində bacısı Zəminənin 1969-cu ildə doğulmasını səhv göstərmişdir. Belə ki, bacısı Zəminə 1969-cu ildə doğulmuşdurş Bacılarından xx.xx.1969-cu ildə anadan olmuş Zəminə xx.xx.1970-ci il tarixdə, xx.xx.1971-ci il tarixdə anadan olmuş Tünzalə xx.xx.1971-ci il tarixdə, xx.xx.1977-ci il tarixdə anadan olmuş Aynur xx.xx.1977-ci il tarixdə uşaq olarkən vəfat etmişlər. X2 xx.xx.2021-ci il tarixdə, atası X15 isə xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. O atasından qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Tovuz Regional “ASAN xidmət mərkəzi” Notariat Ofisinə müraciət etdikdə məlum olmuşdur ki, bacılarının ölüm akt qeydi tərtib olunmamışdır. Bu səbəbdən də ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Odur ki, Bacıları xx.xx.1960-cı il tarixdə anadan olmuş X6 xx.xx.1970-ci il tarixdə, xx.xx.1971-ci il tarixdə anadan olmuş X3 xx.xx.1971-ci il tarixdə, xx.xx.1977-ci il tarixdə anadan olmuş X9 xx.xx.1977-ci il tarixdə ölmələri faktının müəyyən olunmasını xahiş etmişdir. Mülki iş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadəsində göstərdi ki, Ərizəçi onun qaynının qızıdır. Paşayev Front onun qaynıdır. Qaynının 4 övladı tələf olmuş, iki övladı qalıbdır. Vəfat edən qızları Zəminə, Aynur və Tünzalə olmuşdur. Ölüm illəri yadında deyildir. Vəfat edən uşaqların heç biri 1 yaşlarına çatmamışdırlar. Dəqiq ölüm tarixləri yadında deyil.. Məhkəmə iclasında şahid qismində dindirilən X22 verdiyi ifadəsində göstərdi ki, Ərizəçi onun qaynı qızıdır. Mahnurun bir bacısı var X12r. Mahnurun üç bacısı olub və rəhmətə gedibdirlər. Rəhmətə gedən uşaqlardan birdənə Tünzalənin adı yadındadır. Dəqiq ölüm tarixləri yadında deyil. Həmin uşaqlar anadan olandan sonra heç bir il yaşamamışlar. Məhkəmə ərizəçini və şahidi dinləyib, işə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, işə əlavə olunmuş Tovuz regional Asan xidmət mərkəzində notariat ofisinin xx.xx.2024-cü il tarixli, 2255 nömrəli məktubundan görünür ki, X9, X3 və X6 ölüm faktını təsdiq edən sənədləri olmadığından X1 miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq mümkün olmamışdır. işə əlavə olunmuş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X33, X11 və X46 akt imzalayaraq göstəriblər ki, həqiqətən qonşuları X16 ilə X10 birgə nigahından xx.xx.1969cu İl tarixində X19 anadan olmuş və 03.1970-ci il tarixdə ölmüşdür.Eyni nikahdan İkinci qızları X17 xx.xx.1971- ci il tarixdə anadan olmuş, 11.1971-ci il tarixdə ölmüşdür. Üçüncü qızları X23 xx.xx.1977-ci il tarixdə anadan olmuş lakin, 09.1977- ci il tarixində ölmüşdür.Öİən şəxslər Tovuz rayonu Aşağı Quşçu kənd qəbirstanlığmda adsız baş daşı qoyularaq dəfn olunmuşdurlar. işə əlavə olunmuş xx.xx.2024-cü il imtina rəyindən görünür ki, xx.xx.1971 -ci il tarixdə anadan olmuş X4 ölümünü təsdiq edən müvafiq sənədlər təqdin edilmədiyindən Maraqlı şəxsndə ölüm akt qeydinin tərtib edilməsi mümkün olmamışdır. işə əlavə olunmuş doğum haqqında arayışın sürətindən görünür ki, X17 xx.xx.1971ci il tarixdə anadan olmuş, ata qrafasında X16, ana qrafasında isə X26r. işə əlavə olunmuş xx.xx.2024-cü il tarixli, 1196 nömrəli arayışın sürətindən görünür ki, X5 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktlar” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. işə əlavə olunmuş xx.xx.2024-cü il tarixli 91 nömrəli imtina rəyindən görünür ki, xx.xx.1977-ci il tarixdə anadan olmuş X13 ölümünü təsdiq edən müvafiq sənədlər təqdin edilmədiyindən Maraqlı şəxsndə ölüm akt qeydinin tərtib edilməsi mümkün olmamışdır. işə əlavə olunmuş doğum haqqında arayışın sürətindən görünür ki, X23 xx.xx.1977ci il tarixdə anadan olmuş, ata qrafasında X16, ana qrafasında isə X26r. işə əlavə olunmuş xx.xx.2024-cü il tarixli 1198 nömrəli arayışın sürətindən görünür ki, X14 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktlar” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. işə əlavə olunmuş xx.xx.2024-cü il tarixli, 92 nömrəli imtina rəyindən görünür ki, xx.xx.1969-ci il tarixdə anadan olmuş X7 ölümünü təsdiq edən müvafiq sənədlər təqdin edilmədiyindən Maraqlı şəxsndə ölüm akt qeydinin tərtib edilməsi mümkün olmamışdır. işə əlavə olunmuş doğum haqqında arayışın sürətindən görünür ki, X19 xx.xx.1969cu il tarixdə anadan olmuş, ata qrafasında X16, ana qrafasında isə X26r. işə əlavə olunmuş xx.xx.2024-cü il tarixli 1197 nömrəli arayışın sürətindən görünür ki, X8 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktlar” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. işə əlavə olunmuş ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X16 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. işə əlavə olunmuş nikah haqqında şəhadətnamənin sürətindən görünür ki, X16 ilə X34 xx.xx.1968-ci il tarixdə rəsmi nikahla evlənmişlər. işə əlavə olunmuş xx.xx.2023-cü il tarixli çıxarışın sürətindən görünür ki, Tovuz rayonu Aşağı Quşçu kəndində 0.44 ha torpaq sahəsinin hüquqi sahibləri X24, X16 və X26r. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, ərizəçinin bacıları xx.xx.1969-cu ildə anadan olmuş X20 1970-ci ilin mart, xx.xx.1971-ci il tarixdə anadan olmuş X18 1971-ci ilin noyabr və xx.xx.1977-ci il tarixdə anadan olmuş X25 1977-ci ilin sentyabr aylarında vəfat etmişlər. Vəfat edərkən körpə olduqlarından onların qəbirüstü abidəsi qurulmamışdır. Onların ölməsi barədə aidiyyəti orqanlara məlumat verilməmiş, hazırda isə bu səbəbdən ölüm haqqında şəhadətnamənin verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Göründüyü kimi, ərizəçinin oğlunu ölümü qeydə alınmadığından ona ölüm haqqında şəhadətnamə verilməsi mümkün deyil və onun göstərilən tarixlərdə ölməsi faktı müəyyən edilməlidir. Bundan başqa da məhkəmə baxışı zamanı vəfat etmiş şəxslərin hansı gündə ölməklərini müəyyən etmək mümkün olmamışdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1969-cu ildə doğulmuş X6 1970-ci ilin mart ayında, xx.xx.1971-ci ildə doğulmuş X3 1971-ci ilin noyabr ayında və xx.xx.1977-ci ildə doğulmuş X9 1977-ci ilin sentyabr ayında ev şəraitində ölmələri faktı müəyyən edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar