Məhkəmə qərarları › İş №2(062)-2103/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2103/2024

11.07.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2103/2024 11.07.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəmədə Maraqlı şəxs qarşı ərizə ilə müraciət edərək Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində aralarında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh X3 ilə Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(062)-1424/2023 saylı qətnaməsi ilə (sədrlik edən Zaur Hünmətov) nikah pozulmuşdur. Birgə nikahdan 2 uşağı olmuşdur. Tovuz 1 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən azyaşlı övladı xx.xx.2010-cu il təvəllüdlü X6 onun himayəsində qalmasına, xx.xx.2015-ci il təvəllüdlü X4 isə anası X1 himayəsində qalması barədə mediasiya təşkilatında razılıq əldə edilmişdir. Maraqlı şəxs X3 barışıq sazişində göstərilən razılaşmanı könüllü şəkildə icra etmir. Məhəmməd adlı uşağı onunla görüşməsinə maneçilik törədir. Ona görə də, Maraqlı şəxs ilə mediasiya prosesi nəticəsində aralarında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək təmin olunmasını xahiş etdi. Maraqlı şəxs məhkəmə iclası barədə məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən Maraqlı şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə ətizəçinin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ərizə qismən təmin edilməlidir. Surəti işə əlavə olunmuş Barışıq sazişindən görünür ki, tərəflər rəsmi nikahlarından xx.xx.2010-cu ildə anadan olmuş X6 yetkinlik yaşına çatanadək atası Ərizəçi yanında və himayəsində, xx.xx.2015-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək anası X2 yanında və himayəsində saxlanılması və X5 övladı Nihad ilə hər həftənin şənbə günü saat 11:00-dan 19:00-a qədər, Ərizəçi övladı Məhəmməd ilə hər həftənin bazar günü saat 11:00-dan 19:00-a qədər görüşə və ünsiyyətdə olması barədə razılığa gəliblər. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, tərəflər arasında olan nikah pozulmuşdur. Tərəflərin rəsmi nikahlarından xx.xx.2010-cu ildə anadan olmuş X6 yetkinlik yaşına çatanadək atası Ərizəçi yanında və himayəsində, xx.xx.2015-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək anası X2 yanında və himayəsində saxlanılması və X5 övladı Nihad ilə hər həftənin şənbə günü saat 11:00-dan 19:00-a qədər, Ərizəçi övladı Məhəmməd ilə hər həftənin bazar günü saat 11:00-dan 19:00-a qədər görüşə və ünsiyyətdə olması barədə razılığa gəliblər. Barışıq sazişinin şərtləri aşağıdakı qaydada tərtib edilmişdir: Maraqlı şəxs tərəflər rəsmi nikahlarından xx.xx.2010-cu ildə anadan olmuş X6 yetkinlik yaşına çatanadək atası Ərizəçi yanında və himayəsində, xx.xx.2015-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatanadək anası X2 yanında və himayəsində saxlanılması və X5 övladı Nihad ilə hər həftənin şənbə günü saat 11:00-dan 19:00-a qədər, Ərizəçi övladı Məhəmməd ilə hər həftənin bazar günü saat 11:00-dan 19:00-a qədər görüşə və ünsiyyətdə olması barədə razılığa gəlmişlər. Barışıq sazişi hal-hazırda qüvvədədir. “Mediasiya haqqında”Qanunun tələblərinə uyğun tərtib olunub və Azərbaycan Respublikası MPM-nin tələbləri pozulmamışdır. Üçüncü şəxslərin mənafeyinə toxunmur. İddiaçının izahatı ilə məlum olur ki, cavabdeh barışıq sazişinin şərtlərinə əməl etməyib, borcun məbləğini könüllü olaraq iddiaçıya ödəmir. Azərbaycan Respublikası MPM-nin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olubolmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-25.4-cü maddəsinə əsasən, qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə görə, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə işin yuxarıda göstərilən hallarını nəzərə alaraq hesab edir ki, ərizə qismən təmin edilməli, 20 aprel 2023-cü il tarixli barışıq sazişinin uşaqla görüş və ünsiyyətə dair olan hissəsi Ərizəçi münasibətdə təsdiq edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış 20 aprel 2023-cü il tarixli barışıq sazişi uşaqla görüş və unsiyyətə aid olan hissədə Ərizəçi münasibətdə təsdiq edilsin və məcburi icraya yönəldilsin. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar