Məhkəmə qərarları › İş №2(062)-2130/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2130/2023

03.08.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2130/2023 03.08.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin icrasının təmin edilməsi və icraya yönəldilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə ailə quraraq nikahlarını rəsmi qeyd etdirmişlər. Birgə nikahlarından xx.xx.2019-cu il tarixdə X4 anadan olmuşdur. Lakin bir müddət sonra cavabdehlə aralarında narazılıqlar yaranmağa başlamışdır və onlar faktiki olaraq ayrılmışlar. O, hazırda atası evində yaşayır. O, cavabdehə qarşı aliment tələbinə dair mediasiyaya müraciət etmişdir. Aralarında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən xx.xx.2019-cu ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək onun yanında saxlanılması üçün hər ay 200 manat sabit məbləğdə alimentin Maraqlı şəxs tərəfindən ona ödənilməsi barədə razılaşmışlar. Lakin Maraqlı şəxs hmin barışıq sazişinin şərtlərinə əməl etmir və 200 manat alimenti ödəmir. Ona görə də, aralarında bağlanmış saziş məhkəmə qətnaməsi ilə təsdiq olunmalıdır. Ərizəçi məhkəmə iclasında iştirak etdi və ərizəsini müdafiə edərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasında iştirak etdi və izahatında bildirdi ki, alimenti o vaxtında ödəyir. Ona görə də ərizənin təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını tərəflərin izahatları ilə qarşılıqlı şəkildə araşdıraraq belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, xx.xx.2023-cü il tarixli barışıq sazişinin şərtlərindən görünür ki, xx.xx.2019-cu il tarixdə anadan olmuş X1 Aytən Loğman qızının yanında və himayəsində saxlanılmasına, xx.xx.2019-cu il tarixdə anadan olmuş X2 18 yaşına çatanadək saxlanılması üçün atası Ərizəçi oğlundan hər ay sabit məbləğdə bir uşaq üçün 200 manat məbləğində aliment alınaraq Ərizəçi verilməsinə, xx.xx.2019-cu il tarixdə anadan olmuş X4 adlı uşaqların ataları- Maraqlı şəxs ilə şənbə və bazar günləri səhər saat 11:00-dan 17:00-dək ünsiyyətdə olmasına dair razılığa gəlmişlər. Tərəflər Ərizəçi məxsus cehiz əşyalarının Tovuz rayonu Bozalqanlı kəndində yerləşən Maraqlı şəxs məxsus fərdi yaşayı evindən çıxarılması barədə razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. İşin hallarından göründüyü kimi barışıq sazişində hər hansı ayrı şərt və müddət nəzərdə tutulmamış və barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Ona görə də ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Barışıq sazişinin şərtlərindən görünür ki, Maraqlı şəxs bir uşaq üçün 200 manat alimentin Ərizəçi verməyi öhdəsinə götürmüşdü. Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanununun 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Məhkəmə hesab edir ki, barışıq sazişinin alimentə dair hissəsinin təsdiq edilməsi qanuna zidd deyildir. Ona görə də Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2023-cü ildə mediasiya sesiyasında bağlanılmış Barışıq sazişinin alimentə dair hissəsi təsdiq edilərək məcburi icraya yönəldilməli, xx.xx.2019-cu il tarixdə anadan olmuş X4 adlı uşağın 18 yaşına çatanadək saxlanılması üçün atası Maraqlı şəxs hər ay sabit məbləğdə bir uşaq üçün 200 manat məbləğində aliment alınaraq Ərizəçi ödənilməlidir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1 və 355-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2023-cü ildə mediasiya sesiyasında bağlanılmış barışıq sazişinin alimentə dair hissəsi təsdiq edilərək məcburi icraya yönəldilsin. xx.xx.2019-cu il tarixdə anadan olmuş X2 18 yaşına çatanadək saxlanılması üçün atası Maraqlı şəxs hər ay sabit məbləğdə bir uşaq üçün 200 manat məbləğində aliment alınaraq Ərizəçi ödənilsin. Qətnamə dərhal icra edilsin. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Sədrlik edən: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar