Məhkəmə qərarları › İş №2(062)-2134/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2134/2023

03.08.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2134/2023 03.08.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı Barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin icrasının təmin edilməsi və icraya yönəldilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə el aidəti ilə evlənmişlər. Nikahlarını xx.xx.2011-ci ildə 198 saylı aktla Tovuz rayon Qediyyat Şöbəsində rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2011-ci il tarixdə X3, xx.xx.2013-cü il tarixdə X4, xx.xx.2015-ci il tarixdə X5 və xx.xx.2021-ci il tarixdə X2 adında uşaqları anadan olmuşdur. Lakin bir müddət sonra cavabdehlə aralarında narazılıqlar yaranmağa başlamışdır. Barışıq sazişinə əsasən tərəflər xx.xx.2011-ci il tarixdə X3, xx.xx.2013-cü il tarixdə X4, xx.xx.2015-ci il tarixdə X5 və xx.xx.2021-ci il tarixdə X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 520 manat məbləğində alimentin alınaraq ona verilməsinə dair qərar verilmişdir. Ona görə də o, Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununa əsasən mediasiyaya müraciət etmişdir. Tam mediasiya sessiyasının nəticəsi olaraq cavabdehlə aralarında xx.xx.2023-cü il tarixli barışıq sazişi imzalanmışdır. Ümumiyyətlə cavabdehlə aralarında olan xx.xx.2023-cü il tarixli barışıq sazişində qeyd olunduğu kimi hər ay uşaqların saxlanılması üçün cavabdehdən cəmi 520 manat aliment alınaraq ona verilməlidir. Lakin Maraqlı şəxs sazişə əməl etmir, ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ərizəçi məhkəmə iclasında iştirak etdi və ərizəsini müdafiə edərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs izahatında göstərdi ki, maddi vəziyyətim aşağı olduğunda görə alimenti tam ödəyə bilmirəm. Odur ki, nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını proses iştirakçılarının izahatları ilə qarşılıqlı şəkildə araşdıraraq belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, 12 iyul 2023-cü il tarixli barışıq sazişinin şərtlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2011-ci il tarixdə anadan olmuş X3, xx.xx.2013-cü il tarixdə anadan olmuş X4, xx.xx.2015-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2021-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs hər ay hər uşaq üçün 130 manat olmaqla cəmi 520 manat məbləğində alimenti Ərizəçi verməyi barədə razılığa gəlmişlər. Maraqlı şəxs 520 manat alimenti hər ayin 1-dən gec olmayaraq ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. İşin hallarından göründüyü kimi barışıq sazişində hər hansı ayrı şərt və müddət nəzərdə tutulmamış və barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Ona görə də ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanununun 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Məhkəmə hesab edir ki, barışıq sazişinin alimentə dair hissəsinin təsdiq edilməsi Qanuna zidd deyildir. Ona görə də Maraqlı şəxs ilə Ərizəçi arasında 12.06. 2023-cü ildə mediasiya sesiyasında bağlanılmış Barışıq sazişinin alimentə dair hissəsi təsdiq edilərək məcburi icraya yönəldilməli, xx.xx.2011-ci il tarixdə anadan olmuş X3, xx.xx.2013-cü il tarixdə anadan olmuş X4, xx.xx.2015-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2021-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün atası Maraqlı şəxs hər ay sabit pul məbləğində hər uşaq üçün 130 manat olmaqla, cəmi 520 manat məbləğində aliment alınaraq Ərizəçi ödənilməlidir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1 və 355-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs ilə Ərizəçi arasında 12.06. 2023-cü ildə mediasiya sesiyasında bağlanılmış barışıq sazişinin alimentə dair hissəsi təsdiq edilərək məcburi icraya yönəldilsin. xx.xx.2011-ci il tarixdə anadan olmuş X3, xx.xx.2013-cü il tarixdə anadan olmuş X4, xx.xx.2015-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2021-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün atası Maraqlı şəxs hər ay sabit pul məbləğində, hər uşaq üçün 130 manat olmaqla, cəmi 520 manat məbləğində aliment alınaraq Ərizəçi ödənilsin. Qətnamə dərhal icra edilsin. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar