Məhkəmə qərarları › İş №2(062)-2188/2024

Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-2188/2024

14.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-2188/2024 14.08.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Tovuz Rayon Qeydiyyyat Şöbəsinə qarşı ölümün qeydə alma faktının müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmə hazırlıq iclasında baxaraq , məhkəmə müəyyən etdi: Ərizəçi xx.xx.2024-cü il tarixdə məhkəməyə muraciət edərək atası X1 27 noyabr 1967-ci ildə Tovuz rayonu Yuxarı Öysüzlü kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə ərizə təqdim edərək göstərdi ki, zərurətlə əlaqədar iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı çəxsə rəsmi məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 170.1-ci maddəsinə görə bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Odur ki, məhkəmə hesab edir ki, ərizəçinin vəsatəti əsasında ərizə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikası MPM-nin 170, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi maraqlı şəxs Tovuz Rayon Qeydiyyyat Şöbəsinə qarşı ölümün qeydə alma faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar