Məhkəmə qərarları › İş №2(062)-2276/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2276/2023

14.08.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2276/2023 14.08.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, Ərizəçi X1 iştirakı ilə, Ərizəçi X1 Maraqlı şəxs qarşı Barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi X5 Maraqlı şəxs qarşı barışıq sazişinin icrasının təmin edilməsi və icraya yönəldilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə el aidəti ilə evlənmişlər. Birgə nikahlarından xx.xx.2018-ci il tarixdə Şahin və xx.xx.2021-ci il tarixdə Mehin adında uşaqları anadan olmuşdu O, nikahın pozulması və aliment tələbi ilə mediasiya qurumuna müraciət etdikdən sonra 30 dekabr 2022-ci il tarixdə Maraqlı şəxs ilə aralarında olan razılaşmaya əsasən onunla birgə nikahlarından anadan olmuş uşaqları onun yanında saxlanılmasına və uşaqların saxlanılması üçün hər ay sabit pul məbləğində bir uşaq üçün 150 manat, cəmi 300 manat alimentin alınaraq ona verilməsi barədə razılığa gələrək barışıq sazişi imzalamışlar. Lakin aralarında olan barışıq sazişinin olmasına baxmayaraq Maraqlı şəxs aralarında olan razılaşmaya riayət etmir. Belə ki, keçən müddət ərzində Maraqlı şəxs alimentdən heç bir ödəniş etməmişdir. Ərizəçi X5 məhkəmə iclasında iştirak etdi və ərizəsini müdafiə edərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə Maraqlı şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını ərzəçinin izahatı ilə qarşılıqlı şəkildə araşdıraraq belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, 30 dekabr 2022-ci il tarixli barışıq sazişinin şərtlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2018-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2021-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat məbləğində alimenti X3 verməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. İşin hallarından göründüyü kimi barışıq sazişində hər hansı ayrı şərt və müddət nəzərdə tutulmamış və barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Ona görə də ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Barışıq sazişinin şərtlərindən görünür ki, Maraqlı şəxs bir uşaq üçün 150 manat, cəmi 300 manat alimentinX3 verməyi öhdəsinə götürmüşdür. Mediasiya haqqında Azərbaycan Respublikası Qanununun 33.3-cü maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Həmin Qanununun 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Məhkəmə hesab edir ki, barışıq sazişinin alimentə dair hissəsinin təsdiq edilməsi Qanuna zidd deyildir. Ona görə də Maraqlı şəxs ilə X5 arasında 30.12. 2022-ci ildə mediasiya sesiyasında bağlanılmış barışıq sazişinin alimentə dair hissəsi təsdiq edilərək məcburi icraya yönəldilməli, xx.xx.2018-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2021-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün atası Maraqlı şəxs hər ay sabit məbləğdə hər uşaq üçün 150 manat olmaqla cəmi 300 manat məbləğində aliment alınaraq X3 ödənilməlidir. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 233.1 və 355-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Maraqlı şəxs ilə X5 arasında 30.12. 2022-ci ildə mediasiya sesiyasında bağlanılmış Barışıq sazişinin alimentə dair hissəsi təsdiq edilərək məcburi icraya yönəldilsin. xx.xx.2018-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2021-ci il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün atası Maraqlı şəxs hər ay sabit məbləğdə hər uşaq üçün 150 manat olmaqla cəmi 300 manat məbləğində aliment alınaraq X3 ödənilsin. Qətnamə dərhal icra edilsin. Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar