Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2285/2024 16.10.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə dair (Maraqlı şəxs) mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı X3 19 avqust 2002-ci il tarixdə Tovuz rayonu Düz-Qırıqlı kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X5 qardaşıdır və o, xx.xx.1970-ci ildə Tovuz rayonu Düz-Qırıqlı kəndində anadan olub. X9 19 avqust 2002-ci ildə uzun müddət xəstə olduğundan vəfat edib və onu Tovuz rayonu Düz-Qırıqlı kənd qəbiristanlığında dəfn etmişlər. Qardaşının adına olan miras qalmış mülkə vərəsəlik qaydasında şəhadətnamə almaq məqsədi ilə Tovuz regional ASAN xidmət mərkəzinin notariat ofisinə müraciət etmiş, lakin onun ölüm haqqında şəhadətnaməsi tələb edilmişdir. Marqlı şəxsə müraciət etdikdə Maraqlı şəxsndə qardaşının ölüm kağızı aşkar olunmamışdır. Yalnız qəbir daşı və şahid ifadələri ilə məyyən olunur ki, qardaşı 19 avqust 2002-ci ildə vəfat edib və onu Tovuz rayon Düz-Qırıqlı kənd qəbirstanllığına dəfn etmişlər. Hikmətin ölümü ilə bağlı müvafiq sənədləri maraqlı şəxsə təqdim etmək qeyri mümkün olmuşdur. Ölüm kağızının əldə olunması ondandan miras qalmış mülkün vərəsəlik qaydasında adıma sənədləşdirmək məqsədi ilə lazımdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, həmçinin bildirmişdir ki, lazımi sənədləşdirmə işlərinin aparılması üçün hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli doğum haqqında arayışdan görünür ki, X5 xx.xx.1970-ci ildə Tovuz rayonu Düz-Qırıqlı kəndində anadan oluşdur. X1, anası X8r. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, xx.xx.1970-cı ildə anadan olmuş X3 ölümünü təsdiq edən müvafiq sənədlər təqdim edilmədiyindən Maraqlı şəxsndə ölüm akt qeydinin tərtib edilməsi mümkün olmamışdır. Bu səbəblə aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli 461 nömrəli Düz Qırıqlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyin arayışından görünür ki, 1970-ci ildə anadan olmuş X5 xx.xx.2002-ci ildə vəfat etmişdir.O Düz Qırıqlı kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, o əvvəllər Nüsrətlə qonşu olmuş, daha sonra Nüsrətlə evlənmişdir. Hikmət onun ərinin böyük qardaşıdır. O, 19 avqust 2002-ci il tarixdə Tovuz rayonu Düz-Qırıqlı kəndində dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirdi ki, o, Nüsrətlə qonşudur. Hikmət 19 avqust 2002-ci il tarixdə vəfat etmiş, Tovuz rayonu Düz-Qırıqlı kəndində dəfn olunmuşdur. Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdırıb, ərizəçinin və şahid ifadələrinin izahatını və işdə olan sübutları tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, xx.xx.1970-ci il təvəllüdlü X3 19 avqust 2002-ci il tarixdə Tovuz rayonu Düz-Qırıqlı kəndində ölməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi mərhum qardaşı xx.xx.1970-ci il təvəllüdlü X4 ölüm haqqında şəhadətnamənin ala bilməməsi, X3 ölümünün müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, lakin ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, habelə xx.xx.1970-ci il təvəllüdlü X3 19 avqust 2002-ci il tarixdə Tovuz rayonu Düz-Qırıqlı kəndində ölməsi ərizəçinin izahatı və işin mötəbər sübutları ilə sübuta yetirildiyindən, Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən, ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 307 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1970-ci il təvəllüdlü X3 19 avqust 2002-ci il tarixdə Tovuz rayonu Düz-Qırıqlı kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-2285/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2285/2024
16.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver