Məhkəmə qərarları › İş №2(062)-2297/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2297/2024

05.08.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2297/2024 05.08.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs X2 qarşı mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəmədə maraqlı şəxs X2 qarşı ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X3 ilə evlənib ailə qurmuşvə birgə nikahlarından xx.xx.2015-ci ildə Özləm xx.xx.2017-ci ildə Tuncay adlı uşaqları olmuşdur. Aralarında olan narazılığa görə ayrılmışlar və o hər ay aliment ödəyir. Uşaqlar anasının yanındadır. Uşaqların tərbiyyəsində şəxsən iştirak etmək istəyir. Mediasiyada maraqlı şəxslə qarşılıqlı razılığa gəlmişlər ki, birgə nikahlarından anadan olmuş uşaqlarının hər həftənin şənbə və bazar günləri görüşüb və ünsiyyətdə olacağı, X2 məxsus cehiz əşyalarının gəlin köçdüyü evdən çıxarılacağı barədə razılaşmışlar.Lakin maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etməyərək, onun uşaqlarla ünsiyyətdə olmağına imkan vermir. Ona görə də, xx.xx.2023-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, 2 ildir uşaqlarını görə bilmir. O vaxtlı-vaxtında ona aliment ödəyir. Maraqlı şəxs barışıq sazişini icra etmir. Eyni zamanda cehiz əşyalarını aparmır.Ola bilsin gələcəkdə ailə qurdu. Ona görə də,ərizənin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs X2 məhkəmə iclası barədə məlumat verilmiş, lakin o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxs X1 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə ətizəçinin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Surəti işə əlavə olunmuş Barışıq sazişindən görünür ki, tərəflər razılaşaraq rəsmi nikahlarından doğulan xx.xx.2015-ci ildə Özləm, xx.xx.2017-ci ildə Tuncay adlı uşaqlarının hər həftənin şənbə və bazar günləri ataları Ərizəçi ilə saat 10:00-dan 18:00-dək görüşüb ünsiyyətdə olması və X2 məxsus cehiz əşyalarının gəlin gəlin köçdüyü evdən çıxarılması barədə razılığa gəlmişlər. Müəyyən olundu ki, Ərizəçi ilə X3 evlənib ailə qurmuş və birgə nikahlarından xx.xx.2015-ci ildə Özləm, xx.xx.2017-ci ildə Tuncay adlı uşaqları olmuşdur. Aralarında olan narazılığa görə ayrılmışlar və o hər ay aliment ödəyir. Uşaqlar anasının yanındadır. Mediasiyada maraqlı şəxslə qarşılıqlı razılığa gəlmişlər ki, birgə nikahlarından anadan olmuş uşaqlarının hər həftənin şənbə və bazar günləri görüşüb və ünsiyyətdə olacağı, X2 məxsus cehiz əşyalarının gəlin köçdüyü evdən çıxaracağı barədə razılaşmışlar.Lakin maraqlı şəxs barışıq sazişinin şərtlərinə əməl etməyərək, onun uşaqlarla ünsiyyətdə olmağına imkan vermir. Barışıq sazişinin şərtləri aşağıdakı qaydada tərtib edilmişdir: Tərəflər rəsmi nikahlarından doğulan xx.xx.2015-ci ildə Özləm, xx.xx.2017-ci ildə Tuncay adlı uşaqlarının hər həftənin şənbə və bazar günləri ataları Ərizəçi ilə saat 10:00dan 18:00-dək görüşüb ünsiyyətdə olması və X2 məxsus cehiz əşyalarının gəlin gəlin köçdüyü evdən çıxarılması barədə razılığa gəlmişlər. Barışıq sazişi hal-hazırda qüvvədədir. “Mediasiya haqqında”Qanunun tələblərinə uyğun tərtib olunub və Azərbaycan Respublikası MPM-nin tələbləri pozulmamışdır. Üçüncü şəxslərin mənafeyinə toxunmur. İddiaçının izahatı ilə məlum olur ki, cavabdeh barışıq sazişinin şərtlərinə əməl etməyib, borcun məbləğini könüllü olaraq iddiaçıya ödəmir. Azərbaycan Respublikası MPM-nin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olubolmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-25.4-cü maddəsinə əsasən, qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə görə, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə işin yuxarıda göstərilən hallarını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, 20 aprel 2023-cü il tarixli barışıq sazişi məcburi icrası üçün barışıq sazişi tam olaraq qanuna müvafiq olduğundan təsdiq edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi ilə maraqlı şəxs X3 arasında bağlanmış 17 iyul 2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin və məcburi icraya yönəldilsin. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar