Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2308/2025 18.08.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Tovuz rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1978-ci il tarixdə Tovuz rayonu Əlimərdanlı kəndində anadan olmuş oğlu X5 ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X6 ilə evlənib ailə qurmuş, xx.xx.1977-ci ildə rəsmi nikaha daxil olmuşdur. X1 ilə birgə nikahından xx.xx.1978-ci ildə Ramil adlı uşaqları doğulmuşdur. X7 doğumundan sonra cəmi 7 ay yaşamışdır. O, 02 may 1979-cu ildə vəfat etmişdir və Tovuz rayon Əlimərdanlı kənd qəbiristanlığında dəfn edilmişdir. Vəfat edərkən azyaşlı olduğundan onun qəbirüstü abidəsi qurulmamışdır. X5 doğum haqqında şəhadətnaməsi və şəxsiyyət vəsiqəsi olsa da, onun ölümü barədə qeydiyyat aparılmamış və ölüm haqqında sənəd verilməmişdir. İddiaçı ərindən miras qalan əmlakla bağlı notariat orqanına müraciət edən zaman ona oğlunun ölümünün qeydə alınmadığı bildirilmişdir. Hazırda uşağın ölüm haqqında qeydinin tapılmaması səbəbindən mirası qəbul edə bilmir. Bu səbəbdən ona ölüm faktının müəyyən edilməsinə dair sənəd lazımdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X12 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Ərizəçi onun qohumudur. Ərizəçi bir oğlu vəfat etmişdir. O, qızdırmadan ölmüşdür. Uşaq Əlimərdanlı kəndində ölmüş və Əlimərdanlı kənd qəbiristanlığında dəfn olunub. X4 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Ərizəçi onun qonşusudur. Ərizəçi bir oğlu olub və 1 yaşa çatmamış ölmüşdür. Uşaq Əlimərdanlı kənd qəbiristanlığında dəfn olunub. İşə əlavə olunmuş doğum haqqında arayışdan görünür ki, xx.xx.1978-ci ildə doğulmuş X2 rayonu Əlimərdanlı kəndində anadan olmuşdur. İşə əlavə olunmuş Maraqlı şəxs arayışlarından görünür ki, X5 vətandaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasıya sistemində bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Tovuz rayon Dövlət Arxivinin arayışlarından görünür ki, Əlimərdanlı kənd XDS İcraiyyə Komitəsinin Tovuz rayon Dövlət arxivində saxlanılan 1980-1982-ci il tarixli 06 saylı təsərrüfatbaşına kitabın 478-ci şəxsi hesabatında təsərrüfat X3 adına olmaqla xx.xx.1978-ci ildə doğulmuş X8 oğlu kimi qeyd edilib, təsərrüfatda onun vəfat etməsi qeyd edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi uşağının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, xx.xx.1978-ci ildə doğulmuş X2 rayonu Əlimərdanlı kəndində ölmüşdür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1978-ci ildə doğulmuş X5 02 may 1979-cu Tovuz rayonu Əlimərdanlı kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-2308/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2308/2025
18.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver