Məhkəmə qərarları › İş №2(062)-2319/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2319/2023

11.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2319/2023 11.10.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi Məhkəmə iclas katibi Həmzəli Nərminə Ruslan qızının katibliyi, Ərizəçi X3 iştirakı ilə, Ərizəçi X3 Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : X7 ərizə ilə məhkəməyə müraciət edərək, qızı 15 iyun 2008-ci ildə Tovuz rayonu Mülkülü kəndində anadan olmuş X8 01 aprel 2009-cu ildə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. X7 ərizəsini onunla əsaslandırmışdır ki, o, X4 ilə 02 fevral 2001-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmişdir. Birgə nikahlarından 15 iyun 2008-ci ildə X14 adlı uşağı anadan olmuşdur. Həmin Əsmər adlı uşağı 01 aprel 2009-cu ildə xəstəlikdən vəfat etmiş və Mülkülü kəndində dəfn edilmişdir. Uşaq vəfat edərkən müvafiq qaydada onun ölümü ilə əlaqədar akt qeydi aparılmamışdır. Ona görə də hal-hazıradək qızı Əsmər onun təsərüffatında sağ insan kimi qeydiyyatdadır. Hazırda isə uşağı Əsmərin ölümü ilə bağlı qeydiyyat aparılması üçün rayon Qeydiyyat şöbəsinə müraciət etməsinə baxmayaraq ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmiş və ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Ona görə də, qızı 15 iyun 2008-ci ildə Tovuz rayonu Mülkülü kəndində anadan olmuş X8 01 aprel 2009-cu ildə ölməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsinbi xahiş etmişdir. Məhkəmə iclasında iştrak edən ərizəçi X10 ərizəsini müdafiə edib təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsinin məhkəmə iclasına gəlməmişdir Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində göstərdi ki, X10 onun qonşusudur. X10 ilə X2 birgə nikahlarından 15 iyun 2008-ci ildə X14 adlı uşağı anadan olmuşdur. Lakin həmin uşaq xəstə olduğundan 01 aprel 2009-cu il tarixdə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində göstərdi ki, X7 onun bacısıdır. X7 ilə X2 birgə nikahlarından 15 iyun 2008-ci ildə X14 adlı uşağı anadan olmuşdur. Lakin həmin uşaq xəstə olduğundan 01 aprel 2009-cu il tarixdə vəfat etmiş və Mülkülü kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb və aşağıda qeyd olunan hüquq normalarını nəzərdən keçirib hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X14 xx.xx.2008-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan Tovuz rayon Mərkəzi xəstəxanasının PHŞ-nin Mülkülü kənd həkim məntəqəsinin arayışından görünür ki, X6 dediyinə görə X14 xx.xx.2009-cu il tarixdə Tovuz rayonu Mülkülü kəndində dəfn olunmuş,lakin ölüm haqqında sənəd onlara təqdim edilmədiyinə görə mərhuma ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 59 nömrəli arayışından görünür ki, X8 ölümünü təsdiq edən müvafiq sənədlər təqdim edilmədiyindən ölüm haqqında məlumatın müəyyən edilməsi məqsdədilə “Vətəndaşların vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Mülkülü kənd İƏD üzrə nümayəndəsinin arayışından görünür ki, X14 xx.xx.2008-ci il tarixdə anadan olmuşdur. X1 deməsinə görə xx.xx.2009-cü il tarixdə Tovuz rayonu Mülkülü kənd qəbirstnlığında dəfn olmuşdur. İş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, X10 ilə X4 xx.xx.2004-cü ildə nikah bağlamış və bu nikah Tovuz rayon Mülkülü kənd nümayəndəliyi tərəfindən həmin tarixli, 01 nömrəli akt qeydi ilə qeydə alınmışdır. Azərbaycan Respublikasının MPM-nin 307.2.8-ci maddəsinə görə, məhkəmə müvafiq icra hakimiyyəti orqanının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə müvafiq olaraq məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşin araşdırılan hallarından müəyyən olunur ki, ölüm faktını təsdiq edən, tibb müəssisəsi tərəfindən verilmiş müvafiq sənəd yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 309.1-ci maddəsində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə ərizəçinin izahatındakı məlumatlara və mülki işdə olan sənədlərdəki məlumatlara əsaslanaraq hesab edir ki, Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X8 xx.xx.2009-cü ildə Tovuz rayon Mülkülü kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü X11 xx.xx.2009-cü ildə Tovuz rayon Mülkülü kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Hakim: Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar