Məhkəmə qərarları › İş №2(062)-2359/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2359/2023

28.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2359/2023 28.09.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi ölümün qeydə alınması faktının müəyyən olunması tələbinə dair mülki işə Tovuz şəhərində 28 sentyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək mərhum əri X3 15 avqust 1998-ci ildə Rusiya Federasiyasında ölməsinin qeydə alınması faktının müəyyən olunmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək verdiyi ifadəsində göstərdi ki, Tovuz rayonu İbrahimhacılı kənd sakini olmuş X6 onun həyat yoldaşı olmuşdur. Onunla 01 noyabr 1980-ci ildə evlənmişlər. Onların birgə nikahından 2 nəfər uşaqları olmuşdur. Əri 1998-ci ilin avqust ayında Rusiyada ürək çatışmazlığından vəfat etmişdir. Əri Duman 15 avqust 1998-ci ildə vəfat etmiş və Azərbaycan Respublikasına gətirilərək İbrahimhacılı kənd qəbirstanlığında dəfn olunmuşdur. X12 vəfat etdikdən sonra onun adına ölüm akt qeydi aparılmamışdır. Hazırda onun ölüm haqqında şəhadətnaməsinin alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etsə də, şəhadətnamə verməkdən imtina edilmişdir. Odur ki, mərhum əri X3 15 avqust 1998-ci ildə Rusiya Federasiyasında ölməsinin qeydə alınması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mülki iş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. X5 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, ərizəçi ilə qonşudurlar. Ərizəçinin X12 1998-ci ildə Rusiyada ölmüşdür. Onu Rusiyadan qardaşı və bibisi oğlu gətirmişdir. Dəfn mərasimində o iştirak etmişdir. X1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, mərhum Dumanın bacısıdır. Qardaşı Duman 1998-ci ildə Rusiyada ürək çatışmazlığından vəfat etmişdir. Onu Rusiyadan bibisi oğlu və qardaşı Rəhman gətirmişdir. Mərhum qardaşı İbrahimhacılıda dəfn edilmişdir. X2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Duman Süleymanovun qızıdır. Atası 1998-ci ildə Rusiyada ürək çatışmazlığından vəfat etmişdir. Onu Rusiyadan atasının bibisi oğlu və əmisi Rəhman gətirmişdir. Mərhum atası İbrahimhacılıda dəfn edilmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, işə əlavə olunmuş Maraqlı şəxs tərəfindən verilmiş imtina məktubundan görünür ki, X3 barəsində Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşə əlavə olunmuş Tovuz rayon İHB-nin İbrahimhacılı kənd İƏD üzrə nümayəndəliyinin məhkəməyə təqdim etdiyi arayışdan görünür ki, X6 1998-ci ildə ölmüş və Tovuz rayonu İbrahimhacılı kənd qəbirstanlığında dəfn edilmişdir. İşə əlavə olunmuş aktdan və hava limanı karqo sənədindən görünür ki, 16 iyul 1998-ci il tarixində bir ədəd tabut olan 200 kiloqramlıq yük B.Rüstəmovun müşayiəti ilə Domededovo hava limanından Gəncə şəhərinə yola salınmışdır. Həmin tabutda şahidlərin iştirakı ilə X3 meyidi qablaşdırılmışdır. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Tovuz rayonu İbrahimhacılı kənd sakini olmuş X6 ərizəçinin əridir. Onlar 01 noyabr 1980-ci ildə evlənmişlər. Duman Süleymanov 15 avqust 1998-ci ildə Rusiyada ürək çatışmazlığından vəfat etmiş və İbrahimhacılı kənd qəbirstanlığında dəfn olunmuşdur. Duman Süleymanov vəfat etdikdən sonra onun adına ölüm akt qeydi aparılmamışdır. Hazırda ərizəçi ərinin ölüm haqqında şəhadətnaməsinin alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etsə də, şəhadətnamə verməkdən imtina edilmişdir. Belə ki, X3 ölümünün qeydə alınması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Göründüyü kimi, ərizəçinin ərinin ölümü qeydə alınmadığından ona ölüm haqqında şəhadətnamə verilməsi mümkün deyil və onun göstərilən tarixdə ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220 və 234 maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. X3 15 avqust 1998-ci ildə Rusiya Federasiyasında ölməsi faktı müəyyən edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar