Məhkəmə qərarları › İş №2(062)-2400/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2400/2025

18.08.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2400/2025 18.08.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Məhkəmə iclas katibi Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, Ərizəçi Maraqlı şəxsnə qarşı «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1969-cu il tarixdə anadan olmuş anası X1 xx.xx.2025-ci ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X2 onun anasıdır. Anası beş il olardı ki, ürəyində problem yaranmışdır və yüksək təzyiq xəstəliyindən əziyyət çəkirdi. Anası evdar qadın olmuş və işləməmişdir. Anası işləmək istəmiş, bu məqsədlə də 03 aprel 2025-ci tarixdə saat 9 radələrində Xırdalan şəhərində iş axtarışında olmuşdur. Bir müddətdən sonra qohumu ona zəng edərək anasının vəfat etdiyini bildirmişdir. O, ölüm haqqında sənəd almaq üçün Maraqlı şəxsnə müraciət edərkən ona bildirilmişdir ki, ölüm faktının təsdiq edilməsi üçün sənəd ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Həmçinin ona TƏBİB tərəfindən verilmiş arayışdan görünür ki, ölümün baş vermə səbəbi məlum olmadığından ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün deyildir. Rəsmi qurumlar ona ölüm haqqında şəhadətnamə verilməsinin mümkün olmadığını bildirmişlər. xx.xx.1969-cu il tarixdə anadan olmuş anası X1 xx.xx.2025-ci ildə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Ərizəçi izahat verərək bildirdi ki, o, işə gedərkən ona zəng edilərək anasının halının pisləşdiyini bildirmişdirlər. Həmin yerə gedəndə tibbi yardım işçiləri tərəfindən anasına heç bir müdaxilə edilmədiyini görmüş və səbəbini soruşduqda anasının artıq keçindiyini demişdirlər. Daha sonra heç bir rəsmiləşdirmə işləri aparmadan çıxıb getmişdirlər. O, iddiasını müdafiə edərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclasında ərizəçi tərəfindən yazılı ərizə təqdim edilmişdir. Ərizədə göstərilmişdir ki, o maddi vəziyyəti ilə əlaqədar növbəti iclasa gələ bilməyəcək. Ona görə də onun iştirakı olmadan qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb və qeyd olunan hüquq normasını nəzərdən keçirib hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli Abşeron rayon Mərkəzi xəstəxanasının Ərizəçi ünvanladığı məktubdan görünür ki, X2 xx.xx.2025-ci il tarixdə Xırdalan şəhərində vəfat etmiş, lakin ölümün baş vermə səbəbi məlum olmadığına görə mərhumun adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 3-16-5/8-15-1241/2025 nömrəli arayışından görünür ki, X1 ölümünü təsdiq edən müvafiq sənədlər təqdim edilmədiyindən ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşların vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, X2 xx.xx.1969-cu il tarixdə anadan olmuşdur. X2 xx.xx.2025-ci il tarixdə Xırdalan şəhərində vəfat etmişdir. İş materiallarında olan Abşeron Rayon Prokurorunun köməkçisinin xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarından görünür ki, X1 Xırdalan şəhəri, Sulutəpə dairəsinin yaxınlığında yerləşən küçədə anidən halının pisləşərək ölməsi faktı üzrə hər hansı bir şəxsin əməlində cinayət tərkibi müəyyən edilmədiyindən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.8-ci maddəsinə görə, məhkəmə müvafiq icra hakimiyyəti orqanının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə müvafiq olaraq məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşin araşdırılan hallarından müəyyən olunur ki, ölüm faktını təsdiq edən tibb şəhadətnamənin verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 №-li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 309.1-ci maddəsində göstərilir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Məhkəmə ərizəçinin izahatındakı məlumatlara və mülki işdə olan sənədlərdəki məlumatlara əsaslanaraq hesab edir ki, Azərbaycan Respublikası MPM-in 307.2.3-cü maddəsinə əsasən xx.xx.1969-cu ildə doğulmuş X1 xx.xx.2025-ci il tarixdə Xırdalan şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311 və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. xx.xx.1969-cu il tarixdə anadan olmuş X1 xx.xx.2025-ci ildə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamə ölümün qeydə alınması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar