Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2492/2024 18.10.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı ölümün qeydə alınması faktının müəyyən olunması tələbinə dair mülki işə Tovuz şəhərində 18 oktyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı ərizə ilə məhkəməyə müraciət edərək mərhum atası X3 28 sentyabr 2018-ci ildə Tovuz rayonu Əyyublu kəndində ölməsi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək verdiyi ifadəsində göstərdi ki, Tovuz rayonu Əyyublu kənd sakini X5 onun atası olmuşdur. Ürək çatışmazlığından vəfat etmişdir. Atasını Tovuz rayonu Əyyublu kənd qəbirstanlığında dəfn etmişlər. X10 vəfat etdikdən sonra onun adına ölüm akt qeydi aparılmamışdır. Hazırda onun ölüm haqqında şəhadətnaməsinin alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etsə də, şəhadətnamə verməkdən imtina edilmişdir. Odur ki, mərhum atası X3 28 sentyabr 2018-ci ildə Tovuz rayonu Əyyublu kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mülki iş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. X1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, ərizəçinin əmisidir. X5 onun qardaşıdır. Ərizəçinin atası, qardaşı 28 sentyabr 2018-ci ildə Tovuz rayonu Əyyublu kəndində vəfat etmişdir. Dəfn mərasimində o da iştirak etmişdir. X2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, ərizəçi onun oğludur. X5 onun mərhum əridir. Mübariz Ələkbərov 28 sentyabr 2018-ci ildə Tovuz rayonu Əyyublu kəndində vəfat etmişdir. Əyyublu kənd qəbirstanlığında dəfn edilmişdir. X4 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, ərizəçinin qonşusudur. X5 28 sentyabr 2018-ci ildə Tovuz rayonu Əyyublu kəndində vəfat etmişdir. Dəfn mərasimində o da iştirak etmişdir. Əyyublu kənd qəbirstanlığında dəfn edilmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, işə əlavə olunmuş Maraqlı şəxs tərəfindən verilmiş imtina məktubundan görünür ki, X3 barəsində Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İşə əlavə olunmuş Tovuz rayon Əyyublu kənd İƏD üzrə nümayəndəliyinin məhkəməyə təqdim etdiyi arayışdan görünür ki, X5 28 sentyabr 2018-ci ildə ölmüş və Tovuz rayonu Əyyublu kəndi “Tölə təpəsi” adlanan qəbirstanlığında dəfn edilmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, Tovuz şəhər sakini olmuş X5 ərizəçinin atasıdır. Mübariz Ələkbərov 28 sentyabr 2018-ci ildə Tovuz rayonu Əyyublu kəndində vəfat etmiş və Tovuz rayonu Əyyublu kənd qəbirstanlığında dəfn olunmuşdur. Mübariz Ələkbərov vəfat etdikdən sonra onun adına ölüm akt qeydi aparılmamışdır. Hazırda ərizəçi atasının ölüm haqqında şəhadətnaməsinin alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etsə də, şəhadətnamə verməkdən imtina edilmişdir. Odur ki, X3 ölümünün qeydə alınması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Göründüyü kimi, ərizəçinin atasının ölümü qeydə alınmadığından ona ölüm haqqında şəhadətnamə verilməsi mümkün deyil və onun göstərilən tarixdə ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220 və 234 maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. X3 28 sentyabr 2018-ci ildə Tovuz rayonu Əyyublu kəndində ölməsi faktı müəyyən edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-2492/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2492/2024
18.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver