Məhkəmə qərarları › İş №2(062)-2498/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2498/2025

18.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2498/2025 18.09.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi Həsənov Tural Leysan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi X1 ölüm faktının təsdiq edilməsi ilə bağlı ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi Ərizəçi Tovuz Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, xx.xx.1977-ci il tarixdə anadan olmuş X1 xx.xx.1977-ci il tarixdə ölməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasın xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizə onunla əsaslandırılmışdır ki, bacısı X5 xx.xx.1977-ci ildə doğulmuşdur. Lakin bacısı doğuşdan xəstə olduğuna görə qısa müddət sonra, 25 avqust 1977-ci ildə vəfat etmişdir. Lakin X1 ölümü barədə müvafiq dövlət qurumlarına məlumat verilmədiyinə görə onun barəsində ölüm akt qeydi tərtib edilməmişdir. Ata və anası vəfat etmişdir. Hazırda ata-anasından qalan miras əmlaklar barədə vərəsəlilik hüququna dair sənədlər almaq istəyir. Lakin X1 barəsində ölümü haqqında sənəd verilməsi üçün Tovuz regional "ASAN Xidmət" mərkəzində qeydiiyat şöbəsinə müraciət etmiş, X1 ölməsi barədə Tovuz regional "ASAN Xidmət" mərkəzində qeydiyyat şöbəsində məlumat aşkar edilməmişdir. Ona görə də X1 25 avqust 1977-ci ildə ölməsi faktının müəyyən edilməsi zəruriyyəti yaranmışdır. X1 25 avqust 1977-ci ildə ölməsi faktı məhkəmə qətnaməsi əsasında müəyyən edilməlidir. Tərəflərin izahatları Məhkəmə iclasında Ərizəçi izahat verərək ərizəsində göstərilənləri təsdiqləmiş və ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxs Tovuz rayon qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir. Belə olan halda, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid ifadələri Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, ərizəçinin qonşusudur. Ərizəçinin X1 xx.xx.1977-ci il tarixdə ölümünün şahidi olmuşdur. Həmin uşaq Cəlilli kənd qəbiristanlığında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 şahid X16 ilə oxşar məzmunlu ifadə vermişlər. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq olunan faktlar Tovuz Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş 3-16-5/8- 69-2051/2025 nömrəli arayışdan müəyyən olunur ki, X5 xx.xx.1977-ci il tarixdə Tovuz rayonu Cəlilli kəndində anadan olmuşdur. X2, anası X4 qeyd edilmişdir. Tovuz rayon Cəlilli kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli AZ-İİ № 015346 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X10 xx.xx.2019-cu il tarixdə Tovuz rayonu Cəlilli kəndində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2019-cu il tarixdə 06 nömrəli akt qeydi tərtib edilmişdir. Tovuz regional “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli cavab məktubundan (imtina rəyi) müəyyən olunur ki, ölüm barədə tibbi şəhadətnamə və ya qüvvəyə minmiş məhkəmə qətnaməsi təqdim olunmadığına görə X3 ölümünün bərpa edilməsi mümkün olmamışdır. Ona görə də vətəndaşa məhkəməyə müraciət etməsi izah edilmişdir. Tovuz regional “ASAN xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli AZ-İİ № 476315 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 xx.xx.2025-ci il tarixdə Tovuz rayonu Cəlilli kəndində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2025-ci il tarixdə 143 nömrəli akt qeydi tərtib edilmişdir. xx.xx.2025-ci il tarixli, ********* nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının; Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı

9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” Maddə 8.5. Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Maddə 8.2. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır.

Məhkəmənin mövqeyi Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Ərizəçinin xahişindən görünür ki, o, məhkəmədən X3 ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Yəni hazırkı ərizə şəxsin ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçi X1 ölüm faktını təsdiq edən şəhadətnamə almaq üçün müvafiq qeydiyyat orqanına müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Bu səbəbdən ərizəçi bacısının ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş şəxslər ərizədə qeyd edilənləri təsdiq etmişdir. İş materiallarına istinadən məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizəçinin mərhum övladının ölüm faktının müəyyən edilməsi üçün qanunvericilikdə və “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli qərarında qeyd edilmiş əsaslar və şərtlər mövcuddur. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1977-ci il tarixdə Tovuz rayonunda anadan olmuş X3 xx.xx.1977-ci il tarixdə ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. xx.xx.1977-ci il tarixdə Tovuz rayonunda anadan olmuş X3 xx.xx.1977-ci il tarixdə Tovuz rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Süleyman Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar