Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2523/2025 18.07.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Süleyman Aslan oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3 iclas katibliyi və Ərizəçi iştirakı ilə, Ərizəçi və maraqlı şəxs Cavabdeh göstərilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi Ərizəçi maraqlı şəxs Cavabdeh qarşı “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Tovuz 1 saylı Mediasiya Təşkilatında xx.xx.2025-ci ildə maraqlı şəxs Cavabdeh ilə onun arasında bağlanmış, birgə nikhahtlarından xx.xx.2020-ci ildə doğulan Ömər və xx.xx.2022-ci ildə doğulan Səid adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğində hər uşağa görə 175 manat, cəmi 350 manat alimentin Cavabdeh alınıb ona verilməsi və məcburi icraya yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Tovuz 1 saylı Mediasiya Təşkilatında xx.xx.2025-ci ildə bağlanmış barışıq sazişinə əsasən maraqlı şəxs Cavabdeh ilə onun birgə nikahlarından xx.xx.2020-ci ildə doğulan Ömər və xx.xx.2022-ci ildə doğulan Səid adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğində hər uşağa görə 175 manat, cəmi 350 manat alimentin Cavabdeh alınıb ona verilməsi barədə razılığa gəlmişlər. Hazırda maraqlı şəxs Cavabdeh barışıq sazişinin şərtlərinə əməl etmir və barışıq sazişində razılaşdıqları alimenti ona ödəməkdən imtina etmişdir. Ona görə də, Tovuz 1 saylı Mediasiya Təşkilatında xx.xx.2025-ci ildə maraqlı şəxs Cavabdeh ilə aralarında bağlanmış barışıq sazişinin məhkəmə qətnaməsi əsasında təsdiq təsdiq edilməsi və məvburi icra edilməsi zəruriyyəti yaranmışdır. Tərəflərin izahatları Məhkəmə baxış iclasında Ərizəçi bildirmişdir ki, keçən ay maraqlı şəxsin atası 300 manat vermişdir. İcra olunması üçün qətnamə olmalıdır. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxs Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materialları Tovuz rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2019-cu il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi və Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 437 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Böyükağalı, arvada Mehdiyeva soyadı verilmişdir. Tovuz rayonu qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 698327 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, X4 (atası Cavabdeh, anası Ərizəçi) xx.xx.2022-ci il tarixdə Tovuz rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 142 nömrə ilə qeyd edilmişdir. Tovuz rayonu Xatınlı kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı, 455783 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, X5 (atası Cavabdeh, anası Ərizəçi) xx.xx.2020-ci il tarixdə Tovuz rayonunda doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 16 nömrə ilə qeyd edilmişdir. Mediasiya prosesi nəticəsində Ərizəçi (Birinci Tərəf) və Cavabdeh (İkinci Tərəf) arasında xx.xx.2025-ci il tarixdə bağlanılmış barışıq sazişindən görünür ki, sazişə görə tərəflər aşağıdakı qaydada razılığa gəlirlər: “1. Tərəflərin birgə nikahlarından xx.xx.2020-ci ildə anadan olmuş X5 və xx.xx.2022ci anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşaq üçün 175 manat, cəmi 350 manat sabit məbləğdə alimenti hər ayın 2-dən gec olmayaraq Ərizəçi verməyi öhdəsinə götürür.
2. Hər iki tərəf gələcəkdə alimentin minimum əmək haqqına münasibətdə indeksasiya olunması ilə bağlı müraciət edə bilərlər.
3. Tərəflər birgə nikah dövründə əldə olunmuş Tovuz şəhər S.Məmmədov küçəsində yerləşən fərdi yaşayış evindən ½ hissədə paylarının olmaları barədə razılaşdılar.
4. Cavabdeh birgə nikah dövründə Kapital bank ASC-dən götürülmüş kredit məbləğinin 600 manatını ödəməyi öz üzərinə götürür.
5. Barışıq sazişinin icrası imzalandığı gündən qüvvəyə minir.”
İşin faktiki halları İddiaçı Ərizəçi və Cavabdeh arasında keçirilmiş mediasiya prosesi nəticəsində xx.xx.2025-ci il tarixdə, barışıq sazişi bağlanmışdır. Mediasiya sazişinin şərtlərinə uyğun olaraq Cavabdeh xx.xx.2020-ci ildə anadan olmuş X2 və xx.xx.2022-ci ildə anadan olmuş X1 yetkinlik yaşana çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 175 manat, cəmi 350 manat sabit məbləğdə alimenti hər ayın 2-dən gec olmayaraq Ərizəçi vermək öhdəliyini öz üzərinə götürdüyü halda, həmin öhdəlik üzrə ödənilməli olan pul məbləğini ödəməmişdir. Bununla da barışıq sazişi üzrə ikinci tərəf Cavabdeh barışıq sazişini könüllü qaydada icra etməmişdir.
Tətbiq edilən hüquq “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Maddə 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Maddə 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Maddə 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Maddə 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Maddə 355-24. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Maddə 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Maddə 355-25.2. Məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Maddə 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda.
Məhkəmənin mövqeyi İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında keçirilmiş mediasiya prosesi nəticəsində xx.xx.2025-ci il tarixli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin könüllü icrası üçün tərəflər arasında müddət müəyyən edilmişdir. Belə ki, X2 və X1 yetkinlik yaşana çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 175 manat, cəmi 350 manat sabit məbləğdə alimenti hər ayın 2-dən gec olmayaraq Ərizəçi ödənilməsi barışıq sazışı ilə müəyyənləşdirilmiş, lakin həmin tarixdən ərizə məhkəməyə verilən günədək saziş könüllü qaydada icra edilmədiyindən iddiaçı sazişin təsdiqi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə sazişi nəzərdən keçirərək hesab edir ki, sazişin təsdiq edilməməsi üçün heç bir səbəb yoxdur. Belə ki, barışıq sazişi “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsi ilə müəyyən edilmiş formaya uyğun tərtib edilmişdir, qanunazidd deyildir, həmçinin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış barışıq sazişinin məcburi icrasının təmin edilməsi məqsədilə həmin saziş məhkəmə tərəfindən təsdiq edilməlidir. Qanun yalnız iki halda məhkəmələrə mediasiyada bağlanmış barışıq sazişinin təsdiqindən imtina etmək səlahiyyəti vermişdir. Bunlardan biri sazişin və ya onun bir hissəsinin qanuna zidd olduğu, digəri isə sazişin mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduğu hallardır. Yəni qanun məhkəmələrə sazişin və ya onun bir hissəsinin mediasiya iştirak edən tərəfin hüquqlarına toxunduğu hallarda onun təsdiqindən imtina səlahiyyəti verməmişdir. Ona görə ki, barışıq sazişi tərəflər arasında könüllü bağlanır və onların müstəqil iradə ifadəsinə əsaslanır. Bu baxımdan saziş bağlandığı vaxt tərəflərdən birinin iradə ifadəsinin zədələndiyinin sübuta yetirildiyi hallar istisna olmaqla (Çünki bu halda saziş qanuna zidd bağlanmış olur), saziş, sonradan saziş tərəflərindən birinin maraqlarına uyğun olmasa belə təsdiq edilməlidir.
Məhkəmə xərcləri Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən ərizəçi tərəfindən ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi və Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli nömrəli barışıq sazişi təsdiq edilməsi üçün iddiaçı tərəfindən ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 227, 355-23 – 355-26, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Ərizəçi və Cavabdeh arasında mediasiya prosesi nəticəsində bağlanılmış xx.xx.2025-ci il tarixli barışıq sazişinin aşağıdakı bəndləri təsdiq edilsin: “1. Tərəflərin birgə nikahlarından xx.xx.2020-ci ildə anadan olmuş X5 və xx.xx.2022ci anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşaq üçün 175 manat, cəmi 350 manat sabit məbləğdə alimenti hər ayın 2-dən gec olmayaraq Ərizəçi verməyi öhdəsinə götürür.
2. Hər iki tərəf gələcəkdə alimentin minimum əmək haqqına münasibətdə indeksasiya olunması ilə bağlı müraciət edə bilərlər.
3. Tərəflər birgə nikah dövründə əldə olunmuş Tovuz şəhər S.Məmmədov küçəsində yerləşən fərdi yaşayış evindən ½ hissədə paylarının olmaları barədə razılaşdılar.
4. Cavabdeh birgə nikah dövründə Kapital bank ASC-dən götürülmüş kredit məbləğinin 600 manatını ödəməyi öz üzərinə götürür.
5. Barışıq sazişinin icrası imzalandığı gündən qüvvəyə minir.” Ödənilməli olan 100 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Süleyman Hacıyev