Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2618/2024 17.10.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi ölümün qeydə alınması faktının müəyyən olunması barədə ərizəsi üzrə mülki işə Tovuz şəhərində 17 oktyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək mərhum oğlu X2 12 fevral 2004-cü ildə ölməsinin qeydə alınması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək verdiyi ifadəsində göstərdi ki, oğlu X4 02 yanvar 1978-ci ildə Tovuz rayonu Alakol kəndində anadan olmuşdur. Bu barədə 28 yanvar 1978-ci ildə Tovuz rayon Alakol kənd icra nümayəndəliyində doğum akt qeydi aparılmışdır. Oğlu Rusiya Federasiyasında yaşamışdır. X4 12 fevral 2004-cü ildə vəfat etmişdir. Həmin vaxt oğlu Rusiyada avtomobil qəzasında vəfat etmişdir. Həmin vaxt orada X11 çağırılmış, xəstəxanaya aparılan zaman yolda ölmüşdür. Oğlu Xəyyam vəfat etdikdən sonra onun adına ölüm akt qeydi aparılmamışdır. Hazırda onun ölüm haqqında şəhadətnaməsinin alınması ilə bağlı Tovuz regional Asan Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsinə müraciət etsə də, şəhadətnamə verməkdən imtina edilmişdir. Odur ki, X2 12 fevral 2004-cü ildə ölməsinin qeydə alınması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mülki iş üzrə Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi məhkəmə bildirişi göndərilsə də, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 verdiyi ifadəsində göstərdi ki, Ərizəçi onun qudasıdır. Ölən şəxs Xəyyam 2004-cü ildə Rusiyada avtomobil qəzasında vəfat etmişdir. Rusiyadan kəndliləri gətirmişdir. Dəfndə o da iştirak etmişdir. Tovuz rayonu Alakol kənd qəbirstanlığında dəfn edilmişdir. Yas mərasimi ərizəçinin evində olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X5 verdiyi ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. Ölən şəxs Xəyyam 2004-cü ildə Rusiyada avtomobil qəzasında vəfat etmişdir. Rusiyadan kəndliləri gətirmişdir. Dəfndə o da iştirak etmişdir. Tovuz rayonu Alakol kənd qəbirstanlığında dəfn edilmişdir. Yas mərasimi ərizəçinin evində olmuşdur. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işə əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, ərizə aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, işə əlavə olunmuş Maraqlı şəxs tərəfindən verilmiş imtina məktubundan görünür ki, X2 barəsində Maraqlı şəxsndə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, ərizəçinin oğlu X4 02 yanvar 1978-ci ildə Tovuz rayonu Alakol kəndində anadan olmuşdur. Bu barədə 28 yanvar 1978-ci ildə Tovuz rayon Alakol kənd İcra nümayəndəliyində doğum akt qeydi aparılmışdır. X1 Federasiyasında olmuşdur. X4 12 fevral 2004-cü ildə vəfat etmişdir. Xəyyam Hüseynov vəfat etdikdən sonra onun adına ölüm akt qeydi aparılmamışdır. Hazırda ərizəçi oğlunun ölüm haqqında şəhadətnaməsinin alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etsə də, şəhadətnamə verməkdən imtina edilmişdir. Belə ki, X3 ölümünün qeydə alınması faktı məhkəmə qaydasında müəyyən olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə görə məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin məcəllənin 307.2.3-cü maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o, zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Göründüyü kimi, ərizəçinin oğlunun ölümü qeydə alınmadığından ona ölüm haqqında şəhadətnamə verilməsi mümkün deyil və onun göstərilən tarixdə ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220 və 234-cü maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 02 yanvar 1978-ci ildə Tovuz rayonu Alakol kəndində anadan olmuş X2 12 fevral 2004-cü ildə ölməsi faktı müəyyən edilsin. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Qafil Baxşıyev
Məhkəmə qərarları › İş №2(062)-2618/2024
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2618/2024
17.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver