Məhkəmə qərarları › İş №2(062)-2620/2023

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2620/2023

13.09.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2620/2023 13.09.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Həmzəli Nərminə Ruslan qızının katibliyi, Ərizəçi və Maraqlı şəxs iştirakları ilə Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesində bağlanmış barışıq sazişinintəsdiq edilməsi tələbinə dair mülki işə Tovuz şəhərində 13 sentyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəmədə Maraqlı şəxs qarşı ərizə ilə müraciət edərək Maraqlı şəxs ilə aralarında bağlanmış mediasiya prosesi nəticəsində əldə edilən xx.xx.2023-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni müdafiə edərək, məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, cavabdeh Maraqlı şəxs ilə xx.xx.2014-cü ildə adəti ilə ailə qurmuşdur. Nikahlarını isə xx.xx.2015-ci il tarixdə Tovuz rayon Qeydiyyat şöbəsində 764 saylı qeydə almışlar. Onların birgə nikahlarından xx.xx.2015-ci il tarixdə Əsmət, xx.xx.2016-cı il tarixdə Ayan və xx.xx.2020-ci il tarixdə Osman adlı üç övladı doğulmuşdur. Onlar evləndiyi ilk vaxtlarda ailə münasibətləri normal olsada sonradan cavabdehlə onların münasibətləri pozulmuşdur. Cavabdehlə onların xasiyyətləri uyğun gəlmədiyindən 2022-ci ilin avqust ayında cavabdehlə faktiki olaraq ayrılmışlaer və hal-hazırda uşaqları ilə birlikdə yaşayır. O, ailə münasibətlərindən irəli gələn mübahisəni həll etmək üçün qanunverciliyin tələbinə uyğun olaraq mediasiya orqanına müraciət etmiş, mediator vasitəsi ilə xx.xx.2023-cü il tarixində aralarında alimentin ödənilməsinə dair barışıq sazişi imzalamışlar. Barışıq sazişinə əsasən Maraqlı şəxs birgə nikahlarından doğulmuş uşaqları Əsmətin, Ayan və Osmanın saxlanılması üçün hər ay, hər bir uşağa görə 150 manat olmaqla ümumilikdə 450 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Qeyd olunan sazişin bağlanmasından sonra Maraqlı şəxs alimenti bir necə ay vaxt-vaxtında ödəsədə son 6-7 ayda öz istədiyi məbləğdə ödəniş etmişdir. Ümumilikdə hesablayanda isə hazırki vaxtda 3 aylıq aliment borcu olmasına baxmayaraq üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Ona görə də xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İşdə Maraqlı şəxs məhkəmə iclasında ərizəni qəbul edərək izahatında göstərdi ki, Ərizəçi ilə el adəti ilə evlənmişlər. Nikahlarını xx.xx.2015-ci il tarixdə Tovuz rayon Qeydiyyat şöbəsində 764 saylı qeydə rəsmiləşdirmişlər. Birgə yaşayışlarından xx.xx.2015ci il tarixdə Əsmət, xx.xx.2016-cı il tarixdə Ayan və xx.xx.2020-ci il tarixdə Osman adlı üç uşaqları anadan olmuşdur. Barışıq sazişi ikisinin də razılığı ilə bağlanmışdır. Təsdiq olunmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Surəti işə əlavə olunmuş Barışıq sazişindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs xx.xx.2023-cü il tarixdə “nikahın pozulması, uşaq, aliment əklak (cehiz əşyaları) tələbi” barədə barışıq sazişi bağlamışlar. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, tərəflər rəsmi qaydada evlənmişlər. Birgə yaşayışlarından xx.xx.2015-ci il tarixdə Əsmət, xx.xx.2016-cı il tarixdə Ayan və xx.xx.2020-ci il tarixdə Osman adlı uşaqları anadan olmuşdur. Aralarında yaranmış mübahisəyə görə tərəflər ayrılmışlar. Uşaqlar ərizəçinin yanındadır. X1 Maraqlı şəxs aliment tələb etmiş, tərəflər arasında 24 yanvar 2023-cü il tarixində mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanmış, saziş mediator tərəfindən təsdiq olunmuşdur. Barışıq sazişinin şərtləri aşağıdakı qaydada tərtib edilmişdir:

1. Hər iki tərəf birgə nikahlarından xx.xx.2015-ci ildə anadan olmuş X6, xx.xx.2016-cı ildə anadan olmuş X7 və xx.xx.2020-ci ildə anadan olmuş X8 anaları X2 yanında və himayəsində saxlanılmışdır.

2. xx.xx.2015-ci ildə anadan olmuş X6, xx.xx.2016-cı ildə anadan olmuş X7 və xx.xx.2020-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla cəmi 450 manat alimenti X4 verməyi öhdəsinə götürür.

3. Hər iki tərəf X4 məxsus cehiz əşyalarının Maraqlı şəxs məxsus Tovuz rayon Əlimərdanlı kəndində yerləşən mülkdən çıxarılmasına qərar verdi.

4. Hər iki tərəf xx.xx.2015-ci ildə anadan olmuş X6, xx.xx.2016-cı ildə anadan olmuş X7 və xx.xx.2020-ci ildə anadan olmuş X3 ataları Maraqlı şəxs ilə hər həftənin şənbə və bazar günləri saat 10:00-dan 17:00-a qədər görüşməsinə və ünsiyyətdə olmasına qərara gəlmişlər. Barışıq sazişi hal-hazırda qüvvədədir. “Mediasiya haqqında”Qanunun tələblərinə uyğun tərtib olunub və Azərbaycan Respublikası MPM-nin tələbləri pozulmamışdır. Üçüncü şəxslərin mənafeyinə toxunmur. İddiaçının izahatı ilə məlum olur ki, cavabdeh barışıq sazişinin şərtlərinə əməl etməyib, alimentin məbləğini könüllü olaraq iddiaçıya ödəmir. Azərbaycan Respublikası MPM-nin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-25.4-cü maddəsinə əsasən, qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə görə, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə işin yuxarıda göstərilən hallarını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, 11 may 2023-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişi alimentin ödənilməsinə aid hissəsi tam olaraq qanuna müvafiq olduğundan həmin hissə təsdiq edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış tərəflərin birgə yaşayışlarından xx.xx.2015-ci ildə anadan olmuş X6, xx.xx.2016-cı ildə anadan olmuş X7 və xx.xx.2020-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs hər ay hər uşağa görə 150 (yüz əlli) manat olmaqla, cəmi 450 (dörd yüz əlli) manat alimentin alınıb Ərizəçi verilməsinə dair 24 yanvar 2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin və məcburi icraya yönəldilsin. 24 yanvar 2023-cü il tarixdən başlayaraq aliment ödənilməsi həyata keçirilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar