Məhkəmə qərarları › İş №2(062)-2634/2024

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2634/2024

09.09.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2634/2024 09.09.2024 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Baxşıyev Qafil Yavər oğlunun sədrliyi, Cavadova Kəklik Mirəziz qızının katibliyi, Ərizəçi və işdə Maraqlı şəxs iştirakları ilə İşdə maraqlı şəxs Ərizəçi işdə Maraqlı şəxs qarşı barışıq sazişinin alimentə aid hissəsinin təsdiq edilməsi tələbinə dair mülki işə Tovuz şəhərində 09 sentyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşdə maraqlı şəxs Ərizəçi məhkəmədə Maraqlı şəxs qarşı ərizə ilə müraciət edərək Maraqlı şəxs ilə aralarında bağlanmış mediasiya prosesi nəticəsində əldə edilən xx.xx.2023-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin alimentə aid hissəsinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə maraqlı şəxs Ərizəçi iddia ərizəsində göstərmişdir ki, Maraqlı şəxs ilə el adəti ilə evlənmişlər. Birgə yaşayışlarından 13 yanvar 2018-ci ildə Fatimə və 07 sentyabr 2021-ci ildə Rövşanə adlı uşaqları anadan olmuşdur. İşdə Maraqlı şəxs ilə aralarında narazılıq yarandığına görə ayrılmışlar. Uşaqlar onun himayəsindədir. Ayrıldıqdan sonra Maraqlı şəxs uşaqların böyüyüb tərbiyə olunması üçün ona könüllü olaraq maddi yardım göstərmir. Uşaqlara təkbaşına baxmaqda çətinlik çəkir. Ona görə də 13 yanvar 2018-ci ildə anadan olmuş Fatimə və 07 sentyabr 2021-ci ildə anadan olmuş Rövşanə adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün aralarında olan barışıq sazişinin şərtlərinə uyğun olaraq cavabdehdən hər ay hər uşağa görə 100 manat məbləğində aliment alınıb ona verilməsinə dair barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İşdə Maraqlı şəxs məhkəmə iclasında iddianı qəbul edərək izahatında göstərdi ki, ərizəçi ilə el adəti ilə evlənmişlər. Birgə yaşayışlarından 13 yanvar 2018-ci ildə Fatimə və 07 sentyabr 2021-ci ildə Rövşanə adlı uşaqları anadan olmuşdur. İşdə Maraqlı şəxs ilə aralarında narazılıq yarandığına görə ayrılmışlar. Uşaqlar ərizəçinin himayəsindədir. xx.xx.2023-cü il tarixində barışıq sazişi bağlamışlar. Alimenti ödəyir, əlavə ödəməyə imkanı yoxdur. Məhkəmə işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən ərizə təmin edilməlidir. Surəti işə əlavə olunmuş doğum haqqında arayışdan görünür ki, tərəflərin birgə yaşayışlarından 13 yanvar 2018-ci ildə Fatimə və 07 sentyabr 2021-ci ildə Rövşanə adlı uşaqları anadan olmuşdur. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, tərəflər el adəti qaydasında evlənmişlər. Birgə yaşayışlarından 13 yanvar 2018-ci ildə Fatimə və 07 sentyabr 2021-ci ildə Rövşanə adlı uşaqları anadan olmuşdur. Aralarında yaranmış mübahisəyə görə tərəflər ayrılmışlar. Uşaqlar ərizəçinin yanındadır. Ərizəçi Maraqlı şəxs aliment tələb etmiş, tərəflər arasında 29 avqust 2023-cü il tarixində mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanmış, saziş mediator tərəfindən təsdiq olunmuşdur. Barışıq sazişinin şərtləri aşağıdakı qaydada tərtib edilmişdir:

1. Tərəflərin birgə nikahlarından xx.xx.2018-ci ildə anadan olmuş X2 və xx.xx.2021-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək anaları X3 yanında və himayəsində qalması barədə razılaşmışlar.

2. Maraqlı şəxs birgə nikahlarından xx.xx.2018-ci ildə anadan olmuş X2 və xx.xx.2021-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 100 (yüz) manat alimenti hər ayın 1-indən gec olmayaraq X4 verməyi öhdəsinə götürür.

3. Maraqlı şəxs övladları Fatimə və Rövşanə ilə hər həftənin şənbə və bazar günləri saat 11:00-dan 17:00-a qədər görüşə və ünsiyyətdə ola bilər. Barışıq sazişi hal-hazırda qüvvədədir. “Mediasiya haqqında”Qanunun tələblərinə uyğun tərtib olunub və Azərbaycan Respublikası MPM-nin tələbləri pozulmamışdır. Üçüncü şəxslərin mənafeyinə toxunmur. İddiaçının izahatı ilə məlum olur ki, cavabdeh barışıq sazişinin şərtlərinə əməl etməyib, alimentin məbləğini könüllü olaraq iddiaçıya ödəmir. Azərbaycan Respublikası MPM-nin 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Həmin Məcəllənin 355-25.4-cü maddəsinə əsasən, qətnamənin surəti bu Məcəllənin 227.3-cü maddəsinə uyğun olaraq tərəflərə verilir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cü maddəsinə görə, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə işin yuxarıda göstərilən hallarını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, 29 avqust 2023-cü il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin alimentin ödənilməsinə aid hissəsi tam olaraq qanuna müvafiq olduğundan həmin hissə təsdiq edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Q Ə T E T D İ:

Ərizə təmin edilsin. İşdə maraqlı şəxs Ərizəçi ilə işdə Maraqlı şəxs arasında bağlanmış tərəflərin birgə nikahlarından xx.xx.2018-ci ildə anadan olmuş X2 və xx.xx.2021-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Maraqlı şəxs hər ay hər uşağa görə 100 (yüz) manat alimentin alınaraq Ərizəçi verilməsinə dair hissədə 29 avqust 2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin və məcburi icraya yönəldilsin. Qətnamə dərhal icra olunsun. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Qafil Baxşıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar