Azərbaycan Respublikası adından QƏRARDAD Tovuz rayon İş № 2(062)-2636/2025 15.08.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs X7 cəlb edilməklə mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.2025-ci il tarixdə Tovuz 1 saylı Mediasiya X1 ilə onun arasında bağlanmış MTŞ/MT024/2025-0065 nömrəli barışıq sazişinin təsdiq edilməklə, birgə nikahlarından anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün 100 manat olmaqla, ümumilikdə 300 manat alimentin X3 alınaraq Ərizəçi verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X7 ilə el adəti qaydasında evlənməklə nikahlarını rəsmiləşdirmişlər. Onların birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2021-ci il təvəllüdlü X10 anadan olmuşdur. Onlar evləndikdən sonra bir müddət mehriban yaşasalar da sonradan aralarında baş vermiş narazılıqlar səbəbli faktiki olaraq ayrılmışlar. O, Tovuz 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. İlkin mediasiya sessiyası zamanı, yəni 31 yanvar 2025-ci il tarixdə X7 ilə onun arasında MTŞ/MT024/2025-0065 nömrəli barışıq sazişi bağlanmışdır. Lakin maraqlı şəxs saziş üzrə öhdəliklərini kifayət qədər icra etmir və o uşaqları saxlamaqda çətinlik çəkir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında bildirdi ki, uşaqlar hazırda onun yanındadır. Gülnar tərəfindən hər hansı maneələr də mövcud deyildir. Belə ki, maraqlı şəxs alimenti həmişə qeyd olunan məbləğdə və vaxtında ödəyir Sadəcə barışıq sazişinin təsdiq edilməsi onun özünə lazımdır. Odur ki, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Tovuz 1 saylı Mediasiya X1 ilə Ərizəçi arasında bağlanmış MTŞ/MT024/2025-0065 nömrəli barışıq sazişinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü X4, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün 100 manat olmaqla, ümumilikdə 300 manat alimentin X3 alınaraq Ərizəçi verilməsi barədə razılığa gəlmişlər. Tətbiq edilən hüquq: “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Həmin Qanunun 34.3-cu maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cu maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Həmin Qanunun 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 33.3-cu maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, tərəflər el adəti qaydasında evlənməklə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2012-ci il təvəllüdlü X9 və xx.xx.2021-ci il təvəllüdlü X10 anadan olmuşdur. Onlar evləndikdən sonra bir müddət mehriban yaşasalar da sonradan aralarında baş vermiş narazılıqlar səbəbi ilə faktiki olaraq ayrılmışlar. Onların arasında 31 yanvar 2025-ci il tarixində mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanmış, saziş mediator tərəfindən təsdiq olunmuşdur. Qanunun mənasına görə, barışıq sazişinin təsdiq edilməsindən yanlız aşağıdakı alternativ hallarda imtina edilməlidir. Barışıq sazişi qanuna zidd olduqda Barışıq sazişi üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda Barışıq sazişi könüllü icra olunduqda. Həmin göstərilən hallar alternativ xarakter daşımaqla, həmin hallardan birinin mövcud olması barışıq sazişinin təsdiq edilməsindən imtina etmək üçün əsas qismində çıxış edir. İş materiallarından və ərizəçinin izahatından məlum olur ki, maraqlı şəxs barışıq sazişi üzrə götürdüyü öhdəlikləri könüllü olaraq icra edir və onun tərəfindən öhdəliyin icra olunmasına hər hansı maneə mövcud deyildir. Odur ki, məhkəmə hesab edir ki, barışıq sazişinin təsdiq edilməsi üçün zərurət olmadığından barışıq sazişinin təsdiqlənməsi məhkəmədə baxıla bilmədiyindən icraata xitam verilməlidir. Lakin şəxsin hal-hazırda öz öhdəliklərini icra etməsinə görə barışıq sazişinin təsdiqlənməsindən imtina olunması daha sonra həmin şəxsin öz öhdəliklərini icra etmədiyi halda ərizəçinin barışıq sazişinin təsdiq edilməsi üçün məhkəmə müraciət etmək hüququnun istisna etmir. Göründüyü kimi barışıq sazişinin könüllü icrasından imtina edilməmiş, X7 barışıq sazişində razılığa gəlindiyi kimi aliment öhdəliyini vaxtında icra edir. Odur ki, ərizəyə məhkəmə qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 261-ci maddəsinin rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: Ərizəçi maraqlı şəxs X7 cəlb edilməklə mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Tovuz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-2636/2025
Tovuz Rayon Məhkəməsi Qərardad — İş №2(062)-2636/2025
15.08.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver