Məhkəmə qərarları › İş №2(062)-2696/2025

Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2696/2025

15.08.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2696/2025 15.08.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Eyvazov Firdovsi Mirzə oğlunun katibliyi, Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında xüsusi icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixdə Tovuz 1 saylı X2 Vasif Tanırverdi oğlu ilə onun arasında bağlanmış barışıq sazişinin təsdiq edilməklə, birgə nikahlarından anadan olmuş xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün 150 manat olmaqla, ümumilikdə 300 manat alimentin Maraqlı şəxs alınaraq Ərizəçi verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs qızı ilə el adəti qaydasında evlənməklə nikahlarını rəsmiləşdirmişlər. Onların birgə nikahdan xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X3 anadan olmuşdur. Onlar evləndikdən sonra bir müddət mehriban yaşasalar da sonradan aralarında baş vermiş narazılıqlar səbəbli faktiki olaraq ayrılmışlar. O, Tovuz 1 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. İlkin mediasiya sessiyası zamanı, yəni 07 mart 2023-cü il tarixdə Maraqlı şəxs ilə onun arasında barışıq sazişi bağlanmışdır. Lakin maraqlı şəxs saziş üzrə öhdəliklərini kifayət qədər icra etmir və o uşaqları saxlamaqda çətinlik çəkir. Ərizəçi məhkəməyə teleqrama vuraraq iddia tələbini müdafiə etdiyini göstərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Tovuz 1 saylı X2 Vasif Tanırverdi oğlu ilə Ərizəçi arasında bağlanmış barışıq sazişinin surətindən görünür ki, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün 150 manat olmaqla, ümumilikdə 300 manat alimentin Maraqlı şəxs alınaraq Ərizəçi verilməsi barədə razılığa gəlmişlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 355-23-cu maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-25.3-cu maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. Həmin Qanunun 34.3-cu maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 34.4-cu maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Həmin Qanunun 34.5-ci maddəsinə əsasən barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Həmin Qanunun 33.3-cu maddəsinə əsasən barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iş üzrə iddia təmin edilməlidir. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, tərəflər el adəti qaydasında evlənməklə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından anadan olmuş xx.xx.2018-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X3 anadan olmuşdur. Onlar evləndikdən sonra bir müddət mehriban yaşasalar da sonradan aralarında baş vermiş narazılıqlar səbəbi ilə faktiki olaraq ayrılmışlar. Onların arasında 07 mart 2023-cü il tarixində mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanmış, saziş mediator tərəfindən təsdiq olunmuşdur. Qanunun mənasına görə, barışıq sazişinin təsdiq edilməsindən yanlız aşağıdakı alternativ hallarda imtina edilməlidir. Barışıq sazişi qanuna zidd olduqda Barışıq sazişi üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda Barışıq sazişi könüllü icra olunduqda. Həmin göstərilən hallar alternativ xarakter daşımaqla, həmin hallardan birinin mövcud olması barışıq sazişinin təsdiq edilməsindən imtina etmək üçün əsas qismində çıxış edir. İş materiallarında olan barışıq sazişinin surətindən görünür ki, həmin barışıq sazişi qanunauyğun olmaqla, tərtibi zamanı heç bir qanun pozuntusuna yol verilməmişdir. Həmçinin barışıq sazişi üçüncü şəxslərin, o cümlədən məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur. Həmçinin ərizəçi ərizəsində şəxsin barışıq sazişi üzrə maraqlı şəxsin öhdəliklərinə riayət etmədiyini bildirmişdir. Beləliklə, iş materiallarından maraqlı şəxsin öz öhdəliklərini könüllü surətdə icra etdiyini müəyyənləşdirmək mümkün olmadığından məhkəmə hesab edir ki, barışıq sazişi təsdiq edilməli və məcburi icraya göndərilməlidir. Odur ki, məhkəmə işin yuxarıda göstərilən hallarını nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, tərəflər arasında xx.xx.2023-cü il tarixində bağlanmış barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməlidir. Şərh olunanlara əsasən Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: Ərizə alimentə dair hissədə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay bir uşaq üçün 150 manat olmaqla, ümumilikdə 300 manat alimentin Maraqlı şəxs alınaraq Ərizəçi verilməsinə dair 07 mart 2023-cü il tarixli barışıq sazişi təsdiq edilsin və məcburi icraya yönəldilsin. 07 mart 2023-cü il tarixdən başlayaraq aliment ödənilməsi həyata keçirilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Tovuz Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Hünmətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar