Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-271/2023 13.02.2023 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim Hünmətov Zaur Adil oğlunun sədrliyi, Mustafayev Əli Nazim oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X11 iştirakı ilə, Ərizəçi « ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Tovuz rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə, «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X2nun ölüm faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Tovuz rayonunda yaşayır. X2 xx.xx.2019-cu ildə vəfat etmişdir. Hazırda atasından qalan mirası qəbul etmək zərurəti yaranmışdır. Bununla bağlı notariat orqanına müraciət etmişdir. X4 ölüm haqqında şəhadətnaməsi olmadığı üçün mirası qəbul edə bilməmişdir. Onun vəfatı onun üçün ağır itgi olmuş, dəfn mərasimindən sonra ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Maraqlı şəxsnə müraciət etmiş və ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Qediyyat şöbəsi müvafiq arayış və imtina məktubu verərək məhkəməyə müraciət etmək hüququnun olmasını ona izah etmişdir. X5 oğlu rayonun Tatlar qəbiristanlığında dəfn edilmişdir. Ərizəçi nümayəndəsi X16 məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X7 məhkəmə iclasında ifadə verərək bildirdi ki, Ərizəçi qızının qaynıdır. Qızı. X12 2016-cı ildə ərə getmişdir. X6 xx.xx.2019-cu il tarixdə xəstəlikdən vəfat etmişdir. X20 gələnə qədər Vaqiuf vəfat etmişdir. Yas mərasimlərində o da iştirak etmişdir. Onun dəfn mərasimində iştirak etmişdir. X3 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, o Tovuz Rayon Mərkəzi Xəstəxananın PHŞ-nın X20 Stansiyasında işləyir. Çağırış əsasında həkim briqadası ilə X4 evinə getmişlər, onlar həmin evə çatanda xəstə X1. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin atasıdır. İşə əlavə olunmuş Tovuz rayonu Qediyyat şöbəsinin arayışından görünür ki, X4 vətandaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qediyyat informasiya sistemində bütün vətandaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar edilməmişdir. Təcilli və təxirisalınmaz X9 xəbardarlıq vəsiqəsindən görünür ki, Tovuz rayonu Aşağı Öysülü kənd sakini xx.xx.1955-ci il təvəllüdlü X6 11 dekabr 2019-cu il tarixdə həkimə qədər ölmüşdür. Tovuz rayon X10 Hüquqi Şəxsin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, X6 təcili yardım çatanadək ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi atasının ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, xx.xx.1955-ci il təvəllüdlü X6 xx.xx.2019-cu il tarixdə Tovuz şəhərində ölmüşdür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1955-ci il təvəllüdlü X6 xx.xx.2019-cu il tarixdə Tovuz şəhərində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Tovuz rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Zaur Hünmətov
Məhkəmə qərarları › İş №2(062)-271/2023
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-271/2023
13.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver