Azərbaycan Respublikası adından QƏTNAMƏ Tovuz rayon İş № 2(062)-2733/2025 29.09.2025 TOVUZ RAYON MƏHKƏMƏSİ Hakim İsaqlı Pərvanə Zakir qızının sədrliyi, məhkəmə iclasının katibi Quliyev Famil Müslüm oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “vəfat etmə faktının təsdiq olunması” barədə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizəsinə Tovuz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi. Ərizəçinin tələbi Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 1948-ci il tarixdə anadan olmuş X1 xx.xx.2025-ci il tarixdə Tovuz rayonu, Baqqalı kəndində ölməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, X6 onun bacısıdır. O, 1948-ci il anadan olmuşdur. Uşağı olmamışdır. Evdə xəstə olmuş, özünü pis hiss edəndə təcili yardım çağırılmışdır. Həkim gələnədək bacısı vəfat etmişdir. Bu barədə müvafiq sənəd verilmiş, həmin sənədi maraqlı şəxsə təqdim etsə də onun bacısı barədə ölüm haqqında şəhadətnamə verilməmişdir. Bacısını Tovuz rayonu, Bozalqanlı kəndində olan kənd qəbirstanlığında dəfn etmişlər. Bacısından miras qalmış mülkə dair şəhadətnamə almaq üçün müvafiq sənədləriin toplanması zərurəti yaranmışdır. Maraqlı şəxsin komputer bazasında bacısı Tamam sağ göstərilir. Bacısının ölümü barədə sənədi başqa qaydada ala bilmədiyi üçün hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə verərək bildirmişdir ki, ərizənin xahiş etdim hissəsində texniki olaraq şəxsin ölüm yerini səhv qeyd etmişdir. Odur ki, X1 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan Bahar qəsəbəsində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq maraqlı şəxsin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X13 ifadəsində bildirdi ki, Ərizəçi onun həmkəndlisidir. Ərizəçinin bibisi Tamam Mustafayeva Bakı şəhərində vəfat etmişdir. Vaqif onun gətirərək Baqqallı kənd qəbirstanlığında dəfn etmişdir. Dəfndə o da iştirak etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş X2 ifadəsində bildirdi ki, Ərizəçi onun dayısı oğludur. Mustafayeva Tamam isə onun xalasıdır. Xalası Bakı şəhərində yaşayırdı və orada da vəfat etmişdir. Xalası evli olub, uşağı olmamışdır, yoldaşı daha əvvəl rəhmətə getmişdir. Bakıda tək yaşamışdır. Dəfnini Ərizəçi təşkil edibdir. Onun dəfinində şəxsən iştirak etmişdir. Xalası Baqqalı kənd qəbirstanlığında dəfn olunmuşdur. İş materiallarına əlavə olunan sənədlər və onlar əsasında təsdiq edilən faktla AZE seriyalı 03087474 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X7 xx.xx.1948-ci il tarixdə anadan olmuşdur. Tovuz regional “ASAN xidmət” Ədliyyə Nazirliyinin mərkəzində qeydiyyat şöbəsinin rəisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Ərizəçi xx.xx.1953-cü ildə Tovuz rayonu, Kirən kəndində anadan olmuş, atası X10, anası X8r. xx.xx.2025-ci il tarixli Təcili və X4 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xəstə X7 barəsində aparılmış müalicə tədbirlərinin nəticəsində “həkimə qədər ölüm” faktı qeyd edilmişdir. AR TƏBİB PHŞ Bakı Baş Mərkəzi X16 26 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 18-1-1-92/2-338/2025 saylı arayışda qeyd edilmişdir ki, vəfat etmiş şəxsin 26 nömrəli şəhər poliklinikasında xəstəliyi ilə əlaqədar müraciət etmədiyinə və ölümünə səbəb olacaq xəstəlik haqqında heç bir tibbi sənəd təqdim etmədiyinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018ci il tarixli, 05 nömrəli qərarına müvafiq olaraq poliklinika tərəfindən 106 nömrəli ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: Maddə 307.1-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 311.Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarı: Bənd 9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bənd 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”: Maddə 8.5. Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Maddə 8.2. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. Məhkəmənin mövqeyi və gəldiyi nəticə Məhkəmə işin hallarına dair proses iştirakçısının izahatını dinləyib, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizənin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək, bu nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, X10 ilə X5 birgə nikahlarından xx.xx.1948-ci il tarixdə X7 doğulmuşdur. X7 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və xx.xx.2025-ci il tarixdə Tovuz rayonu, Baqqallı kənd qəbirstanlığında dəfn edilmişdir. İşin bu halı şahid ifadələri, Təcili və X4 Stansiyası tərəfidən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsi, iş materiallarına əlavə edilmiş X3 məxsus qəbir daşının şəkli ilə təsdiqini tapır. Mərhumun ölüm səbəbinin bəlli olmaması əsası ilə ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmiş, onun ölümü vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı orqanında qeydə alınmamışdır. Göründüyü kimi, Ərizəçi mərhum bibisinin ölüm faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir, habelə ona bu sənədlərin alınmaması vərəsəlik hüquqlarının həyata keçirilməsinə imkan vermir. Məhkəmə hesab edir ki, bu kimi hallar ərizəçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizəsini təmin etməyə əsas verir. Çünki ərizəçinin nail olmaq istədiyi məqsədə çatmaq üçün məhkəmədən kənar başqa yolu yoxdur. İş materiallarına istinadən məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizəçinin mərhum bibisinin ölüm faktının müəyyən edilməsi üçün qanunvericilikdə və «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 №-li qərarında qeyd edilmiş əsaslar və şərtlər mövcuddur. Məhkəmə araşdırması zamanı X1 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən ərizə əsaslı hesab edilməklə həmin fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1948-ci ildə Tovuz rayonunda anadan olmuş X1 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan/Bahar qəsəbəsi, ev 17-də ölməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1948-ci ildə Tovuz rayonunda anadan olmuş X1 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan/Bahar qəsəbəsi, ev 17-də ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Tovuz Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərvanə İsaqlı
Məhkəmə qərarları › İş №2(062)-2733/2025
Tovuz Rayon Məhkəməsi Qətnamə — İş №2(062)-2733/2025
29.09.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver